Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2511/2022 19.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X7, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs – X6 və onun vəkili – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X9 X5 oglunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs rəhbəri X1 barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən X1 barəsində MN seriyalı ******* nömrəli, 15 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə iddia qismən təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxs1 ünvan 1 ünvanında inşa edilən yaşayış binasında birinci qrup əlil kimi mənzil verilməsi məsələsinə baxılmasının cavabdeh Şəxsnə həvalə edilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X12 bildirmişdir ki, qeyd olunan icra sənədi Nərimanov Rayon İcra Şöbəsinin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclu Şəxsnə bildiriş göndərilmişdir. İcra sənədi bu günədək borclu Şəxs tərəfindən təmin edilməmişdir. Tərəfindən yığıncağın iclasının yekununa dair protokol tələb olunsa da, ona yalnız çıxarış təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X11 tərtib olunmuş protokolla razılaşmamış və bildirmişdir ki, məhkəmənin qətnaməsi icra olunmuşdur. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə iddia qismən təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxs1 ünvan 1 ünvanında inşa edilən yaşayış binasında birinci qrup əlil kimi mənzil verilməsi məsələsinə baxılmasının cavabdeh Şəxsnə həvalə edilməsi qət edilmişdir. İctimai Birlik tərəfindən həmin məsələyə baxılmış və qərar qəbul edilmişdir. Həmin qərardan çıxarış da zərərçəkmiş şəxslərə təqdim olunmuşdur. Belə ki, onlar anaları ilə birgə mənzil növbəsi gözləmədikləri üçün və onların mülkiyyətində mənzil olduğu üçün onlara mənzil verilməsindən imtina olunmuşdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında bildirmişdir ki, əvvəl məhkəmə qətnaməsi qəbul edilərkən mənzil hələ tikilməmişdir, ona görə də qətnamədə mənzil verilməsi məsələsinə baxılması qət edilmişdir. xx.xx.2021-ci il tarixli Sərəncamla mənzil növbəsi gözləyən 600 nəfərin hamısına mənzil verilməsi nəzərdə tutulmuşdur. Lakin anası 33 il mənzil növbəsində dayansa da, mənzil əldə edə bilməmişdir. Halbuki anasının evi 1998-ci il tarixdən yararsız vəziyyətdə olmuşdur. 2019-cu il tarixdə məhkəmə qətnaməsi qəbul edilən zaman anası sağ idi və ona mənzil verilə bilərdi. Lakin hazırda anası dünyasını dəyişdiyi üçün, o da anasının varisi olduğu üçün mənzilin onlara verilməsini tələb edir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında məhkəmə qətnaməsinin icra olunmasını tələb etmişdir. Zərərçəkmiş şəxs X2 vəkili X8 məhkəmə iclasında bildirmişdir ki, zərərçəkmiş şəxslərin mənzil hüququ vardır. Məhkəmə qətnaməsi olsa da, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən qeyd olunan qətnamə icra edilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə iddia qismən təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxs1 ünvan 1 ünvanında inşa edilən yaşayış binasında birinci qrup əlil kimi mənzil verilməsi məsələsinə baxılmasının cavabdeh Şəxsnə həvalə edilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra olunması Şəxsndən xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X9 Şəxs rəhbəri X4 barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əlavəsindən görünür ki, icra sənədi üzrə iddiaçı Zərərçəkmiş şəxs1 ünvan 1 ünvanında inşa edilən yaşayış binasında birinci qrup əlil kimi mənzil verilməsi məsələsinə baxılması cavabdeh Şəxsnə həvalə edilməlidir. İcra sənədi Nərimanov Rayon İcra Şöbəsinin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclu Şəxsnə bildiriş göndərilmişdir. İcra sənədi bu günədək borclu Şəxs tərəfindən təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-241/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ərizə təmin edilmiş, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrasına xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4241/2019 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icra edilməsi üçün yenidən icra orqanına göndərilməsi qərara alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə ürək çatmamazlıgından ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs rəhbəri X4 məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-4241/2019 nömrəli icra vərəqəsinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs rəhbəri X4 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, zərərçəkmiş şəxslır Zərərçəkmiş şəxs2 və X6 Zərərçəkmiş şəxs1 1-ci dərəcəli vərəsələridirlər və məhkəmə qətnaməsinə əsasən mərhuma çatan əmlak onlara verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1159.1.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, Şəxs rəhbəri X4 AR İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs rəhbəri X4 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2511/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2511/2022
19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver