Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2486/2023 05.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərvin oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs MMC 1500000.00 Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından 23 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 1500000.00 Rusiya rublu hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Şəxs MMC-nin nümayəndəsi və vəkili X4 məhkəmə təqdim etdiyi etirazda qeyd olunmuşdur ki, Şəxs MMC ilə Rusiya Fedeasiyasının fərdi sahibkarı X5 arasında meşə materiallarının (taxtanın) Azerbaycan ərazisində tədarükü barədə 26 Fevral 2019-cu il tarixli 02 saylı müqavilə bağlanıb. Həmin müqavilə əsasında Şəxs MMC Kuzmina Lyudmilaya 34937093 Rusiya rublu məbləğində pul köçürüb. Lakin həmin şəxs Şəxs MMC-nin ünvanına cəmi 28834219 rubl dəyərində 59 vaqon taxta materialı göndərib, qalan 18 vaqon malı isə tranzit qaydada Azərbaycan vasitəsilə İran islam Respublikasına göndərib. Kuzmina Lyudmila 6 102 874 rubl dəyərində malı Şəxs MMC-nin ünvanına göndərmədiyi üçün "xxxx" MMC Rusiya Federasiyasının Komi Respublikasının Arbitraj Məhkəməsində ******* rublun Kuzmina Lyudmiladan alınaraq “Orbita-MK" MMC-yə ödənilməsi barədə iddia qaldırıb. Azərbaycan Respublikası Mərkəzi Bankının tərtib etdiyi EP ******* saylı 08 Avqust 2023-cü İİ tarixli İnzibati xəta haqqında Protokolda göstərilən 1 500 000.00 rubl vəsait də 6 102 874 rubl vəsaitin bir hissəsidir. Komi Respublikasının Arbitraj Məhkəməsi A29-9023/2022 saylı 01 Mart 2023-cü il tarixli qətnaməsi ilə “Orbita- MK" MMC-nin iddiasını təmin etməyib. “Orbita-MK" MMC Komi Respublikasının Arbitraj Məhkəməsinin A29-9023/2022 saylı 01 Mart 2023-cü il tarixli qətnaməsini əsassız və qanunsuz hesab edərək X6 Məhkəməsinə apeilyasiya şikayəti verib. Rusiya Federasiyasının X6 Məhkəməsi A29-9023/2022 saylı işdə 06 iyul 2023-cü il tarixli qərarı ilə Şəxs MMC-nin apeliyasiya şikayətini təmin etməyib, Komi Respublikasının Arbitraj Məhkəməsinin A29-9023/2022 saylı 01 Mart 2023-cü il tarixli qətnaməsini dəyişdirilmədən saxlayıb. Rusiya Federasiyası Arbitraj Prosessual Məcəlləsinin 276-cı maddəsinə əsasən tərəflər Arbitraj Apeliyasiya Məhkəməsinin qərarından həmin qərarın çıxarıldığı vaxtdan 2 ay müddətinə kassasıya şikayəti vermək hüququna malikdirlər. Şəxs MMC X6 Məhkəməsinin A29-9023/2022 saylı işdə 06 İyul 2023-cü il tarixli qərarından kassasiya şikayəti hazırlayır, 6 Sentyabr 2023-cü il tarixədək kassasiya şikayətini təqdim edəcək. Qeyd edilən məhkəmə aktları mötəbər sübutlar olaraq Şəxs MMC-nin təqsirli olaraq valyuta vəsaitini ölkəyə qaytarmamaq kimi inzibati xətanı törətdiyini istisna edir. Digər tərəfdən “Orbita-MK" MMC ilə Rusiya Fedeasiyasının fərdi sahibkarı X5 arasında meşə materiallarının (taxtanın) Azərbaycan ərazisində tədarükü barədə 02 saylı müqavilə 26 Fevral 2019-cu il tarixdə bağlanıb. "xxxx" MMC həmin müqaviləyə uyğun olaraq 34937093 Rusiya rublu isə hissə-hissə 19 Sentyabr 2019-cu ildən 23 İyul 2021-ci ildədək ödəyib. Məhkəməyə həmin sənədləri təqdim edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və vəkili X4 izahatında bildirdi ki, məhkəməyə təqdim etdiyi etiraza uyğun olaraq izahat verərək göndərilən məbləğ əsasında Rusiya Fedarasiyasından əldə edilməli mallar başqa bir şəxsə çatdırılmışdır. Bu barədə tərəfimizdən onlara məlumat verilmiş və artıq bu faktı təsdiq edən sənədləri də əldə edib kassasiya şikayətini göndərmişlər. Bu barədə sənədi məhkəməyə verərək protokolda göstərilən vəsait üzrə malların göndərilməsi üçün hazırda Rusiya Federasiyasında məhkəmə mübahisəsinin mövcud olduğunu bildirmiş. Mübahisənin nəticəsi üzrə malların və ya ödənilmiş pulların Şəxs MMC-yə qaytarılacağını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İXM-nin 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mərkəzi X7 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarında Kami Arbitraj məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı, Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qəbul edilmiş və Şəxs MMC-nin Rusiya Fedeasiyasımn fərdi sahibkarı X1rşı iddia tələbi rədd edilmişdir. Şəxs MMC tərəfindən təqdim edilmiş kassasiya şikayətindən aydın olur ki, Arbitraj məhkəmələrinin qərarlarından kassasiya şikayəti verilmişdir. İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 430.4-сü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutulur. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmədə tədqiq edilən sübutlara əsasən Şəxs MMC sahibkarlıq fəaliyyətini həyata keçirərkən, Rüsiya Federasiyasından malların alınması üçün qabaqcadan vəsait ödəmiş, Rusiya Fedeasiyasının fərdi sahibkarı X5 tərəfindən mallar Şəxs MMC-nin ünvanına çatdırılmamışdır. Məsələ də MMC tərəfindən Rusiya Federasiyasında mübahisələndirilmiş və hazırda məhkəmə mübahisəsi davam etməkdədir. Məhkəmə hesab edir ki, bu halda Şəxs MMC hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2486/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2486/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver