Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2436/2022 19.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 3-cü ərazi DYNİ-nin rəisi Mircavad Seyidov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair X3 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 3-cü ərazi DYNİ-nin rəisi Mircavad Seyidov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, yeni tikilmiş Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85 ünvanında yerləşən (bundan sonra - Bina) “ünvan 2tinin (bundan sonra - MMMC) idarə heyətinin sədridir. X5 Nazirliyi (bundan sonra - FHN) əməkdaşı Mənsur Atakişiyev tərəfindən xx.xx.2022-ci il tarixli MN nömrəli ******* saylı protokol (Qoşma: 2) və həmin tarixli №735 saylı tələbnamə (Qoşma: 3) tərtib edilmişdir. Təlabnamədən göründüyü kimi, ondan Binanı yanğına qarşı bütün qurğu və avadanlıqlarla (avtomatik yangınxəbərverici, odsöndürən balonlar və sairə) təchiz etmək, elektrik naqillərinin izolyasiya müqavimətinin yoxlanılmasını həyata keçirmək və sairə bu yöndə yanqına qarşı tədbirlər görmək tələb olunurdu. O, yuxarıda qeyd etdiyi təlabnamə və protokoldan Fövqaladə Hallar Nazirliyinə əsaslandırılmış şikayət göndərmişdir. Həmin şikayətdə bildirmişdir ki, Binanı yanğına qarşı bütün qurğu və avadanlıqlarla (avtomatik yangınxəbərverici, odsöndürən balonlar və sairə) təchiz etmək, elektrik naqillərinin izolyasiya müqavimətinin yoxlanılmasını həyata keçirmək və sairə bu tip yanğına qarşı tədbirlər görmək MMMC-nin yox. Nərimanov Rayon İcra Hakimiyyəti və "xxxx"-nin borcudur. Yalnız bu işlər Nərimanov Rayon İcra Hakimiyyəti və “ARAZ MMC" tərəfindən görülərək MMMC-yə təhvil verildikdən sonra. MMMC bu avadanlıqların işlək vəziyyətdə qalmasına görə məsuliyyət daşıya bilər. Belə ki: Bina PİLOT layihəsi olaraq Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiiyyətinin göstərişiylə “ARAZ MMC" tərəfindən Dövlət büdcəsinin pul vəsaitləri hesabına inşa edilmişdir. Təbii ki, Bina tikilərkən onun yanğına qarşı bütün avadanlıqlarla təmin olunması məqsədiylə Dövlət büdcəsindən müvafiq vəsaitlər ayrılmışdır. Xüsusilə qeyd etmək istəyir ki, həmin vəsaitlər MMMC-yə yox, Nərimanov Rayon İcra Hakimmiyəti və “ARAZ MMC"- yə ayrılaraq verilmişdir. Bu səbəbdən də, Bina istismara verilərkən məhz Nərimanov Rayon İcra Hakimmiyəti və “ARAZ MMC" Binanı yanğına qarşı bütün qurğu və avadanlıqlarla (avtomatik yangınxəbərverici, odsöndürən balonlar və sairə) etməli, elektrik naqillərinin izolyasiya müqavimətinin yoxlanılmasını həyata keçirməli və sairə bu tip yanqına qarşı tədbirlər görməlidirlər. Yuxarıda qeyd etdikləri ilə bağlı hələ 2019-cu ildə istər MMMC, istərsə də FHN ayrı-ayrılıqda Nərimanov Rayon icra Hakimiyyətinə müraciətlər etmişik. FHN-nin xx.xx.2019-cu il tarixli № 37/8-0004 saylı məktubunun məzmunundan göründüyü kimi (Qoşma: 4), FHN yanğın təhlükəsizliyilə bağlı çatışmazlıqların aradan qaldırılmasını MMMC-yə yox, Nərimanov Rayon icra Hakimiyyətinə ünvanlamışdır. FHN-ə ünvanladığı şikayətinə cavab olaraq sonuncudan xx.xx.2002-ci il tarixli N2xx/xx-04001 saylı cavab məktubu gəlmişdir (Qoşma: 5). FHN həmin məktubda yanğın təhlükəsizliyəylə bağlı çatışmasızlıqların aradan qaldırılmasını təmin etmək məqsədiylə, Nərimanov Rayon İcra Hakimiyyətinə, “ARAZ" MMC-yə, Azərİşiq ASC, Azərqaz İB. Azərsu ASC və digər təşkilatlara müraciət edilməsini MMMC-dən xahiş edir. xx.xx.2022-ci il tarixində Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən ona məktub (bildiriş) daxil olmuşdur (Qoşma: 6 və 7) Yalnız bildirişi alandan sonra xəbər tutmuşdur ki, barəsində inzibati tənbeh vermə haqda qərar mövcuddur (qeyd etmək istəyir ki, həmin qərar ona heç bir şəkildə çatdırılmamışdır). O, İcra Şöbəsinə gələrək xx.xx.2022-ci il tarixli MN № ******* saylı qərarın surətini əldə etmişdir (Qoşma: 8). Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri qeyri-kommersiya təşkilatı olaraq, binanın sahə mülkiyyətçilərinin könüllü birliyidir (Mənzil Məcəlləsi maddə 119.1. və 119.2.). Bina sakinləri öz pul vəsaitləri hesabına Binanı yanğına qarşı avadanlıqlarla təmin etməydən imtina edirlər. Bu səbəbdən də onun MMMC-nin idarə heyətinin sədri olaraq sakinlərdən pul yığaraq, yanğına qarşı avadanlıqları almaq imkanı yoxdur. Beləliklə, bütün yuxarıda qeyd etdiklərindən, xüsusiylə FHN-nin xx.xx.2019-cu il tarixli N«37/8-0004 saylı və xx.xx.2002-ci il tarixli NQxx/xx-04001 saylı məktublarının məzmunlarından göründüyü kimi (Qoşma: 4 və 5). məhz Nərimanov Rayon İcra Hakimiyyəti və “ARAZ" MMC Binanı avtomatik yangınxəbərverici, odsöndürən balonlar və sairə ilə təchiz edərək, elektrik naqillərinin izolyasiya müqavimətinin yoxlanılmasını həyata keçirərək və sairə bu kimi yanğına qarşı tədbirləri görərək, Binanı “Nərimanov - 11" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə təhvil verməlidir. Yalnız bundan sonra MMMC təhvil aldığı avadanlıqların işlək vəziyyətdə qalmasına görə, hərhansı bir məsuliyyət daşıya bilər. Belə olduğu halda isə, "Nərimanov - 11” MMMC-nin idarə heyətinin sədri olaraq, o, yanğın təhlükəsizliyi qaydalarının pozulmasıyla bağlı heç bir inzibati xəta törətməmişdir. Məhkəmə iclasında iştirak edən X7 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 3-cü ərazi DYNİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 3-cü ərazi DYNİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 3-cü ərazi DYNİ-nin böyük inspektoru Mənsur Atakişiyev tərəfindən tərtib edilmiş 01 iyun 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, H.Əliyev pr-ti 83/85 ünvanında yerləşən "xxxx" MMMC-yə məxsus yaşayış binasında YTQ 01-2001 tələbləri pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası FHN X10 Xidməti 3-cü ərazi X10 İdarəsi tərəfindən ünvanlanmış xx/xx-04001, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X3 həmin orqana ünvanlandığı şikayət müvafiq məktubla cavablandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 3-cü ərazi DYNİ-nin rəisi Mircavad Seyidov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki,xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, H.Əliyev pr-ti 83/85 ünvanında yerləşən "xxxx" MMMC-yə məxsus yaşayış binasında YTQ 01-2001 bənd: 1-94; 6.1; 10.1-in tələbləri pozulmuşdur. X1 Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinərək 130 manat məbləğində (İXM-in 116-cı maddəsi tətbiq olunmaqla) inzibati cərimə edilmişdir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 3-cü ərazi DYNİ-nin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün həmin orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, X4 inzibati xəta haqqında iş üzrə icraat zamanı iştirakının təmin edilməsinin mümkünlüyü, onun həmin inzibati xəta üzrə üzərinə inzibati məsuliyyət qoyula biləcək şəxs olması, həmçinin düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 3-cü ərazi DYNİ tərəfindən araşdırılmamışdır. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X7 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X7 barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X7 Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X4 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 3-cü ərazi DYNİ-nin rəisi Mircavad Seyidov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 3-cü ərazi DYNİ-yə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 3-cü ərazi DYNİ-nin rəisi Mircavad Seyidov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X6 barəsində Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti 3-cü ərazi DYNİ-yə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2436/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2436/2022
19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver