Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2542/2021 20.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AP ******* nömrəli, 12 fevral 2021-ci il tarixli protokol tərtib edilərək surəti baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu (surətini) və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, 12.02.2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol "xxxx" QSC barəsində tərtib olunmuşdur. Lakin məhkəmənin elektron sistemindən çıxarışdan görünür ki, hüquqi şəxsin adı Şəxs MMC-dir (VÖEN: **********). Eyni zamanda Bakı şəhəri Nəsimi RPİ-nin 19.09.2021-ci il tarixli məktubundan da göründüyü kimi Polis İdarəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin adı və təşkilati hüquqi formasının dəyişdiyini biləbilə inzibati xəta haqqında protokolu başqa şəxsin barəsində tərtib etmişdir. Bundan əlavə Şəxs MMC-nin barəsində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AP ******* nömrəli, 12 fevral 2021-ci il tarixli protokol tərtib edilmiş, lakin iş materiallarına həmin protokolun əsli əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş poçt qəbzindən ümumiyyətlə sorğunun göndərilməsi və yaxud hər hansı digər sənədin göndərilməsi müəyyən edilmir. Bundan başqa məhkəmə bildirir ki, iş materiallarında olan poçt xəbərnaməsinin surətindən məktubun hansı ünvana göndərilməsi müəyyən olunmur. Məhkəmə, həmin xəbərnaməyə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə hakim işə baxılmağa hazırlanması zamanı qərardad qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, İXM-in 109.1.6-cı maddəsini tələbləri pozulduğundan və təqdim edilmiş materiallar natamam olduğundan onu tərtib etmiş orqana qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş AP ******* nömrəli, 12 fevral 2021-ci il tarixli inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-2542/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2542/2021
20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver