Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2416/2023 24.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs – X2, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi və ona məxsus “Chevrolet Cruze” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 12:10 radələrində Ə.Rəcəbli küçəsi 2-ci zolaqda hərəkətdə olarkən 3-cü zolaqda hərəkətdə olan “Toyota Prius” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən sol zolaqdan qabağına keçmiş və nəticədə avtomobilinin ön sol krılosu və buferi zədələnmişdir. Hadisədən sonra digər sürücü özü günahkar olduğunu etiraf edərək avtomobilini düzəltdirəcəyini bildirməyinə baxmayaraq hadisə yerinə gələn DYP əməkdaşı onlara məxsus sənədləri götürmüş və onları Bakı şəhər DYPİ-yə dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə İdarədə olarkən polis əməkdaşı qayda pozuntusuna yol verdiyini bildirərək barəsində 327.1-ci maddəsinin tələblərinin pozulması ilə protokol tərtib etmişdir. Hesab edir ki, protokol qanunsuzdur. İXM-nin 8-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərtib etmiş orqanın vəzifəsi olduğundan polis əməkdaşına qayda pozuntusunun ona sübut edilməsi və izah edilməsini xahiş etsə də ona sübut təqdim edilməmişdir. Bundan sonra həmin protokoldan DYPİ şikayət ünvanlamış və həmin müraciətə əsasən onu DYPİ-yə dəvət edib N.Cəlilov yenidən izahat tələb etmişlər. Nəticədə xx.xx.2023-cü il tarixli 44-7/2- 24426 elektron ünvanına xx.xx.2023-cü ildə ikinci şikayətinə xx.xx.2023 Y/2-p-24426/2-11 elektron ünvanına xx.xx.2023-cü ildə, üçüncü şikayətinə xx.xx.2023-ci il tarixli 24426/3/2- 2023 saylı məktubla elektron ünvanına xx.xx.2023-cü il tarixdə məlumat verilmişdir. Belə ki, idarənin əməkdaşı tərəfindən formal araşdırma aparılmış heç bir kamera görüntüsü (TŞ) əlavə sübut olmadan barəsində TP ******* saylı qərar qəbul edilmişdir. Həmin qərardan Nərimanov Rayon Məhkəməsinə şikayət vermiş və məhkəmənin 3(005)- 1671/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə TP6671079 saylı qərar ləğv edilmiş, işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Həmin qərarın üzərindən 1 aya yaxın vaxt keçməsindən sonra onunla heç kim əlaqə saxlamadığından, yenidən Bakı şəhər DYPİ-nə getmiş və işin araşdırılması kimə həvalə edildiyini dəqiqləşdirmişdir. İdarənin əməkdaşı tərəfindən təkrarən formal araşdırma aparılmış heç bir kamera görüntüsü (TŞ) əlavə sübut olmadan barəsində ******* saylı qərar qəbul edilmişdir. Qərarla tanış olarkən məlum olur ki, polis əməkdaşı heç bir əlavə araşdırma aparmadan təkrar məndən izahat almaqla kifayətlənmiş iş yoldaşının qərarını qüvvədə saxlamışdır. Həmçinin həmin qərarda onun hansısa motosikletlə toqquşduğumu qeyd etmişdir. Halbuki iş materialları ilə tanış olarkən də məlum olur ki, hadisə iki avtomobil arasında baş vermiş, yəni ona məxsus “Chevrolet Cruze” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil və Toyota Prius markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında baş vermişdir. Bundan başqa ona göndərilən qərarla tanış olarkən həmin qərarın hansı tarixdə qəbul edilməsini, müəyyənləşdirmək olmur. Şikayət vermiş X4 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hərəkət olan zaman hərəkəti dayandırmamışdır. Sağdan ikinci zolaqla avtomobil dayanacağı yerinə keçmək üçün hərəkət etmişdir və sağa, sola baxdıqdan sonra yalnızca dönmək üçün iki saniyə dayanmışdır. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, sürücü hərəkətə başlamazdan əvvəl təhlükəsizliyə tam əmin olmalı və daha sonra manevr etməyə başlamalıdır. Hadisə zamanı Namiq Paşayevin idarə etdiyi avtomobil dayanmış vəziyyətdə olmuş və “Toyo Prius” markalı avtomobil isə onun qarşısına keçərkən toqquşmuşlar. Müvafiq sənədləri məhkəməyə təqdim edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, sürücü hərəkətə başlamazdan qabaq təhlükəsizlik qaydalarına riayət etməli və tam əmin olduqdan sonra hərəkətə başlamalıdır. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki təqdim edilmiş sənədlərə məhkəmə iclasında baxış keçirilmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Chevrolet Cruze” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Beləliklə də o, qanunvericiliyin tələblərinə əməl etməmiş, nəticədə yol hərəkəti qaydalarını pozmuşdur. Beləliklə məhkəmə hesab edir ki, X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, barəsində Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2416/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2416/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver