Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2419/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 44, mənzil 32 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X3 tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 12 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs üzərindən 18.09.2021-ci il tarixdə 1 ədəd sellofan bükümdə narkotik vasitə marixuana aşkar olunmuşdur. Ekspertiza tədqiqatının nəticəsinə əsasən aşkar olunan narkotik vasitə - marixuana 0,939 qram çəkidədir. Nəticədə Şəxs İXM-in 206cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X3 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirdi ki, 18 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1983-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 10:15-də ünvan 3 ünvanında yerləşən “Sirli Qala” restoranının yaxınlığında saxlanılmış, saxlanılarkən üzərində şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Şəxslə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, əməkdaşların müşayiəti altında saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir. Üzərində şəxsi axtarış və götürmə aparılan zaman Şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibində olan 01 ədəd sellofan bükümü, şalvarının sağ yan böyük cibində olan “Samsung” markalı mobil telefonu və şalvarının sol yan cibində olan tibbi maskanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 18 sentyabr 2021-ci il tarixdə saat 10:15-də ünvan 3 ünvanında yerləşən “Sirli Qala” restoranının yaxınlığında dayanmışdır. Bu zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, onlardan biri vəsiqəsini göstərərək özünü polis əməkdaşı kimi təqdim etmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olan şəxslər bildirmişlər ki, onun qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə idarəyə getməlidir. Polis əməkdaşları ilə birlikdə idarəyə getmiş və və hərdən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Bundan sonra üzərindəki narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitəni 2-3 gün əvvəl tanışı R.Səlimovdan almışdır. Etdiyi əməldən peşmandır, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X5 izahatında göstərdi ki, 18.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1983-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 10:15-də ünvan 3 ünvanında yerləşən “Sirli Qala” restoranının yaxınlığında saxlanılmış, saxlanılarkən üzərində şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Şəxslə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, əməkdaşların müşayiəti altında saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir. Üzərində şəxsi axtarış və götürmə aparılan zaman Şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibində olan 01 ədəd sellofan bükümü, şalvarının sağ yan böyük cibində olan “Samsung” markalı mobil telefonu və şalvarının sol yan cibində olan tibbi maskanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X10 oxşar məzmunlu izahat verərək şahid X4 dediklərini təsdiq etdi. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə yanaşı şahid ifadələri, işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Rüstəm Rüstəmov tərəfindən idarənin rəhbərliyinə ünvanlanmış 18.09.2021-ci il tarixli raportdan görünür ki, xx.xx.1983-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Odur ki, Şəxs barəsində daxil olmuş məlumatın yoxlanılmasına icazə verilməsi xahiş olunmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Rüstəm Rüstəmov tərəfindən idarənin rəhbərliyinə ünvanlanmış 18.09.2021-ci il tarixli raportdan görünür ki, xx.xx.1983-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və istifadəsi istehlakı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Şəxs 18.09.2021-ci il tarixdə saat 10:15-də ünvan 3 ünvanında yerləşən “Sirli Qala” restoranının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Göstərilənlərə əsasən Şəxs paltarında, əşyalarında, cədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin və qanunla cövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq təlbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərində şəxsi axtarış və götürmə aparılmamışdan öncə ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibində olan 01 ədəd sellofan bükümü, şalvarının sağ yan böyük cibində olan “Samsung” markalı mobil telefonu və şalvarının sol yan cibində olan tibbi maskanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içində narkotik vasitə qurudulmuş marixuana olduğunu qeyd etmişdir. Şəxs təqdim etdiyi sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin sellofan bükümün içərisində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı 2-3 gün əvvəl tanışı X6 tərəfindən əvəssiz olaraq özü istifadə etmək məqsədi ilə ona verildiyini və əvvəllər bir neçə dəfə Rəfail Səlimovun gətirdiyi narkotik vasitə qurudulmuş marixuananı birlikdə qəbul etdiklərini bildirmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2021-ci il tarixli, 7/956 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 0.939 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manatdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin Ambulator X1 haqqında 20 sentyabr 2021-ci il tarixli, 3548 nömrəli rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir; 12 oktyabr 2021-ci il tarixli “İnzibati xəta törətmiş şəxsi tutmaq haqqında” protokoldan görünür ki, Şəxs 12 oktyabr 2021-ci il tarixdə, saat 12:00-da inzibati qaydada tutulmuşdur. İXM-in 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X1 haqqında 20 sentyabr 2021-ci il tarixli, 3548 nömrəli rəyini nəzərə alaraq Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilmiş qalıq çəkisi 0,919 qram narkotik vasitə - marixuana məhv edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 89,0 (səksən doqquz) manat İXM-in 55.2-ci maddəsinin tələblərinə əsasən dövlət hesabına ödənilməlidir. Əlavə olaraq məhkəmə Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 0,919 qram narkotik vasitə - marixuana məhv edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 89,0 (səksən doqquz) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-2419/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2419/2021
12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver