Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2484/2023 29.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərvin oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs MMC 4518085.00 Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından 22 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 4518085.00 Rusiya rublu hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X1 izahatında bildirdi ki, Şəxs MMC tərəfindən taxta məhsulları almaq üçün RF Kirov vilayətində yerləşən "xxxx" MMC-yə iki dəfəyə 1 530 000 rub. və 5 500 000 rub. məbləğində vəsait köçürülmüşdür. Qarşılığında 981 915 rub. məbləğində mal gəlmişdir. Geridə qalan 6 048 085 (altı milyon qırx səkkiz min səksən beş) rub. məbləğində malı bütün telefon zəngləri və yazışmalarımıza rəğmən qarşı tərəfdən ala bilməmişik. Nəticədə Kirov vilayəti Arbitraj Məhkəməsinə müraciət etmiş və xx.xx.2023 ildə bu məbləğin və onun ətrafında əlavə çəkdiyimiz xərclərin (vəkil xərcləri, məhkəmə üçün dövlət rüsumları) Şəxs MMC-yə ödənilməsi ilə bağlı qərar çıxarılmasına nail olmuşuq. Həmin qərar qanuni qüvvəyə minmişdir və əlimizdə qanuni icra vərəqəsi də vardır. (l 6.03.2023 tarixli məhkəmə qərarı və icra vərəqəsinin surətləri tərcümələri ilə birlikdə müraciətimizə əlavə olunur). Bütün bu xüsusatları Kapital Bank ASC rəhbərliyinə yazılı bildirərək Milli Banka çatdırmalannı xahiş etsək də 1 530 000 rublun göndərildiyindən 2 il keçdiyi müddətdə Milli Bank barələrində inzibati xəta protokolu tərtib edərək Nərimanov Rayon Məhkəməsinə göndərdi. 3(005)4636/2023 nömrəli işə Nərimanov Rayon Məhkəməsində xx.xx.2023 ildə baxıldı və göstərilən iş üzrə AR Konstitusiya Məhkəməsi Plenumunun AR İXM-in 38.1 və 430.4 maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2019 tarixli qərarı əsas tutularaq inzibati xəta haqqında protokolun icraatına xitam verildi. Qərar qanuni qüvvəyə minmişdir. Milli Bank bütün bunları nəzərə almayaraq ümumi məbləğin ikinci hissəsinin göndərildiyi tarixin iki ili tamam olanda qanuni qüvvəyə minmiş məhkəmə qərarını nəzərə almadan yenidən eyni iş üzrə inzibati xəta protokolu tərtib etdi. Məhkəməyə həmin sənədləri təqdim edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İXM-nin 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarında olan X2 Məhkəməsinin xx.xx.2023-cü il tarixli, Axx-xx/2023 nömrəli qərarından görünür ki, "xxxx" MMC-dən xx.xx.2023-cü ildən başlayaraq ********* rubl, xx.xx.2023-cü ilə qədər olan dövr ərzində hesablanmış başqasının pul vəsaitlərindən istifadəyə görə 577255,91 rubl, əsas borc məbləğinə hesablanmış başqasının pul vəsaitlərindən istifadəyə görə faiz məbləği, eləcə də dövlət rüsumu 55152 rubl tutularaq Şəxs MMC-nin xeyrinə tutulmalıdır. X2 Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, "xxxx" MMCdən xx.xx.2023-cü ildən başlayaraq ********* rubl, xx.xx.2023-cü ilə qədər olan dövr ərzində hesablanmış başqasının pul vəsaitlərindən istifadəyə görə 577255,91 rubl, əsas borc məbləğinə hesablanmış başqasının pul vəsaitlərindən istifadəyə görə faiz məbləği, eləcə də dövlət rüsumu 55152 rubl tutularaq Şəxs MMC-nin xeyrinə tutulmalıdır. İcra vərəqəsi xx.xx.2023-cü il tarixdə verilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)4636/2023 nömrəli qərarından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasınn İXM-nin 430.4cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasında göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş vəsaitin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cü il tarixli qərarından aydın olur ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmədə tədqiq edilən sübutlara əsasən köçürülmüş pul vəsaiti hesabına malların ölkəyə idxal edilməməsi Şəxs MMC-dən asılı olmayan səbəblərdən baş vermiş, məsələ ilə bağlı həmin müəssisə tərəfindən məhkəmələrə müraciət edilmiş və iddiaları təmin edilərək məhkəmə qərarları çıxarılmış və qüvvəyə minmişdir. Hazırda icra mərhələsindədir. Göstərilnlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «ORMAN-TRANZİT” MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2484/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2484/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver