Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-247/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadı Gülzadə Çingiz qızının katibliyi ilə, X1 iştirakı ilə, X3 Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 14 dekabr 2022-ci il tarixdə 11 saylı RETSİ-nin rəisi X4 ona Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə inzibati tənbeh tərtib etmişdir. Həmin protokola görə guya o ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə tənbeh edilərək 3000(üç min) manat cərimə edilmişdir. Ona bildirilmişdir ki, kuxnada müvafiq avadanlıq quraşdırmalıdır ki, təbiətə ziyan vurmasın.Nəzərə almaq lazımdır ki, bu gündə istifadəsində olan Doyum Lahmacun təbiətə heç bir ziyan vurmur. Çirkli tullantıları havaya buraxılmır. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərir. Onlar əvvəl gələrək belə bir tələb irəli sürməmişlər. Xəbərdarlıq göndərməmişlər. Sadəcə olaraq elə restorana daxil olan kimi protokol təıtib etmişlər. Onlar əvvəl xəbərdarlıq etməli, sonra vaxt verərək protokol tərtib etməli olduqları halda bunu etməmişdir. Bu barədə ona ümumiyyətlə məlumat verilməmişdir. Onların hərəkətləri sahibkarlığa zərbə vurulmasıdır. Dövlətə vergi ödədiyi bunların nəzərindən qaçmışdır. Protokol tərtib edilərkən heç bir imza atmamışdır. Onun istifadə etdiyi obyekt hazırda da həmin vaxtı da qanuni fəaliyyət göstərmiş ekologiyanı zərərli tüstü buraxmamışdır.Ekspertiza keçirilməli və müvafiq rəy alındıqdan sonra belə bir addım atıla bilərdi. Həmin kuxnadan çıxan tüstünün zərərli və ya zərəsiz olması araşdırılmamışdır. Kuxnada hava təmizləyən bütün avadanlıqlar mövcuddur. İnzibati Protokol olsa da protokol əsasında qəbul edilmiş qərar ona xx.xx.2023-ci il tarixdə təqdim edilmişdir. Ümumiyyətlə ona hansı əsasla və hansı sənədlə inzibati protokol tərtib edildiyi məlum deyildir. Ona hüquqi şəxs kimi və ya fiziki şəxs kimi protokol tərtib edilməsi məlum deyil. Ümumiyyətlə hansl fəaliyyətlə bağlı protokol tərtib edilməsi də məlum deyildir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, qərarından şikayət verilən orqan (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın (onun nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Belə ki, iş materiallarında olan və tədqiq edilmiş: Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-cü il tarixli, MN ******* “İnzibati tənbeh vermə haqqında” Qərarının surətindən görünür ki, xx.xx.2023-ci il tarixli, C-M9/2622-042 nömrəli icrası məcburi olan müddətli məcburi göstərişin tələblərinin yerinə yetirilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İXM-nin 34-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-nin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Hazırki iş üzrə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İXM-in yuxarıda göstərilən tələbləri gözlənilməmiş, qərar qəbul etmiş orqan tərəfindən tam araşdırma aparılmamış, inzibati xəta törətmiş şəxs, həmçinin onun təqsiri dəqiq müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də İXM-in 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir. İXM-nin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sadalananları nəzərə alaraq məhkəmə qeyd edir ki, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhər Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-cü il tarixli, MN ******* “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-247/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-247/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver