Məhkəmə qərarları › İş №3(005)-2463/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2463/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2463/2025 21.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Musayev Tural Səmid oğlu, X2 İXP ******* seriya nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək MN ******* seriya nömrəli, xx.xx.2024-cü il tarixli və MN ******* seriya nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2 və 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi, qanunvericilik inzibati xəta haqqında protokoldan deyil, həmin protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsini nəzərdə tutmuşdur. X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarı əldə edib həmin qərarı mübahisələndirməli olduğu halda, inzibati xəta haqqında protokollardan məhkəməyə şikayət vermişdir ki, həmin şikayətə məhkəmədə baxılması nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 MN ******* seriya nömrəli, xx.xx.2024-cü il tarixli və MN ******* seriya nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar