Məhkəmə qərarları › İş №3(005)-2478/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2478/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2478/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs – X5 nümayəndəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli MN№ ******* saylı qərarı ilə "xxxx" MMC-nin direktoru Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 4500 (dörd min beş yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. DƏMX-nin inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz olaraq tərtib edilmişdir. Belə ki, "xxxx" MMC-nin direktoru barəsində DƏMX tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN№ ******* saylı inzibati xəta haqqında protokola əsasən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X3, X6 və X8 AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi qeyd edilmişdir. Lakin tərtib edilmiş protokolun müəyyən edilmiş sübutlar hissəsində protokolda adları qeyd olunan şəxslərin izahatları, iş və xidmətlərin yerinə yetirilməsinə dair təsdiqedici sənəd və sübutlar təqdim edilməmiş, eyni zamanda "xxxx" MMC-nin direktorunun protokolun tərtib olunma tarixi və yeri barədə protokol tərtib olunduğu tarixdən rəsmi məlumat DƏMX tərəfindən verilməmiş və heç bir rəsmi məktub (bildiriş) cəmiyyətə daxil olmamış, təqdim edilməmişdir. Belə ki, DƏMX tərəfindən "xxxx" MMC-nin direktoru barəsində tərtib olunmuş protokol İXM-nin tələblərinə zidd və əsassız olaraq tərtib edilmişdir. Bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin - 61.3. maddəsi inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. "xxxx"MMC və işəgötürəni tərəfindən Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinə əməl etmədən X1 və digər 2(iki) nəfərin cəmiyyətdə iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi üçün cəmiyyət və cəmiyyətin işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsində (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə və cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.) nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair DƏMX-nin Bakı şəhər İdarəsinin məsləhətçi əmək müfəttişi X12 tərəfindən xx.xx.2024-cü il tarixli ******* saylı və xx.xx.2024-cü il tarixli ******* saylı İnzibati xəta haqqında protokollar işəgötürənə məlumat vermədən və işəgötürənin iştirakı təmin olunmadan tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixdə tərtib olunan, xx.xx.2024-cü il tarixdə cəmiyyətə daxil olan protokollarda qeyd olunub ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdi ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığımız şəxslər- X3 və digər 2(iki) nəfərin Nazirliyin Əmək və Məşğulluq alt sistemində qüvvədə olan əmək müqavilələrinin aşkar edilmədiyini və həmin şəxslərin adına əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Təəssüf olsun ki, bildirişlərində bu şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsini yalnız sözlə ifadə etsələr də buna dair müvafiq sübutlar və faktlar bildirişə əlavə olunmamış və ya buna dair heç bir təsdiqedici sənədlər təqdim etməmişlər. Bir daha qeyd edirik ki, İnzibati Xətalar Məcəlləsinin 99.2 maddəsinə əsasən məlumatlarda inzibati xəta əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasının əsasıdır. Bildirmək istəyirik ki, bu hala dair inzibati xəta əlamətlərinin nədən ibarət olmasını, hansı inzibati xəta əlamətlərinin olmasını, inzibati xəta faktorunun necə aşkar olunmasını əsaslandıra bilməmişlər. Bildirirlər ki, DƏMX-nin cəmiyyətin direktoru barəsində də tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN№ ******* saylı İnzibati xəta haqqında protokola əlavə edilmiş müşayiət məktubunda X1 və adları, soyadları şikayətdə qeyd olunan digər 2 şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi bildirilmişdir. Qeyd olunan hala dair DƏMX tərəfindən fakt və sübutlar təqdim edilə bilməsə də "xxxx" MMC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə etdiyi müraciətinə dair, AAYDA xx.xx.2024-cü il tarixli 11-1/2-619xx-xx/2024 saylı məktubunda bir daha adları qeyd olunan X3, X7, X4 “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən "xxxx" MMC tərəfindən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmasına dair iş icazəsinin alınması ilə bağlı tərəflərindən rəsmi müraciət olunmaması barədə məktub daxil olmuşdur. DƏMX xx.xx.2024-cü il tarixli MN№ ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixli MN№ ******* saylı qərar qəbul edilmişdir. Qeyd olunanlara istinad edərək bildirirlər ki, DƏMX tərəfindən barələrində inzibati xəta haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən "xxxx" MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. Belə ki, şahid qismində məhkəmə iclasında dindirilən X3 və X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il taixinədək hər hansı işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməməsini bildirmişdir. Bundan başqa DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC barəsində inzibati material araşdırılarkən nə X3 və X2, nə də cəmiyyətin iştirakı təmin olunmamış və onların izahatları alınmamışdır. Beləliklə inzibati icraat qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 53, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq məhkəmə "xxxx" MMC-nin direktorunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində MN№ seriyalı 129208 nömrəli, 15 iyul 2024-cü il tarixli inzibati xəta haqqında Qərar ləğv edilməlidir və inzibati məsuliyyətdən azad edilməlidir. Şikayət vermiş şəxs X5 nümayəndəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Nümayəndə verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məsələ araşdırılmadan səlahiyyətli orqan xətanın mövcudluğunu portal üzərindən aşkar etmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X16 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, müfəttişliyin yerində araşdırma apara bilməməsinə dair 2015-ci il tarixli fərman mövcuddur. Yekunda məhkəmədən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və X5 İXM-nin 192.1-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarı ləğv edilməli və işə yenidən baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X11 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Bundan başqa X10 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdin edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, yəni X11 tərəfindən qərarda adları qeyd edilən şəxslərin həqiqətən qeyd edilən işğaldan azad edilmiş rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, vəzifəli şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamaları araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan onun barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X11 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X11 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X5 İXM-nin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X11 barəsində işə yenidən baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar