Məhkəmə qərarları › İş №3(005)-2541/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2541/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2541/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs – X7 və onun vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X8, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi X1 iştirakları ilə, Azərbaycan Respublikasının X5 xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X11 Azərbaycan Respublikasının X5 xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cari ilin iyul ayında pensiya vəsaitindən pul məbləğinin tutulması ilə bağlı müvafiq banka müraciət etdikdən sonra ona bildirilmişdir ki, barəsində inzibati tənbeh etmə haqqında qərar icra üçün daxil olmuşdur. Bununla bağlı müvafiq müraciətindən sonra məlum olmuşdur ki, Azərbaycan X5 Bakı RİB-də barəsində inzibati xəta faktı üzrə araşdırma nəticəsinə görə xx.xx.2022-ci il tarixli, MN 112703 saylı inzibati qərar tərtib olunmuşdur. X5 Bakı RİB-nə müraciətindən sonra qərarın surəti yalnız xx.xx.2023-cü il tarixdə ona təqdim olunmuşdur. Həmin qərarın məzmununa görə guya Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi 1 ünvanında xüsusi ayrılmış yerlərdən kənarda heyvan kəsimi ilə məşğul olmuşdur və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qərardan görünür ki, guya tərəfindən törədilmiş inzibati xəta Binəqədi rayon RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən aşkar olunmuşdur. Surəti ona bu günlərdə təqdim edilmiş olan xx.xx.2022-ci il tarixli, MN 112703 saylı inzibati qərarla qəti surətdə razı deyil. Hesab edir ki, qərar əsassızdır və ləğv olunması üçün kifayət qədər əsaslar vardır. İlk növbədə göstərir ki, o, inzibati araşdırmaya cəlb olunmamışdır. Bu araşdırma barədə tam məlumatsız olmuşdur və iştirakı üçün heç bir təşəbbüs göstərilməmişdir. Hesab edir ki, qərarın qəbul edilməsi üçün əsas olmuş protokol qanunsuz və əsassızdır. Belə ki, ilk olaraq göstərir ki, o, heç bir ticarət fəaliyyəti ilə məşğul olmamışdır və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvan kəsiminə yol verməmişdir. İnzibati araşdırmada iştirakı təmin olunsa idi, o, barəsində tərtib olunmuş protokolun əsassızlığını, heç bir sübuta əsaslanmadığını sübuta edə biləcəkdi. Şikayət vermiş X11 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ət kəsdiyi yer onun öz həyətidir. Ona məxsus yer köşk kimidir. O, ətlərin kəsilməsi və ya satışı ilə məşğul olmur. Həmin əti şəxsi ehtiyacları üçün kəsmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda onun adına açılmış VÖEN fəaliyyət göstərmir. Azərbaycan Respublikasının X4 fiziki şəxs kimi yox vəzifəli şəxs kimi cərimələmişdir və onun hazırda adına açılmış VÖEN fəaliyyət göstərmədiyindən qərar əsassızdır. Şikayət vermiş şəxs – X7 vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X12 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, X7 onun barəsində tərtib edilmiş protokoldan məlumatı olmamışdır. Ümumiyyətlə protokolun tərtib edilməsi üçün əsas yoxdur. Hətta protokolu tərtib edən ARQTA-nın əməkdaşı yox, polis sahə inspektoru olmuşdur. Odur ki, verilmiş şikayətin təmin edilməsini xahiş edir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, inzibati icraatda araşdırmada iştirak etməsi üçün dəfələrlə Arif Abbasova məlumat verilmişdir. Lakin A.Abbasov araşdırmada iştirak etməmişdir. İcra sənədi icraya yönəldilmiş və müvafiq olaraq A.Bbasovun pensiyasından tutma həyata keçirilmişdir. Müvafiq sənədləri məhkəməyə təqdim edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının X5 xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. MN ******* nömrəli, 09 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X11 xx.xx.2022-ci il tarixdə müəyyən olunmayan yerdə ət kəsimi satılır. xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, X11 tərəfindən Azərbaycan Respublikası İXM-nin 289.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxılması xx.xx.2022-ci il tarixə saat 15:00-a təyin edilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, X10 Azərbaycan Respublikası İXM-nin 289.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxılması xx.xx.2022-ci il tarixə saat 15:00-a təyin edilməsi və iştirak etməsi ilə bağlı müvafiq məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru raportla müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə inzibati ərazidə xidmətdə olan zaman Biləcəri qəsəbəsi Sumqayıt şossesində yerləşən ət mağazasında müəyyən olunmamış yerdə ət kəsimi aşkar edilmişdir. Həmin şəxsə yaxınlaşdıqda onun X11 olması müəyyən edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsinə əsasən baytarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X11 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki təqdim edilmiş sənədlərə məhkəmə iclasında baxış keçirilmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, X11 xx.xx.2022-ci il tarixdə Biləcəri qəsəbəsi Sumqayıt şossesində yerləşən ət mağazasında müəyyən olunmamış yerdə ət kəsimi həyata keçirmişdir. Beləliklə də o, baytarlıq haqqında qanunvericiliyi pozmuşdur. Həmçinin məhkəmə X7 vəzifəli şəxs qismində cərimə edilməsinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, X11 xx.xx.2012-ci il tarixdə vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatda keçmiş, ********** VÖEN-i almışdır və qeydiyyatdan keçdiyi dövrdən hazırkı tarixədək vergi ödəyicisinin fəaliyyəti aktivdir. Beləliklə məhkəmə hesab edir ki, X11 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X7 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikasının X5 xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X7 Azərbaycan Respublikasının X5 xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar