Məhkəmə qərarları › İş №3(005)-245/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-245/2022

15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-245/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X9, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X18 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 19 yanvar 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 01.11.2021-ci il tarixdən 10.12.2021-ci il tarixədək Şəxs MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti,350 A ünvanında işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Əmək Məcəlləsinin 44 və 49-cu maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X23 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X11 izahatında göstərdi ki, “TT Servis AZ“MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol ləğv edilməli və başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək X1 Şəxs MMC də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən qanunsuz olaraq əməyə cəlb edilməsini əsas gətirərək inzibati xətalara dair icraata başlamış və nəticədə inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, X5 tərəfindən X13 ünvanlanan şikayətində ümumiyyətlə Şəxs MMC barəsində hər hansı bir qanun pozuntusu öz əksini tapmamış, müəssisə barəsində hər hansı məlumat qeyd edilməmişdir. Nəzərə çatdırmaq istəyrik ki, sözügedən şəxslə müəssissənin ümumiyyətlə hər hansı bir əlaqəsinin olmaması şikayət ərizəsindən və M.Məmmədov izahatından aydın görünür. İş materiallarında olan X2 izahatındanda görünür ki, o tap.az internet saytında iş axtarmiş və axtarış zamanı izahatındada qeyd etdiyi kimi barəsində şikayət etdiyi X16 tərəfindən fəhlə işi ilə bağlı iş elanının olduğunu görmüş və həmin internet saytında qeyd olunan Asimə məxsus mobil telefonla əlaqə saxlamış və görüşmüşlər. Görüş zamanı A.Mehdiyev M.Məmmədova vəd verərək bildirmişdirki ona müxtəlif şirkətlərdən fəhlə işiylə bağlı müraciyətlər olunur işin həcmi böyük olduğundan o öz işlərini vaxtında icra edə bilmir və M.Məmmədovu müvəqqəti olaraq Al Marketdə gedib işləməsini onu öz şəxsi əlaqələriylə Al Marketdə işlə təmin olunmasına köməklik edəcəyi və yekunda razı qalacağı təqdirdə onu işlə təmin etməklə onunla özünün əmək müqaviləsi bağlayaraq onu başqa işlərlədə təmin edəcəyini vəd etmiş lakin AL Market MMC-də gördüyü işdən narazı qalan X21 Mehdiyev barəsində X13 şikayət etmiş Müfəttişlik isə hadisəyə heç bir əlaqəsi olmayan ŞəxsMMC barəsində inzibati xəta haqqında protokol tərtib edərək qanunvericiliyin tələbini pozmuşdur. Nəzərə çatdırmaq istəyirik ki, Asim Mehdiyev tərəfindən törədilmiş qanun pozuntusuna görə müəssisənin inzibati məsuliyyətə cəlb edilməsi ədalətsizlik, özbaşınalıq və qanunsuzluqdur. Qeyd etmək etmək istəyir ki, Asim Mehdiyev Şəxs MMC də fəhlə vəzifəsində çalışır onun ümumiyyətlə müəssisəyə işci cəlb etmək əmək müqaviləsi bağlamaq kimi səlahiyyətləri yoxdur. Hazırki işin faktiki hallarından da görünür ki, hazırki işdə Asim Mehdiyev müəssisənin iradəsindən kənar özü müstəqil surətdə başqasıyla qabaqcadan razılaşaraq onu özünə işci kimi götürəcəyinə və əmək müqaviləsi bağalacağına dair vəd vermiş M.Məmmədlini özü müstəqil şəkildə müəssisəyə hər hansı məlumat vermədən işə cəlb etmişdir, qeyd edilməsi zəruridir ki, törədilmiş hadisə ilə Şəxs MMC arasında hər hansı səbəbli əlaqə yoxdur. Qeyd edilənləri nəzərə alaraq Şəxs MMCnin barəsində tərtib edilmiş protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X6 izahatında göstərmişdir ki, o, işsiz olduğundan tap.az saytında iş axtarırmış. Axtarış zamanı fəhlə işi ilə bağlı elan olduğunu görmüşdür. Elandakı telefon nömrəsi ilə əlaqə saxlamış və Asim Mehdiyev adlı şəxslə tanış olmuşdur. Görüş zamanı Asim oa vəd etmişdir ki, Al Marketdə işlə təmin olunacağına köməklik edəcəkdir. Bir müddət işləməyi, bəyəndiyi təqdirdə onunla əmək müqaviləsi bağlanacağını bildirmişdir. Onu rəsmi şəkildə işə qəbul etməyi tələb etmiş, lakin Asim Mehdiyev hələlik bunun mümkün olmayacağını demişdir. O da razı olub bir müddət işləmişdir. Lakin, ödənişi gec etdikləri və iş saatından çox işlətdiklərinə görə işdən çıxmaq qərarına gəlmişdir. Bundan sonra, Asimlə aralarında mübahisə yaranmış və o da bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə şikayətlə müraciət etmişdir. Bildirmişdir ki, o, "xxxx"də müqaviləsiz işləmişdir. Ümumiyyətlə, Şəxs MMC-ni tanımır. Asim onu "xxxx"ə fəhlə kimi düzəltmişdir. Ona maaşını Asim verirdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X10 izahatında göstərmişdir ki, Məhəmmədi işlə bağlı tanımışdır. O, özü əvvəllər Şəxs MMC-də fəhlə kimi işləmişdir. Lakin hazırda müxtəlif şəxslərin işə düzəldilməsi ilə bağlı vasitəsiçilik edir. Məhəmmədi də məhz bu fəaliyyəti ilə əlaqədar tanımışdır. Məhəmmədi "xxxx"də fəhlə kimi işə düzəltmişdir. Vasitəçilik etdiyi üçün ödəniş ona edilirdi, o isə həmin ödənişdən Məhəmmədə maaşını verirdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış 20.12.2021ci il tarixli məktubdan görünür ki, hal hazırda "xxxx" MMC-nin istər hazırda çalışan işçi siyahısında, istərsə də xitam siyahısında X7 haqqında məlumat tapılmamışdır. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış 30.12.2021ci il tarixli məktubdan görünür ki, Məhəmməd Məmmədli Şəxs MMC-nin əməkdaşı qismində bizim müəssisədə çalışır. "xxxx" MMC ilə Şəxs MMC arasında 21/FX-1 №-li 01 avqust 2021-ci il tarixində xidmət müqaviləsi bağlanmışdır. 01 avqust 2021-ci il tarixli, 21/FX-1 nömrəli Xidmət Müqaviləsindən görünür ki, həmin müqavilə sifarişçi "xxxx" MMC ilə icraçı Şəxs MMC arasında bağlanmışdır. Müqavilə əsasən icraçı depo daxilində yüklərin daşınması, yük avtomobillərindən malların boşaldılması və yüklərin daşınmasını təşkil etmək üçün Sifarişçi tərəfindən tələb olunan miqdarda işçi qüvvəsi ilə təmin edəcək. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları və şahid ifadələri ilə Şəxs MMC-nin təqsirliliyi təkzib olunur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan, "xxxx" MMC-nin məktubuna əsaslanmaqla inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa, X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin X3 29.12.2021-ci il tarixli və X8 06.01.2022-ci il tarixli izahatları ilə təsdiq olunduğu qeyd edilsə də, həmin izahatlarda Şəxs MMC ilə bağlı hər hansı məlumat əks olunmamışdır. Məhkəmə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış 30.12.2021-ci il tarixli məktuba münasibətdə qeyd edir ki, həmin məktub özülüyündə Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi faktını təsdiq etmir. Belə ki, həmin məktubda Məhəmməd Məmmədlinin Şəxs MMC-nin əməkdaşı qismində "xxxx" MMC-də çalışdığı qeyd edilsə də, Məhəmməd Məmmədlinin həqiqətən Şəxs MMC-nin əməkdaşı olmasını təsdiq edən sənəd mövcud deyil. İş üzrə şahid ifadələri də Şəxs MMC tərəfindən qeyd edilən inzibati xətanın törədilməsini təkzib edir. X6 ifadəsində Şəxs MMC-ni ümumiyyətlə tanımadığını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 19 yanvar 2022-ci il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 19 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar