Məhkəmə qərarları › İş №3(005)-2477/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2477/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2477/2023 08.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X4 iştirakı ilə, Binəqədi rayon Polis İdarsəinin 6-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X4 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Binəqədi rayon Polis İdarsəinin 6-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istifadəsində olan mobil telefona Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Aynurəxanım Ağalarovudan İcra şöbəsinə dəvət olunmağı barədə bildiriş daxil olması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə icra şöbəsində olmuşdur. Aynurəxanım Ağalarova icraata barəsində inzibati xəta ilə bağlı icra işinin daxil olmasını bildirdikdən sonra təkidinə əsasən barəsində tərtib olunmuş qərarı tanış olmaq üçün ona təqdim etmişdir. Ona təqdim olunmuş qərarla tanış olduqdan sonra ona məlum olmuşdur ki, guya Binəqədi rayon Polis İdarəsi 6-cı Polis bölməsinin sahə inspektoru, polis kapitanı X3 tərəfindən xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur. Həmin protokolun məzmunundan görünür ki, guya onun Biləcəri qəsəbəsi YYM-də müəyyən olunmamış yerdə küçə ticarəti ilə məşğul olmağı, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454cü maddəsində nəzərdə tutulan inzibati xətam törətməyi aşkar olunmuşdur. Qeyd olunan MN ******* nömrəli protokol əsasında həmin xx.xx.2023-cü il tarixdə Binəqədi rayon Polis İdarəsi 6-cı Polis bölməsinin sahə rəisi, polis kapitanı X11 tərəfindən İnzibatı tənbeh vermə haqqında xx.xx.2023-ci il tarixli, MN ******* qərarı qəbul olunmuş, həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi guya təsdiq olunmuşdur və 80 manat məbləğində cərimə olunmuşdur. Surəti ona xx.xx.2023-cü il tarixdə Binəqədi İcra şöbəsində təqdim edilmiş olan xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati qərarla qəti surətdə razı deyil. Hesab edir ki, qərar əsassızdır və ləğv olunması üçün kifayət qədər əsaslar vardır. İlk növbədə göstərmişdir ki, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis bölməsinin sahə inspektoru, polis kapitanı X3 tərəfindən xx.xx.2023-cü il tarixdə barəsində tərtib olunmuş MN ******* nömrəli protokola sahə rəisi Asim Salahov tərəfindən tənqidi yanaşılmalı, bir sıra hallar dəqiqləşdirilməli, sonradan, zərurət olan halda inzibati tənbeh barədə qərar qəbul edilməli idi, Belə ki, ilk növbədə göstərimişdir ki, sahə inspektoru X5 qəsəbəsi YYM-də xx.xx.2023cü il tarixdə ümumiyyətlə olmamışdır. Valeh İsgəndərzadə həmin yerdə xx.xx.2023-cü il tarixdə olmuş, ona məxsus yaşıyış evinin həyətyanı sahəsində qohumumla birlikdə iki-üç ədəd qurbanlıq quzu kəsdiyinə görə Valeh İsgəndərzadə ilə mübahisəsi olub, heyvanı bilavasitə öz həyətində kəsdiyinə görə onun iradını qəbul etməmişdir. Nəticədə V.İsgəndərzadə çox çək-çevirdikdən sonra ondan 70 manat pul da alıb çıxıb getmişdir. xx.xx.2023-cü İİ tarixdə V.İsgəndərzadə onu görməmişdir. Bir daha hesab edir ki, qərarın qəbul edilməsi üçün əsas olmuş protokol qanunsuz və əsassızdır. Belə ki, göstərmişdir ki, son bir neçə ildə onu heç bir ticarət fəaliyyəti ilə məşğul olmur. Ət, süd və süd məhsulları ilə əvvəllər məşğul olduğu ticarət fəaliyyətini xüsusi ayrılmış obyektdə, qapalı bir yerdə həyata keçirmişdir. Həmin məhsulların özləri belə onların küçədə satışına imkan verməyən məhsullar olmuşlar. İnzibati tənbeh tətbiqi barədə qərar qəbul etmiş Asim Salahov inzibati xəta haqqında protokolda küçə ticarətinin konkret harada, hansı məkanda keçirilməsinin göstərilməməsinə, küçə ticarəti predmetlərinin adlarının belə qeyd oluna bilinməməsinə, küçə ticarətinin heç bir vasitə ilə sübut olunmamasına» heç bir texniki vasitədən istifadə olunmamasına və digər əhəmiyyətli hallara diqqət yetirməmiş, guya protokolu imzalamaqdan imtina etmiş olmağının səbəbini belə aydınlaşdırmağa heç bir təşəbbüs göstərməmişdir. Sözsüz ki, Asim Salahov tərəfindən belə bir təşəbbüs olsa idi, tərtib olunmuş protokolun əsassızlığını sübuta edə bilərdi. Məhkəmə iclasında iştirak edən X9 inzibati iş üzrə icraata xitam verilməsini şikayət ərizəsinə yaşayış yeri üzrə Nərimanov Rayan Məhkəməsində baxılmasını, qərar barədə icra qurumu tərəfindən məlumat aldıqdan dərhal sonra məhkəməyə müraciət etdiyini, şikayətinin təmin olunmasını və MN seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş polisi bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş polisi bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında protokol”dan görünür ki, X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədməsi ilə bağl 80 manat məbləğində cərimə edilmiş və X9 tərəfindən protokola qol çəkməkdən imtina edilmişdir. №134202 saylı vəsiqədən görünür ki, X6 əlil olması ilə bağlı xx.xx.1998-ci il tarixdın əlillik vəsiqəsi verilmişdir. AA №025071 saylı vəsiqədən görünür ki, X6 Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün olması ilə bağlı vəsiqə verilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X9 tərəfindən qansunsuz küçə ticarəti ilə məşğul olması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq göstərilən qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X9 tərəfindən küçə ticarəti ilə harada məşğul olması, hansı məhsulları qanunsuz satması barədə məlumatlar, bu faktları əks etdirən sübutlar məhkəmə iclasında təqdim edilməmişdir. Göstərilənlər nəzərə alınaraq verilmiş şikayət təmin edilməli, X9 barəsində Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Binəqədi rayon Polis İdarsəinin 6-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar