Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2489/2025 24.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 14584280 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 14584280 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, şəxsi mülkiyyətində olan ** TG *** dövlət nömrə nişanlı, Daewoo Lacetti” markalı minik avtomobilini texniki baxışdan keçirərkən ona məlum olmuşdur ki, barəsində müxtəlif inzibati cərimə protokolları tərtib olunmuş və guya o həmin cərimə protokollarını icra etməmişdir. Halbuki o avtomobili nasazlığa görə əksər hallarda idarə etməmişdir. Tərtib olunan inzibatı xəta haqqında protokollardan da görünür ki, eyni cəza təkrar olunub. Buna baxmayaraq barəsində xx.xx.2023-cü il, EQ 14584280 saylı protokolla İnzibati Xətalar Məcəlləsinin 339.1 -339.1-1-ci maddələrinə əsasən 50 manat cərimə edilmişəm. Tərtib olunan protokolun heç biri mənə qanunvericiliyə uyğun şəkildə göndərilmədiyindən məlumatsız olmuşdur. Nəticədə şikayət vermə, yaxud da həmin protokol üzrə edilən cərmənin vaxtında ödənilməsini həyata keçirə bilməmişdir. Barəsində tərtib olunan həmin inzibatı cərimə protokol barədə ona 4 ildən sonra təqdim olunub. Onun bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 etdiyi şikayətinə imtina cavab verilib, bilidrilib ki, şikayət etmə müddətini bitirdiyindən baxılması mümkün deyil. Həmin avtomobili idarə etmədiyi halda barəsində inzibatı xətanın törədilməsi haqqında protokolda nəzərdə tutulan cəza ədalətsiz və qeyri-qanunidir . Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs və inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-Nin 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli EQ seriyalı 14584280 saylı inzibati tənbeh vermə haqqında protokoldan elektron çıxarışdan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X2 İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 50 manat məbləğində cərimə edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli X1 İXM-nin 339.1-1-ci maddəsində ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ seriyalı 14584280 saylı elektron qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Belə ki, şikayətə əlavə edilmiş çıxarışdan görünür ki, sözügedən hadisə xx.xx.2023cü il tarixdə qeydə alınmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.11-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda icraata xitam verilir. Həmin xüsusatın texniki yanlışlıq və ya pozuntu olması xüsusatını dəqiqləşdirmək məqsədilə hazırda yeni araşdırma aparılmalıdır. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-in 339.1-1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli EQ seriyalı 14584280 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, X2 barəsində işə yenidən baxılması Baş X5 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-nin 339.1-1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli EQ seriyalı 14584280 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2489/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2489/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver