Məhkəmə qərarları › İş №3(005)-2511/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2511/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2511/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Musayev Tural Səmid oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “Mercedes Benz E240” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə təyin edilmiş EQ 22292870 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunla müəyyən edilmiş 3 ay müddət ərzində icra etməməklə Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilərək, müvafiq inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına baxarkən müəyyən edilmişdir ki, işin icraatını rədd edən hallar mövcuddur. Belə ki, iş materiallarında olan: İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 22292870 nömrəli qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 06:01-də Nərimanov rayonu, M.Məmmədzadə küçəsi ərazisində “Mercedes Benz E240” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və ya durma qaydalarına riayət etməməklə Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 20 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Nərimanov RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə təyin edilmiş EQ 22292870 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməklə törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nəticənin əsasları: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2. Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatı tədqiq edərkən müəyyən etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolun məzmunundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli EQ 22292870 nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərarı 3 ay müddət ərzində icra etməmişdir. İş materiallarına olunan EQ 22292870 nömrəli inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilir ki, həmin qərar xx.xx.2025-ci il tarixlidir. Göründüyü kimi hazırkı halda Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə, yəni xx.xx.2025ci il tarixli EQ 22292870 nömrəli inzibati tənbeh vermə haqqında qərardan əvvəl tərtib edilmişdir. Belə bir halın olması isə absurd hesab edilir. Belə ki, qanunvericiliyə görə şəxs yalnız inzibati tənbeh vermə haqqında qanuni qüvvəyə minmiş qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan üç ay ərzində icra etmədikdə Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilər. İndiki protokoldan görünür ki, Şəxs gələcəkdə qəbul ediləcək inzibati tənbeh vermə haqqında qərarı icra etmədiyinə görə barəsində inzibati icraat başlanmışdır. Göstərilənlər Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkib əlamətlərinin mövcud olmadığını təsdiq edir. Bundan əlavə səlahiyyətli orqanının nəzərinə çatdırılmalıdır ki, Azərbaycan Respublikası İXM-in 103.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi qanunun imperativ tələbləri pozularaq xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsində həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqanın (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul etməli olmasına dair imperativ norma müəyyən olunmuşdur. Kifayət qədər əsaslandırılan hallar və Azərbaycan Respublikası İXM-in normalarının qanuni tətbiqinin təmin edilməli olmasını nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.1.2, 109.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar