Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2495/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 491.3 və 492.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 491.3 və 492.1-ci maddələri ilə tərtib edilmiş 08 avqust 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Bakı Baş Gömrük İdarəsinin Monitorinq şöbəsindən daxil olmuş 3-33-1100/013/018009 saylı xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, “Yaşıl dəhliz” burxaılış sistemindən istifadə hüququ əldə etmiş Şəxs MMC (VQEN:**********) tərəfindən idxal olunmuş malların daşındığı DP144DP/NN486H dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Tovuz Gömrük İdarəsinin "Qırmızı körpü" gömrük postundan keçməklə ünvan 1 ünvanında yerləşən anbara təyinat almış və xx.xx.2024-cü il tarixdə çatması "xxxx" MMC təsdig edilmişdir. Monitoring şöbəsinin əməkdaşları tərəfindən Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən anbarına baxış keçirilmişdir. Baxış xamam XİF iştirakçısı **********6365 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan “Nataxtari" nişanlı şüşə butulkalarda gazlı şirin sular yüklərinin gömrük rəsmiləşdirilməsi başa çatmamış, nəgliyyat vasitəsində olan yüklərin boşaldılması aşkar olunmuş və bununla bağlı müvafig Akt tərtib edilmişdir. Bu hərəkətləri ilə Şəxs İXM-nin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirakı edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 çıxış edərək bildirmişdir ki, o, şirkətin baş mühasibidir. Həmin günü 3 avtomobil gəlmişdir. Avtomobillərin hər üçünün son dörd rəqəmi eyni olduğu üçün deklarasiyada yanlışlığa yol vermişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 3-33-1100/013/018009 nömrəli, xx.xx.2024-cü il tarixli raporta əsasən, Şəxs MMC tərəfindən **********6365 saylı GB-si ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduranda rəsmiləşdirilmiş yüklərin (Nataxtari nişanlı şüşə butulkalarda qazlı şirin sular) gömrük rəsmiləşdirilməsi başa çatmamış və nəqliyyat vasitəsində olan yüklərin boşaldılması aşkar edilmişdir. Aparılan araşdırma ilə əlaqədar, xx.xx.2024-cü il tarixdə Eqen-S Qrup” MMC-ə məxsus Sakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Köndələn 4, ev 1 ünvanında yerləşən anbarda 1.07.2024-cü il tarixli, **********6365 sorğu nömrəli gömrük bəyannaməsilə bəyan olunan nallara baxış keçirilmişdir. Baxış zamanı 11,07.2024-cü il tarixli, **********6365 sorğu lömrəli gömrük bəyannaməsində istehsal ölkəsi Gürcüstan, ticarət nişanı “Natakhtari", yer sayı 1420 olan “’’Natakhtari” nişanlı şüşə butulkalarda gazlı şirin sular” kimi bəyan olunan malların 21 palet hər birində 66 ədəd və ayrıca 34 ədəd olmağla Şəxs MMC-ə məxsus ünvan 2 ünvanındakı anbarda olduğu müəyyən edilmişdir. Bu fakt 3-33-1100/013/0180009 saylı xx.xx.2024-cü il tarixli raport, xx.xx.2024-cü il tarixli akt, **********6365 sorğu nömrəli 11,07.2024-cü il tarixli gömrük bəyannaməsi, Şəxs MMC-nin baş mühasibi vəzifəsində işləyən Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı və Şəxs MMC-də baş mühasib vəzifəsində işləyən Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı, 3-33- 1100/013/020713 nömrəli xx.xx.2024-cü il tarixli raport və işdə olan digər sənədlər ilə təsdiq edilir. Həmçinin, iş materiallarından müəyyən edilmişdir ki, Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o, inzibati xəta pozuntusu törətdiklərini bildirmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.15-ci maddəsinə əsasən, gömrük nəzarəti altında olan mallar dedikdə bu Məcəllənin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış mallar başa düşülür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilmiş bütün mallar üzərində gömrük nəzarəti bu Məcəllənin 14-cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Məcəllənin 83.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri baş verənədək mallar gömrük nəzarəti altında saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxsnın məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinməli, və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2495/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2495/2024
23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver