Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2539/2021 20.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 389-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Statistika İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 389-cu maddəsi ilə MN seriyalı ******* nömrəli, 13 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək 19.10.2021-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən 2020-ci ilin (illik) 1-əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı 2021-ci ilin mart ayının 15-dək təqdim edilməli olduğu halda, müəyyən olunmuş vaxtda təqdim edilməmişdir və inzibati xəta hadisəsi 2021-ci ilin 16 mart tarixində törədilmişdir. Bununla da, Şəxs MMC İXM-in 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhər Statistika İdarəsinin 30 sentyabr 2021-ci il tarixli, 2638 nömrəli məktubundan görünür ki, Şəxs MMC tərəfindən 2020-ci ilin (illik) 1-əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı 2021-ci ilin mart ayının 15-dək təqdim edilməli olduğu halda, müəyyən olunmuş vaxtda təqdim edilməmişdir. İş materiallarına əlavə edilən sənədlərdən göründüyü kimi, Bakı şəhər Statistika İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 13 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol həmin MMC tərəfindən 2020-ci ilin (illik) 1əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı 2021-ci ilin mart ayının 15-dək təqdim edilməməsini nəzərdə tutur. Bununla da inzibati xəta hadisəsi 2021ci ilin 16 mart tarixində törədilmişdir. Beləliklə, Şəxs MMC tərəfindən İXM-in 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi 16.03.2021-ci il tarixdə törədilmişdir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, Şəxs MMC tərəfindən İXM-in 389-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən, yəni 16 mart 2021-ci il tarixdən üç aydan artıq müddət keçdiyindən, MMC barəsində inzibati tənbeh verilə bilməz. İXM-in: 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Odur ki, Şəxs MMC barəsində tərtib olunmuş 13 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Qeyd olunanlara əsasən QƏRARA ALDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikası Bakı şəhər Statistika İdarəsi tərəfindən tərtib olunmuş 13 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-2539/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2539/2021
20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver