Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2546/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurahmanlı Pınar Zakir qızının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X8 iştirakları ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X6 şikayəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024-cü il tarixdə ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib etmişdir. Lakin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi heç bir araşdırma aparmadan vətəndaşın əmək müqaviləsi hüquqi qüvvəyə minmədən dizayner vəzifəsi işinə cəlb edilməsi əsası ilə 20.06 2024-cü il tarixdə ******* nömrəli protokol tərtib edilərək xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarla cəmiyyətin direktoru vəzifəli şəxs kimi 4000 manat cərimə edilmişdir. Aşağıda qeyd edilən səbəblərdən barəsində tərtib edilmiş qərarın qanunsuz və əsassız olması səbəbindən ləğv edilməli olduğu qənaətindədir. Belə ki, iş üzrə materiallardan göründüyü kimi şikayətçi X6 şikayətini araşdıran Əmək Müfəttişliyi cəmiyyətin hər hansı bir formada həmin şəxsin işləyəcəyi vakansiya üzrə iş elanı olubolmamasını araşdırmamışdır. Ümumiyyətlə cəmiyyətin fəaliyyət istiqaməti üzrə fəaliyyət göstərdiyi bir neçə ildə şikayətçinin qeyd etdiyi vakansiya üzrə heç bir zaman işçisi olmayıb. Məsələnin həqiqi tərəfi bundan ibarət olub ki, cəmiyyət xaricdə təhsillə maraqlanan şəxslərin istəklərinə uyğun olaraq həmin şəxslərlə təhsil müəssisəsi arasında müəyyən rəsmi prosedurlarla əlaqədar vasitəçilik missiyasını yerinə yetirməklə sonunculara xidmət göstərilməsi ilə məşğul olur. Bu sahədə xaricdə təhsillə maraqlanan şəxslərin “X12 Məhdud Məsuliyyətli Cəmiyyətinə istiqamətləndirilməsində belə deyək onların bir müştəri kımı cəlb edilməsində şikayət edən şəxs timsalında çoxsaylı partnyorların xidmətindən istifadə edilir. Bu gündə həmin partnyorluq etdikləri vətəndaşlar və firmalarla əməkdaşlıqları davam edir. Eyni zamanda şikayətçi X6 da partnyorluq xahişi nəzərə alınaraq o da xaricdə təhsillə maraqlanan şəxslərin cəmiyyətə cəlb edilməsi işində müəyyən faiz müqabilində partnyorluq fəaliyyətinə cəlb edilmişdir. Şəxsin cəmiyyətə məxsus ofisdə davamlı oturaraq işləməsi və yaxud əmək fəaliyyətinə cəlb edilmə barədə hər hansı bir şəxslə razılaşması olmamış nə də ki ona bu barədə sabit formada davamlı əmək haqqı veriləcəyi vədi verilməmişdir. Ofisdə internetə daimi qoşulmuş kompyuterlər bütün partnyorlar kimi X6 da istifadəsində olmuş və həmin şəxsdə bu şəraitdən öz gəlirini artırmaq və müştəri cəlb etmək üçün müəyyən pressreliz və reklam xarakterli posterlər hazırlamışdır. Bu fəaliyyətlə bağlı ona cəmiyyət və yaxud cəmiyyət rəhbərliyi tərəfindən hər hansı bir tapşırıq verilməmişdir Bunu ofisdən istifadə edən bütün partnyorlar tərəfdaşlar təsdiq edə bilərdi. Beləliklə, hesab edir ki, sadalanan qanunun normalarına əsasən barəmdə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər İdarəsinin səlahiyyətli vəzifəli şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən qəbul edilmiş 11 07.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edilməli, başlanmış inzibatı xəta haqqında icraata xitam verilməlidir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X10 çıxış edərək bildirmişdir ki, şikayət vermiş şəxs inzibati xəta haqqında protokolun əsassız və qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edildiyini bildirsə də, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmişdir. İdarə tərəfindən aparılmış araşdırmanın nəticəsində X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulması aşkar edilmişdir. Qərar tam qanuni olduğundan verilmiş şikayət ərizəsinin rədd edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərardan şikayətlə müraciət etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, digər sənədlərlə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbləri pozulmuş və bu səbəbdən barəsində səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan, həmçinin inzibati işin materiallarında olan sübutlardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta X4 tərəfindən törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2546/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2546/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver