Məhkəmə qərarları › İş №3(005)-249/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-249/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-249/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, Şikayət vermiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X9 Xidmətinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv olunmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyev həmin İdarənin tərtib etdiyi MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol üzrə hüquqi şəxsin direktoru Vüqar Kərimov barəsində MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərar qəbul edərək "xxxx" ASC-nin vəzifəli şəxsi qismində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı 1.200 manat cərimə etmişdir. Protokolda göstərilmişdir ki, X1 əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin İV hissəsinin tələbləri pozulmuşdur. Lakin, onun nə vaxt şikayət etdiyi və hansı əsasla bu günə kimi ASC-yə müraciət etməməsinin səbəbləri müəyyən edilmədən əsassız qərar qəbul edilməklə yanaşı, ağırlaşdırıcı və yüngülləşdirici hallar araşdırılmadan rəis müavini maddənin sanksiyanın yuxarı həddində cərimə tətbiq etmişdir. Aşağıda göstərilənlərə əsasən qərarı qanunsuz və əsassız hesab edirlər. Əvvəla bildirirlər ki, ASC fəaliyyət göstərmədiyinə görə X3 öz hesabına uzun müddətli məzuniyyət götürmüş və həmin vaxt onun bütün ödənişləri ödənilmişdir. Bundan sonra isə o, 2 ildən artıq müddətdə ASC-də işləməmişdir, lakin fəaliyyətə başlanılan ərəfədə X3 işə dəvət edilmiş o, isə işləmək istəmədiyini bildirmişdir. Ona görə də xahişi nəzərə alınaraq onunla əmək müqaviləsinə 24 may 2021-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi X3 əmək müqaviləsinə xitam verildiyini bilmiş və qeyd edilən gün əmək müqaviləsinə xitam verildiyi artıq ona aşkar olmuşdur. Hazırkı halda törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi X2 qarşı hansı müddət ərzində fasiləsiz törədilməsi aydınlaşdırılmamışdır. Göründüyü kimi X1 özü əmək müqaviləsinə 1 il əvvəldən xitam verildiyini bilmişdir və bununla da ASC tərəfindən ehtimal edilən inzibati xətanın törədilməsi artıq ona aşkar olmuşdur. X3 araşdırma vaxtı işə cəlb edilmədiyinə, onun öz ərizəsi ilə əmək müqaviləsinə xitam verildiyini bildiyi halda hansı əsaslarla ASC-yə müraciət etmədən uzun müddət keçəndən sonra şikayət verməsinin səbəblərinə dair dəlillər araşdırılmadığı üçün tərtib edilən protokol və bununla bağlı qəbul edilən qərar qanunsuz və əsassız sayılmalıdır. Məhkəmə iclasında iştirak etmiş səlahiyyətli orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X8 məhkəmə iclasında verilmiş şikayətə etiraz edib qəbul edilmiş qərarın qanuni olduğunu bildirərək qeyd etmişdir ki, vətəndaşın şikayəti əsasında araşdırma aparılmış və aşkar edilmiş pozuntu əsasında da vəzifəli şəxs Vüqar Kərimovun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, qərar qanuni və əsaslı olduğundan verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayət vermiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında verilmiş şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Bu səbəblə də qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Vüqar Kərimov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1200 manat cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsi və səlahiyyətli orqanın nümayəndəsini dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Hazırda barəsində şikayət verilmiş qərarda göstərilən hadisə xx.xx.2021-ci il tarixdə törədilmişdir. Bununla da həmin hadisənin törədildiyi vaxtdan 3 aydan artıq vaxt keçdikdən sonra, yəni İXM-in 38-ci maddəsində müəyyən edilmiş inzibati məsuliyyətə cəlbetmə müddəti keçdikdən sonra şəxs inzibati məsuliyyətə cəlb edilmişdir, bununla da qanunun tələbi pozulmuşdur. Çünki qeyd edilən halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru Vüqar Kərimovun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 17 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru Vüqar Kərimovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1200 (min iki yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 17 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar