Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-251/2025 12.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, "xxxx" QSC-nin nümayəndəsi X2, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" QSC-nin direktoru X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Şəki-Zaqatala Regional İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Şəki-Zaqatala Regional İdarəsi (Xidmət) tərəfindən "xxxx" QSC-nin direktoru X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli MN1613631 saylı Qərar qəbul edilmişdir. Aşağıda qeyd olunanlara əsaslanaraq, inzibati xətanın törədilməsinə dair "rəsmiləşdirilmiş" qərarı qanunsuz və əsassız hesab edir və buna görə də ləğv edilməlidir. Belə ki, ilkin olaraq AR İXM-nin 192.4cü maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanın mahiyyətinə nəzər yetirilməli olduğunu zəruri hesab edir. Həmin maddəyə əsasən "İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir." İstinad olunan maddənin təsiri dairəsinə düşən inzibati xəta işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsini ehtiva edir. Xidmət tərəfindən qəbul edilmiş Qərara əsas olan hal - "xxxx" QSC-nin işçisi X7 tərəfindən öz təqsiri nəticəsində törədilmiş yol nəqliyyat hadisəsi zamanı işçinin xəsarət alması və qanunvericiliyin tələbələrinə uyğun olaraq "xxxx" QSC tərəfindən həmin hadisə barəsində Xidmətə məlumat verməsindən ibarət olmuşdur. Həmin araşdırma zamanı Xidmət bildirmişdir ki, guya işəgötürən tərəfindən işçinin normal əmək və istirahət rejiminin pozuntusuna yol verilmişdir. Mövqeyini onunla əsaslandırmışdır ki, işçi xx.xx.2024-cü il tarixində işə 08:00-da başlamış və bununla da işəgötürən tərəfindən işçinin əmək normasının pozuntusuna yol verilmişdir. Hazırkı iddia edilən inzibati xəta ilə bağlı aparılan araşdırılma zaman işəgötürən tərəfindən işçinin əmək normasının pozuntusuna yol verilmədiyi, işəgötürən tərəfindən işçiyə işə saat 08:00-da gəlməsinə dair hər hansı bir tapşırığın, o cümlədən işçinin buna dair hər hansı bir şikayətin olmadığını aşkar şəkildə Xidmət qarşısında sübuta yetirilmişdir. Bununla yanaşı, işçinin öz təqsiri nəticəsindən onun səhhətinə, həmçinin işəgötürənin nəqliyyat vasitəsinə dəymiş bütün maddi ziyan işəgötürən tərəfindən tam şəkildə qarşılanmışdır. Qeyd olunanlara baxmayaraq, Xidmət araşdırmanın mahiyyətindən kənara çıxaraq əsassız Qərar qəbul etmişdir. İşçi iş vaxtından kənar vaxtlarda işəgötürən tərəfindən işə cəlb olunarsa, buna görə qanunvericiklə nəzərdə tutulan ödəmələrin aparılması işəgötürənin əmək siyasətinin başlıca prinsiplərindən biri olmaqla hər zaman onun tərəfindən həmin prinsipə riayət edilərək tam şəkildə ödəmələrin aparılması təmin edilmişdir. Buna dair sübutlar hazırkı şikayətə əlavə edilir (xx.xx.2024 və xx.xx.2024-cü illərdə əlavə iş saatına görə müəssisə edilmiş ödənişlərin sənədi). "xxxx" QSC-nin nümayəndəsi X8 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X11 məhkəmədən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Şəki-Zaqatala Regional İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" QSC-nin direktoru X9 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215 və 165-ci maddələrinin tələbləri pozularaq X1nun normal əmək v istirahət rejiminə riayət edilməmiş, əmək müqaviləsi üzrə iş vaxtından artıq işlərə cəlb edilsə də, müvafiq qaydada əmək haqqı hesablanmamışdır. Bununla da, "xxxx" QSC-nin direktoru X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və o, 700 manat cərimə edilmişdir. X1 ilə İşəgötürən "xxxx" QSC-nin direktoru X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, X7 "xxxx" QSC-də mühafizəçi vəzifəsinə işə götürülmüşdür. Müqavilənin 4.12-ci bəndinə əsasən, iş saatı 09:00-da başlayır, saat 17:00da qurtarır. "xxxx" QSC-nin direktoru tərəfindən təsdiq edilmiş iş vaxtının uçotu barədə tabeldən görünür ki, X7 iş vaxtı norması 27 saat olduğu halda, 29 saat işləmişdir. X9 şikayətdə tərəfindən qeyd edilən pozuntunun onun tərəfindən törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında sənədlərin qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, "xxxx" QSC-də mühafizəçi vəzifəsində işləyən X7 iş vaxtından əlavə saatlarda çalışmış, lakin həmin saatlara görə əmək haqqı alması işəgötürən tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, X9 tərəfindən vəzifəli şəxs kimi İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-251/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-251/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver