Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2499/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon prokurorluğu tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” 08 oktyabr 2021-ci il tarixli qərar baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Materiallara baxılarkən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi ünvan 1 ünvanda baş vermişdir. Buna görə də məhkəmə, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon prokurorluğu tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” 08 oktyabr 2021ci il tarixli qərar və ona əlavə edilmiş material baxılması üçün aidiyyəti üzrə düzgün göndərilməmişdir. Məhkəmə hesab edir ki, toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər həmin məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon prokurorluğu tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” 08 oktyabr 2021-ci il tarixli qərar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2499/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2499/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver