Məhkəmə qərarları › İş №3(005)-2529/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2529/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2529/2023 16.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin sahə inspektoru polis mayoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsi 18ci Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 16 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində ünvan 1 ünvanında X3 qarşı nalayiq ifadələr işlədib təhqir etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş 16 avqust 2023-cü il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X2 avtomobilinə 600 manat dəyərində maddi ziyan vurmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan Şəxs eyni vaxtlarda törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 16 avqust 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis sahə inspektoru X4 məhkəmə iclasında protokollara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində zərərçəkmiş şəxs X3 “Kia Optima” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Atatürk prospekti ilə hərəkətdə olan zaman arxada olan Şəxs “Nissan note” markalı, **-AJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə siqnal verərək ona yol verməyini istəmiş, lakin o sağ zolaqda hərəkət etdiyi üçün yol verə bilməmiş və hərəkətini davam etdirmişdir. Daha sonra isə Şəxs onun idarə etdiyi avtomobilin arxası ilə onu təqib edərək Nərimanov rayonu Dəmircizadə küçəsi ilə Təbriz küçələrinin kəsişməsinə gəlmişdir. İşıqforun qırmızı işığında avtombili sol zolaqda dayandıran zaman Şəxs onu qoşa xəttin tələbini kobud sürətdə pozub, avtomobilinə sol tərəfdən yaxınlaşaraq pəncərədən Hacıyeva Nigarın ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmiş, daha sonra isə avtomobili ilə sol güzgüsünə, daha sonra qabağa hərəkət edərək maşınının sol qabaq hissəsinə vuraraq oradan uzaqlaşmışdır. Bununla da onun avtomobilinə 600 manat maddi ziyan vurmuşdur. Qeyd olunanların nəzərə alınmasını və hadisəni törədən şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində idarə etdiyi “Nissan” Note markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Atatürk prospektində hərəkətdə olan zaman dövlət nömrə nişanını bilmədiyi avtomobilin sürücüsü hərəkət zolağını sağdan sola dəyişmək istəyən zaman onun hərəkət istiqamətinə çıxmış və ona mane olmuşdur. O, isə həmin avtomobilin yanına sürərək ona pəncərədən irad bildirdikdə həmin sürücü qadın onun ünvanına nalayiq ifadələr işlədərək pəncərəsini yuxarı qaldırıb, hərəkətinə davam etmişdir. Pəncərədən onun ünvanına nə səbəbdən nalayiq ifadə işlətdiyinin səbəbini soruşmuşdur. Həmin şəxs onun ünvanına təkrar nalayiq ifadə işlədərək pəncərəni qaldırıb, uzaqlaşmışdır. Avtomobilə heç bir ziyan dəyməmişdir. Barəsində tərtib edilmiş protokola onun əməlində heç bir inzibati xəta tərkibi olmadığından xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq zərəçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs barəsində İXM-nin 510 və 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Nərimanov Rayon Polis İdarəsinə həvalə edilmişdir. Məhkəmə iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu və 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə zərərçəkmiş şəxs X3 qarşı nalayiq ifadələrlə təhqir etməsi müəyyən edilmiş, nə də səs-küy salaraq ictimai qaydanı pozmasını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda hadisənin şahidləri barədə heç bir məlumat qeyd edilməmiş, nə raportu tərtib etmiş şəxs, nə də digər şəxslər şahid qismində izahat vermək üçün məhkəməyə gətirilməmişdir. Həmçinin qeyd edilən hadisə nəticəsində zərərçəkmş şəxsə məxsus əmlaka vuralan ziyanla bağlı nə akt, nə də ekspertiza rəyi təqdim edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda yalnız zərərçəkmiş şəxsin izahatı əsasında avtomobilinə ziyan dəydiyi göstərilmişdir. Lakin, bu barədə heç bir mütəxəssis rəyi alınmamışdır. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından İmanov X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Həmçinin Şəxs əməlində əmlakı qəsdən məhv etmə, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından İmanov X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar