Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2505/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-01939/23 nömrəli, 01 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına HH370HT/MS471S nömrəli nəqliyyat vasitəsilə sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı GB-nin ikinci mal mövgeyində göstərilən malların 20230329J nömrəli invoysda və **********4590 saylı qısa idxal bəyannaməsində öz əksini tapmadığı məlum olmuşdur. Araşdırma məgsədilə Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikası vətəndaşı X1 izahat verərək, son dəfə Çin Xalg Respublikasından HH370HT/MS471S nömrəli nəgliyyat vasitəsilə gələn yüklərin Bakı Bas Gömrük idarəsində **********4384 saylı GB ilə bəyan edildiyini, Çin Xalq Respublikasından göndərilmiş HH370HT/MS471S nömrəli nəqliyyat vasitəsilə gətirilmiş yüklərə **********4590 sorğu nömrəli qısa idxal bəyannaməsinin mallar ölkə ərazisinə daxil olmadan verildiyini, həmin nəqliyyat vasitəsində döşəmə yuyan maşının ehtiyat hissələri yükləri olduğundan məlumatsız olduqlarını, bu səbəbdən də qısa idxal bəyannaməsində o mallar üzrə məlumat təqdim etmədiklərini, həmin malların göndərildiyini nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olduqdan sonra öyrəndiklərini və bu barədə **********4384 sorğu nömrəli gömrük bəyannaməsində məlumat verdiklərini, gömrük qaydalarının pozulduğunu qəbul etdiklərini bildirmişdir. İs üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sistemi”nə baxış keçirilərək müəyyən edilmişdir ki, "SONALAR SONASİ” MMCnin ünvanına Çin Xalq Respublikasından HH370HT/MS471S nömrəli nəqiliyyat vasitəsilə gələn yüklər xx.xx.2023-cü il tarixdə “Qırmızı Körpü” gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuş və **********04742 barkod altında qeydiyyata alınmışdır. Həmin yüklərə dair təqdim edilmiş **********4590 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2023-cü il tarixdə saat 23:20 radələrində tərtib edilmiş və həmin tarixdə 23:32 radələrində nəqiliyyat vasitəsi ölkə ərazisinə daxil olmadan elektron qaydada gömrük orqanlarına göndərilmişdir. Həmin qısa dxai bəyannaməsində mallara dair məlumatlar tam şəkildə öz əksini tapmadığından qısa idxal bəyannaməsi ilə gömrük bəyannaməsi arasında uyğunsuzluq yaranmışdır.Bununla da "xxxx" MMC-nin barəsində İXM-nin 485.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan və İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixində HH370HT/MS471S nömrəli nəqliyyat vasitəsilə, 20230329J nömrəli xx.xx.2023-ci il tarixli invoys sənədi ilə ölkə ərazisinə daxil olmuş yüklər **********4384 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı GB-nin ikinci mal mövqeyində göstərilən malların 20230329J nömrəli invoysda və **********4590 saylı qısa idxal bəyannaməsində öz əksini tapmadığı məlum olmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. İXM-nin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsinin izahatında göstərdiyi xüsusatlara dair qeyd edir ki, bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Gömrük bəyannaməsi bəyannaməçi tərfindən tərtib edilərək gömrük orqanlarına qanunvericiliklə müəyyən olunmuş qaydada, vaxtda təqdim edilməlidir və həmin bəyannamədə göstərilən məlumatlar təhrif olunmamalıdır (Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1, 146, 148-ci maddələri). Yəni, bəyannamənin düzgün tərtib edilməməsi ilə bağlı məsuliyyət bəyannaməçinin üzərinə düşür və bu səbəbdən də İXM-in 485.1-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına təhrif olunmuş məlumatın verilməsinə görə məsuiyyət nəzərdə tutulmuşdur. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2505/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2505/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver