Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2481/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən 03 avqust 2022ci il tarixdə, İXP seriyslı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətmişdir. Səlahiyyətli orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: HK1 N-740 /102-0948/ nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:31-də, “DİN”-nin TŞX-nin operatoru Səmədova TŞ 6-011 kamera görüntüsü əsasında məlumat verərək bildirmişdir ki, Azadlıq prospekti və M.Araz küçəsinin kəsişməsində “Mercedes” markalı **-FC-*** dövlət nömrə nişanlı avtomaşınla, motosikletin toqquşması nəticəsində xəsarət alan olmuşdur. Məlumatin araşdırılmasına dair göstəriş verilməsi xahiş olunmuşdur. HK 2 N 8290 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:45-də, 9 saylı TTYS-dan həkim Salmanov məlumat verərək bildirmişdir ki, Azadlıq prospektində baş vermiş YNH-si zamanı, xx.xx.1999-cu il təvəllüdlü Şəxs boyun nahiyyəsinin küt travması xəsarəti almışdır. Qeyd olunanları nəzərə alaraq məlumatın araşdırılması məqsədilə aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirmişdir ki, qeyd olunan tarixdə saat təxminən 22:00 radələrində özünə məxsus idarə etdiyi “Nama” markalı moped ilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Ak.H.Əliyev küçəsi istiqamətindən üzü Z.Bünyadov prospekti istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda sağdan 3-cü zolaqla saat da 45 km sürətlə düzünə hərəkət edirmiş. O, idarə etdiyi moped ilə düzünə hərəkətdə olduğu zaman onunla eyni zolaqda ondan qarşıda hərəkət edən “Mercedes- Benz-minik” markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüs sola dönmə işığını yandıraraq Azadlıq prospektində yerləşən və Ak.H.Əliyev küçəsi istiqamətində geriyə dönmə yerinə çatdıqdan sonra avtomobilini dayandıraraq əks zolaqdan gələn avtomobillərə yol vermişdir. Bu zaman o düzgün ara məsafəsi saxlaya bilmədiyi üçün onunla toqquşmamaq məqsədilə əks zolağa keçmişdir. Bu zaman idarə etdiyi mopedin ön hissəsi ilə “Mercedes-Benz-minik” markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qanad, ön sol qapı və yan güzgüsü toqquşmuşdur. Zərbənin təsirindən o, müqavimətini saxlaya bilməmiş və asfalt örtüyün üzərinə yıxılmışdır. Bundan sonra ətrafdan təsadüfi keçən şəxslər və polis əməkdaşları köməklik etmək üçün gəlmişlər. Hadisə yerinə gəlmiş TTYS-nin həkim briqadası onu müayinə olunması üçün xəstəxanaya aparmışlar. O, da orada müayinə olunduqdan sonra Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Araşdırma müddətində Şəxs ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Azadlıq prospekti 51 ünvanında istifadə etdiyi moped ilə X1 istifadə etdiyi avtomobili toqquşaraq nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən sonfa 7 saylı xəstəxanaya getmişdir. Təxminən 2 saat həkim müayinəsindən sonra onda heç bir ciddi xəsarətlərin olmadığı və sadəcə yüngül sıyrıqlarm olduğu ona məlum olmuşdur. Qarşı tərəfin avtomobilinə dəymiş zərər ödənildiyindən heç bir şikayət və tələbi yoxdur. Əlavə olaraq qeyd etmişdir ki, onda olan yüngül sıyrıqlarla bağlı dəymiş zərər qarşı tərəf ödəmiş və o səbəbdən barışıq əldə olunmuşdur və həmin şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Araşdırma zamanı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirmişdir ki, qeyd olunan tarixdə saat təxminən 22:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz-minik” markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Ak.H.Əliyev küçəsi istiqamətindən üzü Z.Bünyadov prospekti istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda sağdan 3-cü zolaqla saat da 40 km sürətlə düzünə hərəkət edirmiş. O, idarə etdiyi avtomobil ilə Azadlıq prospekti yerləşən Ak.H.Əliyev küçəsi istiqamətində geri dönmə əməliyyatını həyata keçirmək üçün nəzərdə tutulan yerə çatmasına az qalmış o, sola dönmə işığını yandıraraq avtomobilini dayandıraraq əks zolaqdan gələn avtomobilləri gözləməyə başlamışdır. Bu zaman onunla eyni zolaqda ondan arxada hərəkət edən mopedin sürücüsü əks zolağa keçərək idarə etdiyi mopedin ön hissəsi ilə onun avtomobilinin sol ön qanad və sol ön qapı və yan şüşəsini vurmuşdur. Zərbənin təsirindən isə müqavimətini saxlaya bilməmiş və asfalt örtüyün üzərinə yıxılmışdır. Bundan sonra ətrafdan təsadüfi keçən şəxslər və polis əməkdaşları onlara kömək etmək üçün yaxınlaşmışlar. Hadisə yerinə gəlmiş TTYS-nin həkim briqadası xəsarət almış şəxsi müayinə olunması üçün xəstəxanaya aparmışdır. Bundan sonra hadisə yerinə Nərimanov RPİ-nin əməkdaşı gələrək araşdırma aparmağa başlamışdır. O, da həmin araşdırmada iştirak etmişdir. Araşdırma müddətində ərizə ilə müraciət edən X3 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Azadlıq prospekti 51 ünvanında istifadə etdiyi minik avtomobili ilə dönmə əməliyyatı edərkən digər tərəfdən motosiklet nəqliyyat vasitəsi ilə hərəkət edən Şəxs onun avtomobili ilə toqquşmuş və nəticədə nəqliyyat hadisəsi baş vermişdir. Bildirmişdir ki, qarşı tərəf ona dəymiş zərəri ödədiyindən heç bir şikayət və tələbi yoxdur, aralarında barışıq əldə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin 08 iyul 2022-ci il tarixli, 43-M saylı rəyindən görünür ki, Şəxs adına tərtib edilmiş tibbi sənədlərdə qeyd edilən “Boynun bel-oma nahiyəsinin və sol çiynin yumşaq toxumasının əzilməsi” diaqnozu obyektiv əlamətlərlə əsaslandırılmadığı üçün həmin diaqnozu xəsarət kimi qiymətləndirmək mümkün deyildir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 iyul 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Odur ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2481/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2481/2022
30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver