Məhkəmə qərarları › İş №3(005)-2491/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2491/2022

15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2491/2022 15.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-in 491.1-ci maddəsi ilə tərtib edilmiş 05 avqust 2022-ci il tarixli, 00100-1647/22 nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC tərəfindən **********7239 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilərək ünvan 2 ünvanında yerləşə anbarda saxİanca qovulmuş 10300 ədəd “Askorbinovaya Kislota 25mq N210” adlı dərman vasitələri yüklərinin idxalına dair Səhiyyə Nazirliyinin X1ndən icazə verilməmiş, nəticədə, Şəxs QSC tərəfindən müvəqqəti saxlanc gömrük prosedurunun şərtlərinə zidd olaraq gömrük orqanına heç bir məlumat verilmədən qeyd olunan yüklər xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus olan təhlükəli tullantılar poliqonunda xüsusi sobada utilizasiya edildiyi aşkar edilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyətinə və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 34/012/016176 nömrəli, xx.xx.2022-ci il tarixli raporta əsasən, Şəxs QSC tərəfindən **********7239 saylı GB-si ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduranda rəsmiləşdirilmiş yükün bir hissəsinə (aksorbrin turşusu 25 mg N10 tablet – 10300 ədəd) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X3 tərəfindən idxalına icazə verilməmişdir. Şəxs QSC müvəqqəti saxlanc prosedurunu pozaraq gömrük əməkdaşının iştirakı olmadan adı çəkilən dərman preparatını "xxxx" MMC-ə məxsus təhlükəli tullantılar poliqonunda xüsusi sobada utilizasiya etmişdir. Bakı Baş Gömrük idarəsinin Əməliyyat və Təhqiqat İdarəsindən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 34/013/017229 nömrəli, xx.xx.2022-ci il tarixli raporta əsasən, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs QSC tərəfindən **********7239 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük proseduranda rəsmiləşdirilərək ünvan 2 ünvanında yerləşən anbarda saxlanca qoyulmuş 10300 ədəd “Askorbinovaya Kislota 25mg № 110” adlı dərman vasitələri yüklərinin idxalına dair Səhiyyə Nazirliyinin X1ndən icazə verilməmiş, nəticədə Şəxs QSC tərəfindən müvəqqəti saxlanc gömrük prosedurunun şərtlərinə zidd olaraq gömrük orqanına heç bir məlumat verilmədən qeyd olunan yüklər "xxxx" MMC-yə məxsus olan təhlükəli tullantılar poliqonunda xüsusi sobada utilizasiya edilmişdir. Həmçinin, iş materiallarından müəyyən edilmişdir ki, Şəxs QSC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı alınmış, o, Şəxs QSC-nin adına Rusiya Federasiyasından 99UL819/99ZF895 nömrəli yük nəqliyyat vasitəsində ******* nömrəli 07,02.2022-ci il tarixli invoys üzrə idxal edilmiş dərman vasitələri yüklərinin həmin malların idxalı üçün Səhiyyə Nazirliyinin X1ndən Şəxs QSC-nin icazəsi olmadığına görə **********7239 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirildiyini, malların müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirildikdən sonra idxal icazəsini almaq üçün Səhiyyə Nazirliyinin X1nə müraciət etdiklərini, lakin, həmin Mərkəzdən alınmış 25 aprel 2022-ci il tarixli cavaba əsasən 10300 ədəd “Askorbinovaya Kislota 25mq №10” adlı dərman vasitələri yüklərinin Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatı olmadığına görə idxalına icazə verilmədiyini, daha sonra idxal icazəsi olmayan malları gömrük rəsmiləşdirilməsindən keçirə bilməyəcəkləri üçün həmin preparatların utilizasiya olunmasına görə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə təhvil verildiyini və həmin MMC-yə məxsus təhlükəli tullantılar poliqonunda xüsusi sobada utilizasiya edildiyini, lakin, bu barədə gömrük orqanına məlumat verməyi unutduqlarını, gömrük qaydalarının pozulduğunu bildiklərini və qanunvericiliyə uyqun məsuliyyət daşımağa hazır olduqlarını bildirmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.15-ci maddəsinə əsasən, gömrük nəzarəti altında olan mallar dedikdə bu Məcəllənin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış mallar başa düşülür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilmiş bütün mallar üzərində gömrük nəzarəti bu Məcəllənin 14-cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Məcəllənin 83.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri baş verənədək mallar gömrük nəzarəti altında saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs Qapalı Səhmdar Cəmiyyətinın məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 1130,83 manat valyuta vəsaiti məbləğinin otuz faizi miqdarında – 339,25 manat məbləğində cərimə edilsin və dövlət büdcəsinə ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar