Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2544/2021 20.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X1, zərər çəkmiş şəxs-X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Laçın rayonu, Qalaça kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, Laçın rayonu, Qalaça kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsindən daxil olmuş 20 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 30.07.2021-ci il tarixdə saat 16:00 radələrində ünvan 2 ünvanda olarkən vətəndaş X4 döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X6 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs qardaşı X4 döyməsi faktı üzrə araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin qeyd olunan hadisə nəticəsində zərər çəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərini pozduğundan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material və onun əsasında qəbul edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, təxminən 5 ildir ki, yaşadığı ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə görə qardaşı Arif Abbasovun keçmiş həyat yoldaşı ilə aralarında narazılıqlar var və müxtəlif instansiya məhkəmələrində işə baxılıb və sonuncu qərara əsasən qarşı tərəfin onu yaşadığı evdən çıxartmaq istəməsi iddiası rədd olunub, çünki qarşı tərəf onun evini 5 nömrəli ev kimi göstərmək istəmişdir. Lakin toplanan sənədlərdə onun 5 nömrəli evdə yaşamadığı və 2/6 ünvanında iki mərtəbəli evdə yaşadığı sübuta yetmişdir. Lakin buna baxmayaraq, qardaşı Arif və keçmiş arvadı Sahibə onun yaşadığı ünvana gəlib onu və ailəsini ölümlə hədələyirlər. 30.07.2021ci il tarixdə ailə üzvləri evdə olmadığı müddətdə Arif qeyd olunan 2/6 saylı evə gəlib onun razılığı olmadan qapını laqonda ilə kəsərək evə daxil olmuş və evin içərisində olan qapıları, taxta pilləkənləri qırmış, dəmir qapının kilidini qırmış, başqa qapını isə balta ilə sındırmışdır. Murad evə gələndə qardaşı Arifin bu hərəkətlərini görüb onunla mübahisə etmiş, əlində balta olduğunu görüb ona yaxın getməmişdir. Sonra polisə zəng vurub məlumat vermişdir. Etdiyi əməldən səmimi peşmanlıq çəkir. Son olaraq zərər çəkmiş şəxslə barışıq əldə etdiyini bildirərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, təxminən 5 ildir ki, yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə görə qardaşı Şəxs ilə aralarında narazılıqlar var və müxtəlif instansiya məhkəmələrində işə baxılıb və sonuncu qərara əsasən qardaşı və ailəsinə evin 2-ci mərtəbəsində müvəqqəti yaşamaq hüququ verilib, lakin bununla razı deyil və məhkəmə prosesləri davam edir. 30.07.2021-ci il tarixdə qeyd olunan 2/5 saylı evə gəlib 1-ci mərtəbəsində yerləşən gözəllik salonunun qapısının bağlı olduğu və qapının içəri tərəfdən svarka ilə bağlandığını görüb obyekt ona məxsus olduğu üçün qapısını sındırıb içəri daxil olmuş və salonun divarının sökülmüş hissəsindən obyektinə daxil olan qardaşı Murad üstünə hücum çəkib onu əli ilə iki dəfə üz nahiyəsinə vurmuş və qızı Abbasova Səidə onları aralaşdırmışdır. Baş vermiş hadisə barədə polisin 102 xidmətinə zəng vurub məlumat vermiş, buna baxmayaraq Murad əlinə taxta alıb onun üstünə hücum çəkmiş və qol nahiyəsinə vurmuşdur. Son olaraq məhkəməyə ərizə ilə müraciət edib Şəxs ilə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 X10 04.08.2021-ci il tarixli rəyindən görünür ki, 1957-ci il təvəllüdlü X3 almış olduğu xəsarətlər – sol almacıq nahiyəsinin sıyrığı, başın təpə nahiyəsinin səthi əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 30.07.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs X7 tərəfindən məhkəmədə təqdim edilmiş 20.10.2021-ci il tarixli ərizədən görünür ki, Şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X5 zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, tərəflərin barışmasının Azərbaycan Respublikası İXM-in 53.0.9-cu maddəsinə əsasən həmin Məcəllənin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas olmasını nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2544/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2544/2021
20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver