Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2443/2023 01.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində MN seriyalı, ******* nömrəli, 04 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla 23 ünvanında borclu "xxxx" Təmir-Tikinti MMC-nin borclu olduğu icra sənədləri üzrə rəhbər Şəxs icra sənədləri üzrə tələblər vəzifəli şəxs kimi tələb edilmişdir. Lakin "xxxx" Təmir-Tikinti MMC-nin rəhbəri Şəxs icra sənədini icra edə bilməyəcəyini bildirmişdir və icra məmurunun qanuni tələblərini icra etməmişdir. Bununla da borclu "xxxx" Təmir-Tikinti MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən 04 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X7 tərtib etmiş olduğu protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3677/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən birdəfəlik 9390 manat, 2017-ci ilin may ayından başlayaraq hər ay 330 manat məbləğində aylıq ödənc xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün tələbkar X5 verilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tərəflərə göndərilmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-462/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 126785,53 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tələbkar “HGC Group" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tərəflərə göndərilmişdir. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-254/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, borclu “ANT İnşaat Təmir Tikinti" MMC-dən 28300 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "Azəriqaz" İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tərəflərə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-531/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 18500 manat məbləğində pul vəsaiti və 1,75 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tərəflərə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113J-835/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 12600 Avro məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Şikəti-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tərəflərə göndərilmişdir. Qeyd edilən icra sənədləri xx.xx.2021-ci il tarixdə bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-462/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqanlara sorğular edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən verilmiş məlumata əsasən, borclu hüququ şəxsin adına “QAZ 3309 APT 17 xüsusi 5+1YE" markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı, “MAZ 953000(010) yarımqoşqu1’ markalı, **- ZD-*** dövlət qeydiyyat nişanlı, “MAZ 642208 232P8 yük" markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı, “CPW 032LO yük" markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı, 'MAZ 642208 232P8 yük" markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı, “MAZ 953000 (010) yarımqoşqu" markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21214 minik" markalı, **-AX- *** dövlət qeydiyyat nişanlı, “MAN TGA41.400 yük’ markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, “MAZ 642208 232P13 yük" markalı. **-JD-*** dövlət qeydiyyat nişanlı, "MAN TGA41.400 yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, “QAZ 3309" markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı, "MAN TGA41.400 yük" markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, “MAZ 857100 (026) qoşqu" markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ 6520 043 yük" markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı, “MAZ 953000 (010) yarımqoşqu” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı, “SSANG YONG" markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri aşkar edilmiş, həmin nəqliyyat vasitələri üzərinə həbs qoyulması barədə xx.xx.2017-ci il tarixdə təqdimatla məhkəməyə müraciət edilmiş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-52/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə “MAN TGA41.400 yük" markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, “MAN TGA41.400 yük" markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı və “MAN TGA41.400 yük" markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri istisna olmaqla qalan bütün nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş, qərardad məhkəmə tərəfindən icra olunması üçün AR DİN Baş X13 İdarəsinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli qərarla üzərinə həbs qoyulmuş nəqliyyat vasitələri barədə axtarış elan edilmiş və icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 8(005)- 52/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə 'KAMAZ 6520 043 yük” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbs götürülmüşdür. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə müvafiq orqanlara sorğular göndərilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X6 Agentliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, "xxxx" MMC-nin mülkiyyətində Cifak 36X 2 markalı Beton vuran avtopompa, 1 ədəd stasionar pompa Putmayser, 7 ədəd 400 kq-lıq sərnişin lifti, 4 ədəd 630 kq-lıq sərnişin lifti, 3 ədəd 800 kq-lıq sərnişin lifti aşkar edilmiş, həmin əmlakların üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-631/2022 saylı. 15.11,2022-ci il tarixli qərardadı ilə həmin əmlaklar üzərinə həbs qoyulmuş və icra olunması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X6 Agentliyinə göndərilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, "xxxx" MMC-nin mülkiyyətində olan UNC 60 markalı, 10A-735 dövlət qeydiyyat nişanlı frontal yükləyicinın, AMMANN AV20-2 markalı, 10A-508 dövlət qeydiyyat nişanlı vərdənənin. Belarus MTZ-82 markalı, 10A-153 dövlət qeydiyyat nişanlı traktorun, 2-PTS 4 T markalı, 10Q-602 dövlət qeydiyyat nişanlı traktor yedəyinin, DT 75 markalı, 10N-239 dövlət qeydiyyat nişanlı buldozerin və DEK 251 markalı, 10N-202 dövlət qeydiyyat nişanlı qaldırıcı aşkar edilmiş, həmin əmlakların üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-532/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin əmlaklar üzərinə həbs qoyulmuş və icra olunması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinə göndərilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun bank hesabları ilə bağlı müxtəlif tarixlərdə inkasso sərəncamları qəbul edilərək müvafiq banklara göndərilmiş, lakin bank hesablarında pul vəsait aşkar olunmamışdır. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-462/2017 saylı, 05 10.2017-ci il tarixli icra sənədi üzrə borclu tərəfindən tələbkara bu vaxta qədər cəmi 3z-972 manat ödəniş edilmişdir. Digər icra sənədləri üzrə heç bir ödəniş həyata keçməmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi məqsədilə Nərimanov Rayon İcra Şöbəsinə dəvət olunmuş, lakin Şəxs Şöbəyə gəlməkdən imtina etmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, borclu "xxxx" Təmir-Tikinti MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yekunda "xxxx" Təmir-Tikinti MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Təmir-Tikinti MMCnin rəhbəri Şəxs və zərərçəkmiş hüquqi şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Təmir- Tikinti MMC-nin rəhbəri Şəxs və zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)- 3677/2017 nömrəli icra sənədindən görünür ki, cavabdeh "xxxx" Təmir-Tikinti MMC-dən birdəfəlik 9390 manat, 2017-ci ilin may ayından başlayaraq hər ay 330 manat məbləğində aylıq ödənc alınaraq xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 verilməlidir. İddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumu dövlət mədaxilinə cavabdeh "xxxx" Təmir- Tikinti MMC-dən alınsın. “İcraata başlamaq haqqında” xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-3677/2017 nömrəli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu "xxxx" Təmir-Tikinti MMC-yə göndərilmişdir. Azərbaycan Respublikası 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(82)-462/2017 nömrəli icra sənədindən görünür ki, "xxxx" Təmir-Tikinti MMC-dən 120,785.53 manat məbləğində əsas borc, 6000 manat məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(82)- 462/2017 nömrəli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu "xxxx" Təmir-Tikinti MMC-yə göndərilmişdir. Azərbaycan Respublikası 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(82)-254/2018 nömrəli icra sənədindən görünür ki, "xxxx" Təmir-Tikinti MMC-dən 28300 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq “Azəriqaz” istehsalat Birliyinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(82)- 254/2018 nömrəli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu "xxxx" Təmir-Tikinti MMC-yə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-531/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh "xxxx" Təmir-Tikinti MMC-dən 16419,45 manat ödənilməmiş borc, 1080,55 manat cərimə pulu, hüquqi xidmətlərə görə 1000 manat cəmi 18500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 175 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-531/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu "xxxx" Təmir-Tikinti MMC-yə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-835/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh "xxxx" Təmir-Tikinti MMC-dən 12.600 avro məbləğində pul vəsaiti ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Şirkətinin xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-835/2020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu "xxxx" Təmir-Tikinti MMC-yə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" Təmir-Tikinti MMCnin rəhbəri Şəxs icra qeydi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra vərəqəsinin icrasını tam şəkildə təmin etməmiş, icra sənədinin icrasının təmin edilməsinə hərəkətsizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" Təmir-Tikinti MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2443/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2443/2023
01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver