Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2508/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ TŞ-nin baş təhqiqatçısı O.Məmmədovun rədd materialının qərarına əsasən sürücü Z.Bünyadov prospektində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq yolu keçən piyada X2 vuraraq sağlamlığına “Yüngül” dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək əməlindən peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK-1 N 750 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01:41-də TŞ operatoru Atayev TŞ-9-33 kamera görüntüsünə əsasən məlumat verdi ki, Z.Bünyadov prospekti “Tosoil” YDM-nin qarşısında Toyota markalı avtomaşın piyadanı vurmuşdur. HK-2 N 8399 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 03:35-də Nevrocərrahiyədən t/b Cəfərova məlumat verib ki, Z.Bünyadov prospektində baş vermiş YNH-si zamanı 1996-cı il təv.X3 xəsarət almışdır. xx.xx.2022-ci il tarixli, 2/15896 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur ayıqdır. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 01:20 radələrində o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan 2006-cı il buraxılışlı “Opel Astra” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində soldan üçüncü zolaqla təxminən 70-80 km/saat sürətlə hərəkədə olarkən, qeyd olunan küçədə yerləşən “Tosoil” YDM-nin qarşısında hərəkətini düzünə davam etdirdiyi zaman bir nəfər piyadanın avtomobil yolunu sağdan sola sakit qaçışla keçdiyini və onun hərəkət zolağına daxil olduğunu gördüyü üçün hadisənin qarşısını almaq məqsədi ilə əyləcdən istifadə etmədən sükanı sağa tərəf istiqamətləndirdi. Lakin hadisənin qarşısını almaq mümkün olmadı, nəticədə idarə etdiyi avtomobilin ön sol hissəsi ilə həmin piyadanı ehtiyyatsızlıqdan vurdu. Zərbənin təsirindən piyada sol tərəfə asfat örtüyünün üzərinə yıxıldı. Hadisədən sonra o avtomobili ilə bir qədər irəlidə saxlayıb yerə endi və ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə həmin piyadanı idarə etdiyi nəqliyyat vasitəsinə mindirib Respublika Klinik Xəstəxanasına apardı. Qeyd olunan xəstəxananın həkimləri piyadanı müayinə etdikdən sonra o piyadanı xəstəxanadan çıxardıb yaşadığı ünvana apardı. Yolda olduğu zaman onunla əlaqə saxlamış polis əməkdaşının dəvəti ilə Nərimanov RPİ-nə yaxınlaşaraq aparılan təhqiqat araşdırmasında iştirak etdi. Araşdırma zamanı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 01:20 radələrində o Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən avtomobil yolunu piyada qismində “Tosoil” YDM-nin qarşısından əks tərəfə keçmək üçün səkinin üzərində dayanıb, sol tərəfə baxaraq avtomobillərin olmadığını yəqin etdikdən sonra yolun hərəkət hissəsinə daxil olaraq sakit qaçışla yolu düz trayektoriya üzrə keçməyə başladı. Təxminən yolun ortalarında hərəkətini davam etdirdiyi zaman , Z.Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olan “Opel Astra” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi tərəfindən vurularaq asfalt örtüyünün üzərinə yıxılıb bədən xəsarəti aldı. Bundan sonra onu vuran avtomobilin sürücüsü avtomobilini irəlidə saxlayaraq ona yaxınlaşmış və ətrafada olan tanımadığı şəxslərin köməkliyi ilə onu idarə etdiyi nəqliyyat vasitəsinə mindirərək Respublika Klinik Xəstəxanasına aparıb həkim müayinəsindən keçirtmişdir. Müayinələr zamanı ciddi bir xəsarət almadığı müəyyən edildiyindən evə buraxıldı. Bundan sonra Neyrocərrahiyə İnstitutuna müraciət edib təkrar həkim müayinəsindən keçdi. Lakin həmin xəstəxanada da onun ciddi bir xəsarət almadığı müəyyən edilmişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2022-ci il tarixli 720 nömrəli rəyindən görünür ki, vət X1 bədən səthində aşkar edilmiş xəsarətlər: qapalı kəllə beyin travması ilə müşayiət olunan alının sol və sağ yarısının tüksüz hissəsinin sıyrığı və əzilmiş yarası, sol və sağ gözaltı nahiyələrin qançırları, burun belinin, sol dirsək oynağının, sağ mil bilək oynağının, sağ mil bilək oynağının və sağ əlin arxa səthinin sıyrıqları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ hissəsinin tələbinə əsasən, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2508/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2508/2022
30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver