Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2518/2023 25.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, X3 Pərviz oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Bakı şəhər Nərimanov Rayon Polisi İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhər Nərimanov Rayon Polisi İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin olunmasını və EPQ seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər Nərimanov Rayon Polisi İdarəsinin 18-ci Polis Bölməsi nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə iclasında iştirak etmiş şikayət vermiş şəxs X4 çıxış edərək bildirmişdir ki, ölkə ərazisində heç bir fövqəladə vəziyyət olmadığı halda X7 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 517-ci maddəsinə əsasən barəsində qərar qəbul edilmiş və cərmə tətbiq edilmişdir. Həmin qərarın qanunsuz hesab edilərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Nərimanov Rayon Polisi İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında qərardan görünür ki, X4 tərəfindən Azərbaycan Respublikası İXM-in 517.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 40 (qırx) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-ci maddəsi fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması ilə bağlı inzibati xətalara görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517.0.3-cü maddəsinə əsasən isə fövqəladə vəziyyət rejimində nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasının pozulmasına və onların yoxlanmasına maneçilik törədilməsinə - fiziki şəxslər qırx manatdan səksən manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin hərəkətlərinin məhdudlaşdırılması və onların yoxlanılması fövqəladə vəziyyət dövründə konkret şəraitdən asılı olaraq müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, ölkə ərazisində hər hansı fövqəladə rejim qaydalarının tətbiq edilmədiyi və bu qaydaların pozulması ilə bağlı X4 tərəfindən hər hansı fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması ilə bağlı hərəkətlərin edilməsi müəyyən edilmədiyindən X2 barəsində İXM-nin 517.0.3-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhər Nərimanov Rayon Polisi İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517.0.3-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhər Nərimanov Rayon Polisi İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2518/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2518/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver