Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2539/2023 08.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 02 avqust 2023-cü il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərarda göstərilmişdir ki, Şəxs texniki təhlükəsizlik qaydalarını pozaraq xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Ə.Əlizadə və Qarabağ küçələrinin kəsişməsində inşa olunan hündürmərtəbəli yaşayış binalarının tikinti sahəsindən keçərkən Zərərçəkmiş şəxs1 başına kərpic qırıntılarının düşməsi səbəbi ilə, sonuncunun qızı Zərərçəkmiş şəxs2 Kərim qızı isə 2020-ci ilin aprel ayının əvvəllərində həmin tikinti sahəsində ayağına armatur parçası dəyməsi nəticəsində dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər almalarına səbəb olmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Kərim qızı və Zərərçəkmiş şəxs1 çıxış edərək Şəxs şikayətçi olduqlarını bildirmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bakı şəhəri Nərimanov rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala etiraz edərək bildirmişdir ki, hadisənin üzərindən üç il keçmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxslər və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəinin iştirakını təmin etməmiş və iştirak etməmişlər. Bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə zərərçəkmiş şəxslərin və səlahiyyəti orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 841 nörməli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər – alnın sol yarısının küt tüksüz hissəsinin, sağ diz oynağının ön səthinin çapıq toxumalar (əzilmiş yara izləri) – küt əşyanın təsirindən, məhkəmə-tibbi ekspertizasından 1,5 ildən çox müddət olmaqla, qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 842 nörməli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs2 Kərim qızında aşkar edilmiş xəsarətlər – sağ aşıq baldır oynağının ön səthinin yumşaq toxuması - küt əşyanın təsirindən, məhkəmə-tibbi ekspertizasından 1,5 ildən çox müddət olmaqla, qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmə iclasında tədqiq edilən “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 02 avqust 2023-cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə —min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, qeyd olunan hadisə 2020-ci ilin aprel ayında baş vermişdir. Məhkəmə bununla bağlı inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilsə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 09 mart 2022-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçməsi səbəbindən onun barəsində inzibati tənbeh verilə bilməz. Bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2539/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2539/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver