Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-243/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X2 AR DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 12560843 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 12560843 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra şikayət vermiş şəxs X3 yazılı ərizə ilə məhkəməyə müraciət edərək şikayətin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, qərarından şikayət verilmiş AR DİN BDYPİ-nin nümayəndəsi və şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilmiş qurumun nümayəndəsinin və şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X1 şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 12560843 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-243/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-243/2023
02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver