Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2477/2022 25.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Zərərçəkmiş şəxs – X2, Zərərçəkmiş şəxs – X7 iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Ağcabədi rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 205 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı X1 08 iyul 2022-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Nərimanov rayon DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X5 tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs mopedi idarə edərkən piyada X3 vuraraq xəsarət yetirmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, səlahiyyətli orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclası zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 10:10 radələrində piyada şəkildə Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi ilə hərəkət edirmiş. Həmin vaxt 10 yaşlı qızı X10 da onunla barəbər imiş. O, Ayanla barabər yolun əks tərəfmə keçmək üçün piyada keçidinə yaxınlaşıb, avtomobillərin azalmasını gözləməyə başlamışdır. Avtomobillərin onlara yol verdiyini gördükdən sonra isə piyada keçidinə daxil olub, hərəkətə başlamışlar. Bu zaman sağdan 2-ci zolaqla hərəkət edən mopedin sürücüsü onların piyada keçidində olduqlarına fikir vermədən hərəkət etmiş və mopedin ön hissəsi ilə onları vurmuşdur. Zərbənin təsirindən o və qızı Ayan müqavimətlərini saxlaya bilməmiş və asfalt örtüyün üzərinə yıxılmışlar. Bundan sonra ətrafdan təsadüfi keçən şəxslər və polis əməkdaşları hadisə olduğunu görüb, köməklik etmək üçün onlara yaxınlaşmışlar. Mopedin sürücüsü də onlara köməklik etmək üçün gəlmişdir. Polis əməkdaşları hadisə yerinə TTYS-nin həkim briqadasını dəvət etmişdir. Onlar da TTYS-nin həkim briqadası ilə xəstəxanaya gedib, müayinə olunduqdan sonra Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişlər. Hazırda barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs X10 məhkəmə iclası zamanı qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 10:10 radələrində piyada şəkildə Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi ilə hərəkət edirmişlər. Həmin vaxt anası X4 da onunla barəbər imiş. Onlar birlikdə yolun əks tərəfmə keçmək üçün piyada keçidinə yaxınlaşıb, avtomobillərin azalmasını gözləməyə başlamışlar. Avtomobillərin onlara yol verdiyini gördükdən sonra isə piyada keçidinə daxil olub, hərəkətə başlamışlar. Bu zaman sağdan 2-ci zolaqla hərəkət edən mopedin sürücüsü onların piyada keçidində olduqlarına fikir vermədən hərəkət etmiş və mopedin ön hissəsi ilə onları vurmuşdur. Zərbənin təsirindən o və anası Mehriban müqavimətlərini saxlaya bilməmiş və asfalt örtüyün üzərinə yıxılmışlar. Bundan sonra ətrafdan təsadüf keçən şəxslər və polis əməkdaşları hadisə olduğunu görüb, köməklik etmək üçün onlara yaxınlaşmışlar. Mopedin sürücüsü də onlara köməklik etmək üçün gəlmişdir. Polis əməkdaşları hadisə yerinə TTYS-nin həkim briqadasını dəvət etmişdir. Onlar da TTYS-nin həkim briqadası ilə xəstəxanaya gedib, müayinə olunduqdan sonra Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişlər. Hazırda barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 X12 xx.xx.2022-ci il tarixli, 689 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, X7 bədən səhtində aşkar edilmiş xəsarətlər: sol saidin, sol budun, sol baldırın sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 X12 xx.xx.2022-ci il tarixli, 690 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, X2 bədən səhtində aşkar edilmiş xəsarətlər – sol dirsək oynağının əzilmiş yarası, sol aşıqbaldır oynağının qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 338.7-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi öz izahatı ilə yanaşı, ekspert rəyi, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 338.7-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2477/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2477/2022
25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver