Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2413/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, X1 barəsində Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən 10 sentyabr 2021-ci il tarixdə tərtib olunmuş EQ ******* nömrəli elektron protokol əsasında qəbul edilmiş qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən 10 sentyabr 2021-ci il tarixdə tərtib olunmuş EQ ******* nömrəli elektron protokol əsasında qəbul edilmiş qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov rayonu, Təbriz küçəsində (yol ayırıcıdan üzü metro istiqamətində) dayanma-durma qadağandır lövhəciyi və aşağısında 100 metr əlavə lövhəciyi var. Yəni ki, dayanma-durma lövhə quraşdırılan yerdən 100 metr boyunca qadağandır. O isə avtomobili 100 metrdən uzaq saxlağıdığı halda ona yol polisi tərəfindən cərimə yazılıb. Onun avtomobili saxladığı yer hətta orda olan taksi duracağı yerindəndə irəlidədir. Qanunda belə bir şey yoxdur ki, dayanma-durma qadağandırsa bu taksilərə aid deyil. Hadisədən 3-4 gün sonra digər bir yol polis əməkdaşı həmin ərazidə xidmət aparan zaman ondan bu məsələ ilə bağlı fikrini soruşub və ona bildirib ki, cərimə taksi duracağına qədər yazılır, ondan sonra yazıla bilməz. SMS radarda maşını saxladığı yer və şəkillərdə hər şey aydın görsənir. Xahiş edir ki, məsələ araşdırılsın şəkillərə əsasən məsafə ölçülsün və lövhələr (dayanma-durma və 100 metr) nəzərə alınaraq ədalətli qərar verilsin. Onu da qeyd edib ki, Nərimanov yol polisinə şikayəti ilə bağlı yaxınlaşıb və heç kim ona qulaq asmayıb, oradan uzaqlaşdırılmaq istəyiblər. Qeyd etdiklərini nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən 10 sentyabr 2021-ci il tarixdə tərtib olunmuş EQ ******* nömrəli elektron protokol əsasında qəbul edilmiş qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş şəxs və qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin və qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin pozulması səbəbi ilə 10.09.2021-ci il tarixdə EQ seriyalı ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında 10.09.2021-ci il tarixli qərar qəbul edilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş 10.09.2021-ci il tarixdə EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, vətəndaş , X2 Bakı şəhəri Təbriz küçəsində idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma durma qaydasını pozmuşdur. 10.09.2021-ci il tarixdə EQ seriyalı ******* nömrəli protokol əsasında X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 (iyirmi) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən 10.09.2021-ci il tarixdə EQ seriyalı ******* nömrəli elektron protokol əsasında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də X1 barəsində Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən 10 sentyabr 2021-ci il tarixdə tərtib olunmuş EQ ******* nömrəli elektron protokol əsasında qəbul edilmiş qərar ləğv edilməli və iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən 10 sentyabr 2021-ci il tarixdə tərtib olunmuş EQ ******* nömrəli elektron protokol əsasında qəbul edilmiş qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2413/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2413/2021
11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver