Məhkəmə qərarları › İş №3(005)-249/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-249/2022

07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-249/2022 07.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 və onun vəkili “Sigma” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* 01 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X9 İdarəsinin TP ******* 01 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Bakı Şəhəri X9 İdarəsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 31.12.2021-ci il tarixdə saat 23:36 radəsində Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi ilə Həsən Əliyev küçələrinin kəsişməsində idarə etdiyi "REFERANS MEDİCAL GROUP" şirkətinə məxsus MERCEDES BENZ SPRİNTER markalı **-JO-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı təcili yardım avtomobili ilə LAND CRUİSER markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Həmin hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin yol nəqliyyat hadisəsi inspektoru polis baş leytenantı X5 tərəfindən 31.12.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında 31.12.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında İXM-in 327.2-ci maddəsini törətməkdə təqsirli bilinərək 01.01.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla barəsində 60 manat cərimə növündə tənbeh tətbiq edilmişdir. Həmin qərar rəsmi qaydada təqdim edilməmiş, yalnız 17.01.2022-ci il tarixdə inspektor tərəfindən təqdim edilmişdir. İnzibati qərar onunla əsaslandırılmışdır ki, o, 31.12.2021-ci il tarixdə saat 23:36 radəsində Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi ilə Həsən Əliyev küçələrinin kəsişməsində "REFERANS MEDİCAL GROUP" şirkətinə məxsus MERCEDES BENZ SPRİNTER markalı **-JO-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı təcili yardım avtomobili idarə edərkən svetoforun və nizamlayıcısının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. İnzibati protokol və onun əsasında tərtib edilmiş İnzibati Qərar qanunsuz və əsassızdır. Hadisə zamanı o, MERCEDES BENZ SPRİNTER markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobili xüsusi səs siqnalı və sayrışan işıq siqnalı ilə idarə etmiş və belə olan təqdirdə idarə etdiyi operativ nəqliyyat vasitəsi üstün keçid hüququna malik olmuşdur. Göründüyü kimi, o, hadisə zamanı MERCEDES BENZ SPRİNTER markalı **-JO-*** dövlət qeydiyyat nişanlı operativ nəqliyyat vasitəsini xüsusi səs siqnalı və sayrışan işıq siqnalı ilə idarə etdiyindən həmin nəqliyyat vasitəsi üstün keçid hüququna malik olmuşdur. İdarə etdiyi avtomobilə yol verildiyini yəqin edərək üstünlükdən istifadə etmiş və svetoforun və nizamlayıcısının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Həmin faktlara baxmayaraq, İnspektor mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq aşkar surətdə qanunsuz İnzibati Qərar qəbul etmişdir. Hadisəyə səbəb olan inzibati xətanı LAND CRUİSER markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən törədilməsidir. Əslində hadisənin baş verməsinin səbəbi LAND CRUİSER markalı 90 ST-007 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətləri olmuşdur. Belə ki, İXM-in 331-ci maddəsinə əsasən xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Təsvir etdiyi faktlardan göründüyü kimi, onun idarə etdiyim operativ nəqliyyat vasitəsi üstün keçid hüququna malik olmuşdur və belə olan halda, yol hərəkətinin digər iştirakçıları kimi LAND CRUİSER markalı 9O-ST-OO7 dövlət qeydiyyat nişanlı avtomobil keçid üstünlüyü hüququna malik olan MERCEDES BENZ SPRİNTER markalı **-JO-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı təcili yardım avtomobilinə yol verməli olduğu halda, bunu etməmişdir. X1 tərtib edərkən və İnzibati Qərar qəbul edərkən toplanmış sübutları olduğu kimi qəbul etməməli, əvvəlcə onları obyektiv surətdə təhlil etməli, bir biri ilə müqayisə etməli, sübutların mümkünlüyü və mötəbərliliyi baxımından qiymətləndirilməli idi. Yalnız bütün bunlardan sonra qanuni İnzibati Protokolun tərtib edilməsi və İnzibati Qərar qəbul edilməsi mümkün olardı. Lakin hazırki halda İnspektor bunları etməmiş və nəticədə aşkar surətdə qanunsuz İnzibati Protokol tərtib etmiş və inzibati Qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X9 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X9 İdarəsinin polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş 01.01.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 “MERCEDES BENZ SPRİNTER xüsusi təyinatlı minik markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobillə 31 dekabr 2021-ci il tarixdə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.; Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X9 İdarəsinin polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 01.01.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 “MERCEDES BENZ SPRİNTER xüsusi təyinatlı minik markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobillə 31 dekabr 2021-ci il tarixdə saat 23:36-da Nərimanov rayonu, Səməd Vurğun-Həsən Əliyev ərazidə svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətinin davam etdirmişdir. X4 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir; Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X2 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* 01 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, X4 üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü kimi yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun tələblərindən kənara çıxara bilmək hüququ vardır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs işin bu hallarına qiymət vermədən onun svetaforun qadağanedici işarəsi verilərkən hərəkətinin davam etdirməsini pozuntu kimi qiymətləndirərək İXM-nin 327.2-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlmişdir. Halbuki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun: 37-ci maddəsinin İ hissəsinin 7-ci bəndinə əsasən üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, sağa dönmə işıq göstəricisini yandırmalı, həmin nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdır, üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməməlidir 74-ci maddəsinin 1-ci hissəsinə əsasən Üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxara bilər. Üstün keçid hüquqi olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X4 üstün keçid hüququna malik nəqliyyat vasitəsini idarə etdiyindən iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X9 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair TP ******* 01 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X4 barəsində işə yenidən baxılması Bakı şəhəri X9 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X9 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair TP ******* 01 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar