Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2455/2024 21.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X4, Şikayət vermiş şəxs «ERT X3 Turizm Sanayi ve Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının direktoru Üzeyir Tanrıverdinin nümayəndəsi və vəkli “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, «ERT X3 Turizm Sanayi ve Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının direktoru Üzeyir Tanrıverdi Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «ERT X3 Turizm Sanayi ve Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının direktoru Üzeyir Tanrıverdi Azərbaycan Respublikasınən Əmək və X5 Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, X8 Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MN №1613411 saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən mən “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru olaraq vəzifəli şəxs kimi inzibati qaydada cərimə edilmişdir. Belə ki, sözü gedən Qərar onunla əsaslandırılmışdır ki, o iki nəfər vətəndaş X7 və X1 işğaldan azad olunmuş ərazilərdə polis postlarından sərbəst keçməsi məqsədi ilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən icazə almış lakin həmin şəxslərlə şirkət arasında əmək müqaviləsi bağlanılmayıb. Bununla bağlı X8 Xidməti tərəfindən İnzibati tənbeh vermə haqqında protokola əsasən cərimələnəcəyi haqqında məlumatı heç vaxt bilmədən məlumatı olmadan qeyri qanuni protokol tərtib ediblər. Şirkətlərin hüquqi ünvanı ünvan 1 ünvanı isə ünvan 2rgədir. Həmin Qərarla tanış olarkən məlum olmuşdur ki, o vəzifəli şəxs kimi İXM 192.1-ci maddəsinə əsasən inzibati qaydada 3000 (üç min) manat cərimə edilmişəm. Şifahi olaraq əldə etdiyi məlumata əsasən xəbərsiz məlumat verilmədən mənim barəmdə yazılməş Protokolda müəyyən edilib ki, mən İXM 192.1-ci maddəsinin tələblərini pozaraq vətəndaşlar X7 və X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərə cəlb etmişdir. Halbuki, yuxarıda adları qeyd olunan vətəndaşlar üçün filialı üzərindən icazələr alınmış lakin həmin şəxslər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş etməmişdirlər. Belə ki, həmin şəxslər Azərbaycan Respublikasının Konstitusiyasına əsasən sərbəst formada özlərinə iş yeri seçmək hüququndan istifadə etməklə “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı ilə əmək münasibətləri yaratmaqdan imtina etmişlər. Qeyd etmək lazımdır ki, həmin şəxslərlə zorla əmək münasibətləri yaratmaq qanuna ziddir və qanunvericilikdə bu əməlin məsuliyyəti ilə bağlı cəza tədbiri nəzərdə tutulmuşdur. Qeyd edim ki, “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun tikintisi və yenidən qurulmasında həyata keçirilən böyük layihələr çərçivəsində keyfiyyətli və yüksək standartlara cavab verən işlər görmüşdür. X8 Xidməti qanunsuz olaraq, heç bir araşdırma aparmadan o vəzifəli şəxs kimi inzibati qaydada İXMnin 192.1 maddəsilə 3000 azn qanunsuz olaraq cərimə etmişdir. X8 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli MN №1613411 saylı İnzibati tənbeh vermə haqqında Qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün məhkəmə tərəfindən ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən «ERT X3 Turizm Sanayi ve Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının direktoru Üzeyir Tanrıverdinin nümayəndəsi və vəkili Nümayəndə şikayətin məzmununa uyğun çıxış edərək barəsində olan Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X9 protokolu müdafiə edərək müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylıinzibati tənbeh vermə haqqında qərara əsasən «ERT X3 Turizm Sanayi ve Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının direktoru Üzeyir Tanrıverdi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 (üç min) manat miqdarında şərti cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli «ERT X3 Turizm Sanayi ve Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının direktoru Üzeyir Tanrıverdinun İXM-nin 192.1-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, «ERT X3 Turizm Sanayi ve Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının direktoru Üzeyir Tanrıverdi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Bundan başqa X8 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdin edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəs Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyə kəsb edən bütün faktiki hallar, yəni Üzeyir Tanrıverdi tərəfindən qərarda adları qeyd edinən şəxslərin həqiqətən qeyd edilən işğaldan azad edilmiş rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəl olunub-olunmamalarını araşdırmamışdır. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «ERT X3 Turizm Sanayi ve Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının direktoru Üzeyir Tanrıverdi inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan «ERT X3 Turizm Sanayi ve Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının direktoru Üzeyir Tanrıverdi barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı nzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, «ERT X3 Turizm Sanayi ve Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının direktoru Üzeyir Tanrıverdi barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. «ERT X3 Turizm Sanayi ve Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının direktoru Üzeyir Tanrıverdi inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti vəzifəli şəxsi tərəfindən qəbul edilmiş «ERT X3 Turizm Sanayi ve Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının direktoru Üzeyir Tanrıverdinin İXM-nin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, «ERT X3 Turizm Sanayi ve Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının direktoru Üzeyir Tanrıverdi barəsində işə yenidən baxılması Azərbaycan Respublikasınən Əmək və X5 Nazirliyi yanında X8 Xidmətinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. «ERT X3 Turizm Sanayi ve Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının direktoru Üzeyir Tanrıverdi oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması üçn Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2455/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2455/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver