Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2488/2024 06.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Abdurahmanlı Pınar Zakir qızının katibliyi ilə, Şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru Engin Bingolün və onun tərcüməçisi X6 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan "xxxx" MMC-nin direktoru Engin Bingol tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şikayətçi GMKB İnşaat» MMC-nin direktoru Engin Bingol Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 0.07.2024-cü il tarixdə X15 Xidmətinin rəis müavini tərəfindən "xxxx" MMC-nin vəzifəli şəxsi (direktor) Engin Bingol barəsində MN № ******* nömrəli inzibati Qərar tərtib edilmişdir. İnzibati tənbeh vermə haqqında Qərarda vətəndaş X7,. X11 və X12 əmək müqaviləsindəki əmək qanunvericiliyinin tələbləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməklə pozulması qeyd olunmuşdur. Bununla əlaqədar İXM-nin 114.1.1-ci maddəsinə istinad edilərək Engin Bingola İXM-nin 192.1 -ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə 3000 (üç min) manat məbləğində cərimə tətbiq edilmişdir. X7 “X20 X9 Sanayi Ve Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında xx.xx.2024cü il tarixdə “Sürücü” vəzifəsi üzrə işə qəbul edilmiş, 11,07.2024-cü il tarixdə xitam verilmişdir. X11 “X20 X9 Sanayi Ve Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında xx.xx.2024cü il tarixdə “Fəhlə” vəzifəsi üzrə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. “GMKB İNŞAAT MMC-nin direltoru ilə “X20 X9 Sanayi Ve Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında xx.xx.2024-cü il tarixdə 011-3-GM-2024 saylı xidmət müqaviləsi imzalanmışdır. X7, X5 X16 verildikdən sonra, xx.xx.2024-cü il tarixdə işğaldan azad edilmiş ərazilərə giriş (portal) icazələrinin ləğv edilməsi barədə məktub ünvanlanmış və portal icazələrinin alınması və ləğvini həyata keçirən səlahiyyətli orqan- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən onların portal icazələri dərhal ləğv edilmişdir. İnzibati tənbeh vermə haqqında Qərarda adı qeyd edilən X17 ilə "xxxx" MMC-nin direktoru Engin Bingol arasında xx.xx.2024-cü il tarixdə 0**-GM-***4 saylı xidmət müqaviləsi bağlanmışdır, bu səbəbdən ona işğaldan azad edilmiş ərazilərə giriş (portal) icazəsi alınmışdır. Lakin, X15 Xidməti tərəfindən "xxxx" MMC barəsində nzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə həmin protokol və materiallara Nərimanov Rayon Məhkəməsinin iclasında baxılmış, "xxxx" MMC tərəfindən təqdim edilmiş material və sübutlara baxılmış, İXM-nin 192.1 -ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında 3(005)-2229/2024 nömrəli iş üzrə icraata xitam verilmişdir. Bununla yanaşı qanunvericiliyə müvafiq olaraq son haqq hesab hesablanmış və əmək haqqı kartına köçürülməsi üçün sərəncam verilmişdir. Odur ki, X15 Xidməti tərəfindən tətbiq edilmiş Engin Bingöl barəsində İXM-nin 192.1 -ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə 3000 (üç min) manat İnzibati tənbeh vermə haqqında MN № ******* nömrəli qərarı əsassız olduğundan sözügedən qərar ləğv olunmalıdır. Odur ki, təqdim edilən araşdırma materiallarına fikir vermədən X15 Xidməti tərəfindən tətbiq edilmiş qərar qərəzlidir və hüquqazidd əməl sayılmaqla ləğv olunmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru Engin Bingol şikayətin təmin edilməsini, hüquqi şəxs barəsində də eyni məsələ ilə bağlı tərtib edilmiş protokol üzrə icraata xitam verildiyini bildirmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, "xxxx" MMC-nin direktoru Engin Bingol tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı X3 görünür ki, X1 İşaat Turizm X9 Sanayi və Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında xx.xx.2024-cü il tarixdə işə başlamış, bununla bağlı əmək müqaviləsi xx.xx.2024cü il tarixdə bağlanılmış, xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. Məhkəmədə tədqiq edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı X3 görünür ki, X2 İşaat Turizm X9 Sanayi və Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında xx.xx.2024-cü il tarixdə işə başlamış, bununla bağlı əmək müqaviləsi xx.xx.2024cü il tarixdə bağlanılmış, xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. Məhkəmədə tədqiq edilmiş X16 Verilməsi ilə bağlı X3 görünür ki, X5 müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş, həmin tarixdə də sistemə daxil edilmişdir. Məhkəmədə tədqiq edilmiş X16 Verilməsi ilə bağlı X3 görünür ki, X4 müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş, həmin tarixdə də sistemə daxil edilmişdir. Məhkəmədə tədqiq edilmiş Sistemdən əldə edilmiş çıxarışdan görünür ki, X7, X5 işğaldan azad edilmiş ərazilərə giriş məqsədi ilə alınan portaldan icazə deaktiv edilmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 0**-GM-***4 saylı Xidmət Müqaviləsindən görünür ki, "xxxx" MMC-nin direktoru Engin Bingöl ilə X18 arasında xidmət müqaviləsindən görünür ki, müəssisə ilə X18 arasında bir sıra xidmətlərin göstərilməsi səbəbilə xidmət müqaviləsi imzalanmışdır. Məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-nin Azərbyacan Respublikasının Əmək və X10 Nazirliyi yanında X15 Xidmətinə ünvanlanmış məktubdan görünür ki, qeyd edilən müəssisə X13 işğaldan azad edilmiş ərazilərədə giriş (portal) icazəsi olması və müəssisə daxilində daxili xidmət müqaviləsinin olması barədə məlumat vermişdir. "xxxx" MMC ilə X22 X9 Sanayi və Ticaret Limited Şirkəti arasında olan xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi imzalanmışdır. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 3(005)2229/2024 saylı qərarına əsasən qeyd olunan hallarla bağlı "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayətinə baxılaraq qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin direktoru Engin Bingol tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X11 və X12 xx.xx.2024-cü il tarixdən hazırki vaxtadək işə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək heç bir hal aşkarlanmamış, o cümlədən sübuta yetirilməmiş, həmçinin X15 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdin edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" MMC tərəfindən icazəsi istənilər məlumatda adları qeyd edinən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlar gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Beləliklə müəyyən edilir ki, inzibati xəta haqqında qərar qanunverciliklə müyyən edilmiş qaydada tam, hərtəfli araşdırılmadan tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, "xxxx" MMC-nin direktoru Engin Bingol barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru Engin Bingol barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2488/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2488/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver