Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2484/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X6, Zərərçəkmiş şəxs – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsindən daxil olmuş 18 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X2 barəsində X3 döyməsi faktına dair xx.xx.2025-ci il tarixdə Nərimanov RPİ 17-ci PŞ-nin təhqiqatçısı Rəhim Rəhimli tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında Şəxs tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis sahə inspektoru X8 protokola uyğun izahat verərək müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan Şəxs özünü təqsirli bilməyərək qeyd etmişdir ki, X3 vurmamışdır. Belə ki, hadisə vaxtı Günay ilə anası arasında münaqişə olmuş və sonuncu anasını vurmaq üçün onun üzərinə gələrkən araya girərək onları aralamağa çalışmışdır. Daha sonra isə anası Günayı vurmuşdur. Bu səbəbdən Daha sonra həm anasının, həm də onun barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Anası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə inzibati cərimə edilmişdir. O, Günayı ümumiyyətlə döyməmişdir. Anası ilə Günayı ayırmağa çalışmışdır və bu zaman da onun boğazından tutub ayırmışdır. Yekun olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 isə bildirmişdir ki, Rəna Hamoudi ilə aralarında mübahisə yaranmış və Rəna onu döymüşdür. Şəxs Rənanın qızıdır və mübahisə zamanı onu boğazından tutaraq itələmişdir. Bu səbəbdən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X7 çıxış edərək bildirmişdir ki, X4 ilə aralarında mübahisə yaranmış və o, Günayı döymüşdür. Lakin, qızı Nərgiz yalnız onları aralamağa çalışmışdır. Mübahisəyə qoşulmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanılması rədd edilmiş, əməllərində İXM 157-ci maddənin tərkib əlamətləri olduğundan material sahə inspektoruna göndərilmişdir. Şəxs tərəfindən təqdim edilmiş videogörüntülərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, hadisə vaxtı X12 Hamoudinin üzərinə gedərkən Nərgiz Bxarzalova araya girmiş və onları aralamağa çalışmışdır. Hər hansı döymə faktı aşkar edilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş üzrə təqdim olunmuş sübutları, tərəflərin izahatlarını və inzibati xəta haqqında protokolların məzmununu İXM-nin 84-cü maddəsinə uyğun olaraq, öz daxili inamı ilə, hərtərəfli, tam və obyektiv qiymətləndirərək aşağıdakı hüquqi nəticələrə gəlir. Məhkəməyə təqdim edilmiş video-görüntülərdə Şəxs Günay Bayramovaya fiziki təsir göstərməsi müəyyən etməmişdir. Belə ki, həm barəsində icraata aparılan şəxs, həm də şahid videogörüntülərlə uzlaşan izahatlar vermiş, Günayın Rənanın üzərinə gəldiyini, bu zaman Nərginizin araya girdiyini və araladığını bildirmişlər. Günay Bayramova və Rəna Hamoudi arasında yaranmış mübahisə zamanı Şəxs müdaxilə etməsi və özünü müdafiə məqsədi ilə Günay Bayramovanı itələməsi aşkar olunur. Günay Bayramova barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin onu döyməsini bildirsə də, məhkəmə video-görüntülərin təhlili əsasında müəyyən edir ki, hərəkətin dinamikası və trayektoriyası Şəxs zərərçəkmiş şəxsi qəsdən döyməsi niyyətinin olmadığını və aralamağa çalışdığını göstərir. Baxış zamanı hər hansı döymə faktı müəyyən edilmir. Bununla da, Şəxs əməlində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi – döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə olmadığı müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əlamətləri aşkar edilmədiyindən, 18 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2484/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2484/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver