Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2506/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X9 Şöbəsi tərəfindən 10 avqust 2022-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci bəndinin tələbini pozaraq “Yamaha” markalı mopedlə toqquşmuşdur. Hadisə zamanı nəqliyyat vasitələrinə zərər dəymiş, vətəndaş X5 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: 16 iyul.2022-ci il tarixli, HK 1 N-789 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:19-da vətəndaş X2 “DİN”-nin 102 XZM-nə məlumat verərək DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yaxınlığında YNH-nin baş verməsini, “Ford” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mopedlə toqquşması nəticəsində mopedin sürücüsünün xəsarət almasını bildirmişdir. 16 iyul 2022-ci il tarixli, HK-2 N 8824 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə 15:05-də 8 saylı TTYS-dan həkim Quliyev məlumat verərək bildirmişdir ki, Təbriz küçəsində baş vermiş YNH nəticəsində xx.xx.1994-cü il X1 kürək və sol diz oynağının küt travması və başın səthi travması xəsarətləri almışdır. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 12:20 radələrində yol vərəqəsi əsasında idarə etdiyi “X10 29615 xüxusi təyinatlı” markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi ilə Təbriz küçəsi istiqamətindən üzü Y.Bakuvi küçəsi istiqamətində 1 zolaqdan ibarət avtomobil yolunda saat da 50 km sürətlə düzünə hərəkət edirmiş. O, idarə etdiyi avtomobil ilə geriyə dönüb qayıtmaq üçün avtomobilinin sükanını sola doğru göndərib hərəkət edən zaman əks zolaqla hərəkət edən mopedin sürücüsünü görməmiş və nəticə də idarə etdiyi avtomobilin sağ yan qanaq qapı və yan güzgüsü ilə mopedin ön hissəsi toqquşmuşdur. Hadisədən sonra o, dərhal avtomobildən çıxaraq mopedin sürücüsünə yaxınlaşıb, xəsarət alıb-almadığını soruşmuşdur. O da, ona ciddi bir xəsarəti olmadığını demişdir. Bundan sonra ətrafdan təsadüfi keçən şəxslər köməklik etmək üçün onlara yaxınlaşmışlar. Hadisə yerinə gəlmiş TTYS-nin həkim briqadası xəsarət almış mopedin sürücüsünü müayinə olunması üçün xəstəxanaya aparmışdır. Bundan sonra isə o Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Aparılan araşdırma zamanı X5 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 12:20 radələrində özünə məxsus idarə etdiyi “YAMAHA” markalı moped ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi Y.Bakuvi küçəsi istiqamətindən üzü Təbriz küçəsi istiqamətində 1 zolaqdan ibarət avtomobil yolunda saat da 45 km sürətlə düzünə hərəkət edirmiş. O, idarə etdiyi motosiklet ilə düzünə hərəkətdə olduğu zaman əks zolaqla hərəkət edən “FORD Transit” markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun gəldiyi halda qəflətən onun zolağına daxil olaraq geriyə dönmək istəmişdir. Bu zaman onun idarə etdiyi mopedin ön hissəsi ilə “Ford Transit” markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qanad qapı və yan güzgü hissəsi toqquşmuşdur. Zərbənin təsirindən o, müqavimətini saxlaya bilməmiş və asfalt örtüyün üzərinə yıxılmışdır. Həmin vaxt ətrafdan təsadüfi keçən şəxslər köməklik etmək üçün yaxınlaşmışlar. Bundan sonra sığorta işçisi və TTYS-nin həkim briqadası hadisə yerinə gəlmişdir. O, TTYS-nin həkim briqadası ilə xəstəxanaya gedərək orada müayinə olunduqdan sonra Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 53-M nömrəli ekspert rəyindən görünür ki, X3 adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarətlər – sol dizin yumuşaq toxumalarının əzilməsi, döş qəfəsinin küt travması – küt əşyanın təsirindən törənmiş, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat qəzası şəraitində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qıs müddətə pozulmasına səbəb olmuş Yüngül zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 iyul 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmişşəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2506/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2506/2022
30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver