Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2461/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əmək qanunvericiliyin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulması nəticəsində törədilmiş inzibati xəta ilə əlaqədar "xxxx" MMC (bundan sonra “MMC” adlandırılacaq) direktoru kimi X11 təqsirli bilinərək barəmdə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında onun barəsində “İnzibati tənbeh vermə haqqında” 25 iyul 2024-cü il tarixdə MN ******* nömrəli qərar qəbul etməklə X6 3500,00 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hesab olunur ki, qeyd olunan qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. "xxxx" MMC-nin direktoru kimi barəsində tərtib edilmiş protokol və qərardan görünür ki, vətəndaşlar X7 və X19 oqlu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. DƏMX-nin məktubundan görünür ki, 2024-cü ilin may ayı ərzində ‘‘Qarabaq yə Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş’’ informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınan şəxslərin adına Əmək yə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin ‘‘Əmək yə Məşğulluq” altsistemində qüvyədə olan əmək müqaviləsi aşkar edilməmişdir. AR İXM-nin 78-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda göstərilməli olan təqdirdə, X13 Xidmətinin baş əmək müfəttişi X2 tərəfindən tərtib olunan “inzibati xəta haqqında” protokolda "xxxx" MMC-nin direktoru kimi onun icraatda iştirak etmədiyini qeyd edilmişdir. Halbuki, X13 tərəfindən rəsmi qaydada inzibati xəta işi ilə bağlı hər hansı dəvət məktubu X6 çatdırılmamış və bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraatın başlanması ilə əlaqədar xx.xx.2024-cü il tarixinə təyin edilən iclasda iştirak etməmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən, İXM-nin 100.1-ci maddəsinin tələblərinə riayət edilməyərək (inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilərkən, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir), “Predsor MMC-nin direktoru olaraq onun iştirakı olmadan və hər hansı izahatım alınmadan tərtib edilmişdir. Bundan başqa həmin Məcəllənin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib olunmalı olduğu təqdirdə 2024-cü ilin may ayında aparılan monitorinqlər nəticəsində əldə olunan məlumata istinadən yalnız xx.xx.2024-cü il tarixində inzibati xəta haqqında protokol tərtib edilmişdir. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin15 fevral 2016-cı il 795 №-li Fərmanının 5.4-cü bəndinə əsasən həmin Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının 1.10-cu bəndinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri, onların müavinləri, şöbə müdirləri (müdir müavinləri), sektor müdirləri, həmin dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələrinin rəhbərləri, onların müavinləri həmin dövlət orqanları adından inzibati xəta haqqında işlərə baxır. Buna baxmayaraq, qanunun tələblərinə riayət olunmadan "xxxx" barəsində inzibati xəta haqqında protokolu X13 Xidmətinin əmək müfəttişi hazırlamışdır X13 Xidməti tərəfindən təqdim edilən məktubda işğaldan azad edilmiş ərazilərə “iş icazəsi” alındığı qeyd edilir, halbuki adından da göründüyü kimi (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi) bu sistemdə hər hansı “iş icazəsindən” söhbət belə getmir. Buna baxmayaraq, tərtib olunan yalnış “inzibati xəta haqqında” protokolda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə istinad olunmuşdur (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə). Sadalanan qanun normalarından da göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməli deyil, bu vəzifə isə inzibati orqanın üzərinə düşür. X13 Xidməti inzibati xəta haqqında protokolda yalnız 2 şəxsin adının qeyd edilməsi ilə kifayətlənmiş, həmin şəxsləri başlanılan inzibati xəta iş üzrə icraata cəlb etməmiş, həmin şəxslərin və barəsində inzibati xəta işi aparılan “Predsor MMC-nin səlahiyyətli nümayəndəsinin izahatları alınmamış, həqiqətən də qeyd edilən şəxslərin Qarabağ və Şərqi Zəngəzur ərazilərinə girişlərin olub-olmaması müəyyən edilməmiş, qeyd edilən şəxslərin həqiqətən “Predsor MMC ilə hər hansı müqaviləsinin olub-olmaması və ümumiyyətlə inzibati xətanın faktiki olaraq törədilməsini sübut edən digər faktiki halları və faktları araşdırmamışdır. Başqa sözlə desək, X13 Xidməti İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcudluğunu sübut edə bilməmişdir. "xxxx" MMC “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti-bərpa işləri görən “X22” MMC ilə dizel yanacağının və benzil məhsullarının satışı ilə bağlı 8 iyul 2023-cü il tarixlə alqı-satqı müqaviləsi bağlamışdır. Sözügedən müqavilənin icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC bir çox şəxslər ilə “Yükdaşıma xidmətlərin göstərilməsi haqqında” mülki müqavilələr bağlamış və onlara bu xidmətlərin göstərilməsinə görə ödənişlər həyata keçirmişdir. Belə ki, yükdaşıma xidmətlərı göstərən X8, X23, X5, X15, X16; X12 və X7 ilə mülki-hüquqi müqavilələr bağlanmış və həmin şəxslər ilə bağlı bağlanmış daşıma müqaviləsi əsasında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə əlavə edilməsi üçün "xxxx" MMC tərəfindən müraciət olunmuşdur. Ona görə ki, portalda fiziki şəxs kimi müraciət etmə imkanı nəzərdə tutulmamışdır. Misal olaraq protokolda adı çəkilən X7 ilə 1 iyun 2024-cü il tarixdə yükdaşıma xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış və həmin şəxsə ümumilikdə 1 avqust 2024-cü il tarixində göstərdiyi xidmətlərə görə 12000,00 manat məbləğində xidmət haqqı ödənilmişdir. Qeyd edilənləri faktları onunla bağlanmış mülki-hüquqi müqavilə və ödənişin edilməsini sübut edən ödəniş qəbzi təsdiq edir. "xxxx" MMC öz işçilərinin hamısı ilə qanunvericiliyin tələblərinə uyğun əmək müqaviləsi bağlayır və onları müvafiq qaydada qeydiyyatdan keçirir. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə müraciət üçün daxili qaydalara əsasən, həmin sistemə giriş hüququ yalnız iqtisadi rayonda müvafiq tikinti və digər işlər üzrə sifarişçi olan dövlət qurumları və ya şirkətlərə aiddir. Sifarişçi olan dövlət qurumları və ya şirkətlər ilə müqaviləsi olan baş podratçı və ya podratçı şirkətlər öz adından müraciət edə bilər. Belə olan halda subpodratçı şirkətlərin əməkdaşlarının da əraziyə giriş üçün, müfaçiətləri, baş podratçı və ya podratçı tərəfindən həyata keçirilir. Eyni zamanda, qeyd edirik ki, ümumiyyətlə portalda yalnız “hüquqi şəxs” kimi müraciət etmək olur, “fiziki şəxs” kimi müraciət isə ümumiyyətlə nəzərdə tutulmamışdır. Bu həmin işçilərin "Predsol” MMC-nin işçilərinin olması anlamına gəlmir. Başqa sözlə desək, “Predsol" MMC tərəfindən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş’' informasiya sistemi vasitəsi ilə müraciət edilən bütün şəxsləqə, o cümlədən adları inzibati xəta protokolunda qeyd edilən şəxslərə dair onlarla MMC arasında münasibətləri tənzimləyən müqavilələr (mülki müqavilə və yaxud əmək müqaviləsi) mövcud olmuş və İXM-nin 192.1-ci maddəsinin tərkibini yaradan inzibati xəta hadisəsi ümumiyyətlə baş verməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3500 manat cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 nümayəndəsi və vəkili Nümayəndə verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 çıxış edərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında yükdaşıma ilə bağlı xx.xx.2024-cü il tarixdə xidməti müqavilə bağlanmışdır. O, Qarabağ ərazisinə bir neçə dəfə yük aparmışdır. Hal-hazırda həmin müqavilə xx.xx.2025-ci ilədək qüvvədədir. Məhkəmə iclasının vaxti və yeri barəsində xəbərdar edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaşlar X7 və X9 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “Yükdaşıma xidmətləri haqqında” № 368 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqavilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Sifarişçi) ilə X7 (İcraçı) arasında bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq İcraçı Sifarişçinin ona tapşırdığı və bir qayda olaraq yanacağın (dizel, benzin) ibarət yükləri tapşırığın şərtlərinə uyğun olaraq bir məntəqədən digər məntəqəyə daşımağı, Sifarişçi isə həmin Xidmətlər üçün Müqavilə üzrə müəyyənləşdirilmiş məbləği İcraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3-cü bəndinin 1-ci hissəsinə əsasən müqavilə Sifarişçi və İcraçı tərəfindən imzalandığı tarixdən qüvvəyə minir və xx.xx.2025-ci il tarixədək qüvvədə qalır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2215/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dar inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan X13 Xidmətinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2461/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən şikayət qismən təmin edilmiş, "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə tapşırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2008/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidməti tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 3(005)-2461/2024 nömrəli qərarı ləğv edilmiş və iş materialları yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2922/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 12 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 təqsirli bilindiyi inzibati xətaya dair münasibət bildirməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyini nəzərdə tutumuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - Əmək Məcəlləsinin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-cü maddəsinin 2-3.4-cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum qərarından görünür ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür.Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir.Təsadüfi deyildir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi təsbit edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən aşağıdakı şəxslərə Əmək Məcəlləsi şamil edilmir: a) hərbi qulluqçulara; b) məhkəmə hakimlərinə; c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə. Azərbaycan Respiblikası Konstitusiyasının 35-ci maddəsinə əsasən İV hissəsinə əsasənəmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi, tərəflər arasında əmək münasibətlərinin yaranması üçün yazılı şəkildə əmək müqaviləsi bağlanılmalı, bu müqavilə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməli, əmək müqaviləsi bildirişi qeydiyyata alınmalı və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməlidir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün tərəflər arasında əmək münasibətləri mövcud olmalı, yəni işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmalı, həmçinin bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həyata keçirilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X11 tərəfindən X7 və X9 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqavilələri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X11 barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 25 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərkən yalnız DİN tərəfindən verilmiş məlumata əsaslanmış və X13 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdin edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmişdir. “Yükdaşıma xidmətləri haqqında” № 368 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqavilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Sifarişçi) ilə X7 (İcraçı) arasında bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq İcraçı Sifarişçinin ona tapşırdığı və bir qayda olaraq yanacağın (dizel, benzin) ibarət yükləri tapşırığın şərtlərinə uyğun olaraq bir məntəqədən digər məntəqəyə daşımağı, Sifarişçi isə həmin Xidmətlər üçün Müqavilə üzrə müəyyənləşdirilmiş məbləği İcraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3-cü bəndinin 1-ci hissəsinə əsasən müqavilə Sifarişçi və İcraçı tərəfindən imzalandığı tarixdən qüvvəyə minir və xx.xx.2025-ci il tarixədək qüvvədədir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X11 ilə X7 arasında yaranan münasibətlər xidməti müqavilə əsasında yarandığından tərəflər arasındakı münasibətlər mülki xarakterlidir və həmin münasibətlər əmək qanunvericiliyi ilə deyil, qüvvədə olan mülki qanunvericiliklə tənzimlənir. Bununla da, X7 və X9 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqavilələri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş məlumat olmasına görə protokol tərtib edilərək, X4 Azərbaycan Repsublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən hansı sübutlara istinad etməsi, həmçinin X7 və X3 əmək müqavilələrindən kənar işlərə cəlb olunması kimi hallara qiymət verib –vermədiyini müəyyən etmək olmur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə, bütün qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlir ki, X11 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən etmək mümkün deyil. Baxmayaraq ki, İXM-in 8.2-ci maddəsinə əsasən sübutetmək yükü inzibati orqanın üzərinə düşdüyündən və məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün deyildir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, X11 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən etmək mümkün olmadığından inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.5-1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biri də bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin olunsun. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2461/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2461/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver