Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2449/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Nərimanov rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 15 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-394/2018 saylı, xx.xx.2017-ci il tarixli icra sənədləri üzrə tələblər icra edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-394/2018 saylı, xx.xx.2017-ci il tarixli icra sənədlərinin tələbləri Şəxs barəsində müvafiq tədbirlər görülməsinə baxmayaraq onun tərəfindən yerinə yetirilmir. Göstərilənlər nəzərə alınaraq "xxxx" MMC-nin rəhbəri Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-in 528.1ci maddəsi ilə əsaslı protokol tərtib edilmişdir. Barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, borclu şəxs tərəfindən icra sənədi üzrə yaranmış borcdan bu günədək heç bir ödəniş edilməmişdir. Qeyd olunanlara əsasən borclu barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat aparılan şəxs lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan ünvanda inşa edilmiş və 18.11,2014-cü il tarixli 96 nömrəli alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs1 satılmış “B” literli yaşayış binasının 89 saylı mənzilinin əskik gələn 28.35 kv.m sahəsi üçün Zərərçəkmiş şəxs1 tərəfindən artıq ödənilmiş 33421 manat məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməlidir. xx.xx.2020-ci il tarixli icraata başlama haqqında qərar qəbul edilərək, icra olunması üçün tələbin könüllü icrası ilə bağlı bildirişlə birgə borcluya, məlumat üçün tələbkara və aidiyyəti məhkəməyə göndərilmişdir 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-394/2018 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 29 aprel 2013-cü il tarixli AAC-119/2013 saylı alqısatqı müqaviləsi üzrə 37812.19 manat borc və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməlidir. xx.xx.2019-cu il tarixli icraata başlama haqqında qərar qəbul edilərək, icra olunması üçün tələbin könüllü icrası ilə bağlı bildirişlə birgə borcluya, məlumat üçün tələbkara və aidiyyəti məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki; İcra sənədlərinin icrası ilə bağlı borclu "xxxx" MMC-nin mövcud bank hesablarına inkasso sərəncamları tətbiq edilmiş, lakin həmin hesablarda pul vəsaiti olmadığından müsbət nəticə əldə etmək mümkün olmamışdır Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı borclu "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksindəki ümumi sahəsi 27.68 kv.m olan qaraj sahələrinin üzərinə həbs qoyulması üçün tərəfimizdən təqdimatla Nərimanov Rayon Məhkəməsinə müraciərt edilmiş və həmin məhkəmənin 8(005)-104/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin eilmişdir. Sözügedən daşınmaz əmlakın qiymətləndirilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nə müraciət edilmiş və borcluya məxsus əmlak 27680 manat qiymətləndirilmişdir. Daha sonra həmin daşınmaz əmlakın açıq hərrac vasitəsiylə satışını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nə müraciət edilmişdir. Daşınmaz əmlakın açıq hərrac vasitəsi ilə satışını həyata keçirən "xxxx" MMC-i xx.xx.2021-ci il tarixli məktubla Nərimanov rayon icra şöbəsinə müraciət edərək, hərracın baş tutmadığını bildirmişdir. Hərracın yekun nəticələri bağlı tərəfimizdən xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs1 rəsmi qaydada müraciət edilərək, qeyd olunan daşınmaz əmlak ona təklif olunmaqla münsaibət bildirməsi xahiş olunmuşdur. "xxxx" MMC-nə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksindəki ümumi sahəsi 27.68 kv.m olan qaraj sahələrinin yenidən qiymətinin müəyyən edilməsi üçün tərəfimizdən xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nə müraciət edilmiş və borcluya məxsus əmlak 20000 manat məbləğində qiymətləndirilmişdir. Sözügedən daşınmaz əmlakın açıq hərrac vasitəsiylə satışını təmin etmək üçün xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nə müraciət edilmişdir. Daşınmaz əmlakın açıq hərrac vasitəsi ilə satışını həyata keçirən "xxxx" MMCnin hərracın nəticələri haqqında yekun xx.xx.2022-ci il tarixli №Y-589/21 saylı protokoluna əsasən, həmin daşınmaz əmlak 14000 manata Zərərçəkmiş şəxs1 satılmışdır. Daşınmaz əmlakın Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsi üçün tərəfimizdən 17.01,2022-ci il tarixdə "xxxx" MMC-nə müraciət edilmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksindəki ümumi sahəsi 27.68 kv.m olan qaraj sahələrini hərrac vasitəsi ilə aldığına görə, həmin daşınmaz əmlakın onun adına sənədləşdirilməsinə dair köməklik göstərilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-370/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədin üzrə borclu "xxxx" MMC tərəfindən onlara məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksindəki ümumi sahəsi 27.68 kv.m olan qaraj sahələrinin ilkin və təkrar qiymətləndirilmələrinin ləğvi, həmçinin hərracın keçirilməsinə dair protokolun nəticələrinin etibarsızlığına dair ərizə ilə aidiyyəti məhkəməyə müraciət edilmişdir. Belə ki, qiymətləndiricinin təkrarən dəvət edilməsinə dair münasibətdə, Nərimanov Rayon Məhkəməsinin 8(005)-195/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, icra şöbəsinin xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nə göndərdiyi qiymətləndiricinin dəvət edilməsi haqqında qərarının ləğv edilməsinə dair "xxxx" MMC-nin şikayəti təmin edilməmişdir. "xxxx" MMC tərəfindən verilmiş apellyasi şikayəti əsasında, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-145/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, şikayət təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin 8(005)-195/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı və icra şöbəsinin xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nə göndərdiyi qiymətləndiricinin dəvət edilməsi haqqında qərarı ləğv edilmişdir. Hərracın keçirilməsinə dair protokolun nəticələrinin etibarsızlığına dair ərizəyə münasibətdə isə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1686/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş "xxxx" MMC-nin Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksində yerləşən və hal hazırda "xxxx" MMC-nin balansında olan iki ədəd ümumi 27.68 kv.m ibarət qaraj sahəsinin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatı, onun əsasında keçirilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il, Y-589/2021 saylı, “Hərracın nəticələri haqqında yekun Protokolu” və hərracın yekunları üzrə xx.xx.2022-ci il tarixli əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. "xxxx" MMC tərəfindən Nərimanov Rayon Məhkəməsinin 2(005)-1686/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7454/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qismən, iddianın rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli “Hərracın baş tutmasına dair yekun protokolu” etibarsız hesab edilmişdir. Sonradan borclu "xxxx" MMC-yə məxsus “RANGE ROVER SPORT” minik markalı **- AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu müəyyən edilmiş, Azərbaycan Respubilkası “İcra Haqqında” Qanununun 50.2-ci maddəsinin tələbinə əsasən xx.xx.2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyularaq icra olunması üçün AR BDYPİ-nə göndərilmiş, eyni zamanda həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması üçün Nərimanov Rayon Məhkəməsinə təqdimatla müraciət edilmiş, təqdimat təmin edilmiş və Nərimanov Rayon Məhkəməsin 8(005)-526/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı icra olunması üçün xx.xx.2021-ci il tarixli məktubla AR BDYPİ-nə göndərilmişdir. Aparılmış icra tədbirləri zamanı sözügedən nəqliyyat vasitəsinin Nizami rayonu Ə.Nəvai 15 ünvanında yerləşən “X5 və X4” MMC-də saxlandığı müəyyən edilərək həmin ünvana gedilmişdir. Ünvanda olan zaman nəqliyyat vasitəsi tərəfimizdən aşkar edilərək real görüntüsünün foto şəkilləri çəkilmiş və bu barədə xx.xx.2022-ci il tarli akt tərtib edilmişdir. Daha sonra həmin nəqliyyat vasitəsinin qiymətinin müəyyən ediməsi üçün xx.xx.2022ci il tarixdə "xxxx" MMC-nə müraciət edilmişdir. Qiymətləndirici tərəfindən həmin nəqliyyat vasitəsinə 10500 manat məbləğində qiymət qoyulmuşdur. Həmçinin icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə borclu "xxxx" MMC-nin mövcud bank hesabları barədə inkasso sərəncamları tətbiq edilmiş, lakin həmin hesablarda pul vəsaiti olmadığından müsbət nəticə əldə etmək mümkün olmamışdır. Eyni zamanda icra sənədi üzrə borclu "xxxx" MMC-nin Azərbaycan Respublikasında fəaliyyət göstərən digər hüquqi şəxslərə məxsus nizamnamələrdə payının olub-olmaması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmişdir. Borcluya məxsus “MİTSUBİSHİ L200” minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı və “İSUZU NPR 75” yük markalı **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması üçün xx.xx.2022-ci il tarixdə təqdimatla Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 8(005)-87/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu "xxxx" MMC tərəfindən Nərimanov Rayon Məhkəməsinin 8(005)-87/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından apellyasiya şikayəti verilsədə, Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 85/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmişdir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-87/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün tərəfimizdən Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilmişdir İcra sənədinin icrası ilə bağlı borclunun rəhbəri Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün xx.xx.2022-ci il tarixdə təqdimatla Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 8(005)-88/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, borclu hüquqi şəxsə məxsus olan “MİTSUBİSHİ L200” minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı və “İSUZU NPR 75” yük markalı **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulduğuna və Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksindəki ümumi sahəsi 27.68 kv.m olan qaraj sahəsi hərracdan satıldığına görə təqdimat təmin edilməmişdir. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən qanunla müəyyən edilmiş qaydada yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs ona məxsus yaşayış sahəsinin dəyərindən xeyli aşağı qiymətləndirilməsi və işsizlik səbəbindən icra sənədini icra etmədiyini göstərsə də, məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin həmin arqumentinin məhkəmə aktının və digər icra sənədlərinin icrasız qalmasının üzrlü halı kimi qəbul olunmasını mümkün hesab etmir, bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Bu isə onu deməyə əsas verir ki, Şəxs məhkəmə iclasında icra sənədinin icra etməməsinin səbəbi kimi hər hansı üzrlü hala istinad edə bilməmiş, icra sənədinin icraya yönəldilməsindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə qərarı və icra qeydləri ilə müəyyən edilmiş məbləğin icra sənədində göstərildiyi qaydada ödənilməsini tam təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün yaşını və şəxsiyyətini, əmlak və sağlamlıq vəziyyətini, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2449/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2449/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver