Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2547/2022 08.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi – Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2 və 505ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 482.2 və 505-ci maddələri ilə tərtib edilmiş 15 avqust 2022-ci il tarixli, 00100-1334/22 nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 485.2-ci maddəsi üzrə tərtib olunmuş 15 avqust 2022-ci il tarixli, 00100-1334/22 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs MMC tərəfindən Çin Xalq Respublikasından idxal edilmiş 1600 ədəd “İjstall” markalı drel, 1500 ədəd “İjstall" markalı lagonda, 501 ədəd “İistall” markalı perefarator, 2400 ədəd “Marguis” markalı su nasosu açarları yükünün qiymətinə şübhə yaranması nəticəsində ekspert rəyinə əsasən ümumilikdə 8882.11 manat gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Həmçinin, Şəxs MMC tərəfindən Çin Xalq Respublikasından idxal edilmiş və gömrük orqanına 5500 ədəd (qutu) qara metaldan mıxlar kimi bəyan edilmiş yüklərin faktiki olaraq stepler üçün iynələr yükləri olduğu, nəticədə orta bazar qiyməti 5825 manat stepler üçün iynələr yüklərinin gömrük orqanına düzgün bəyan edilmədiyi və MMC-nin əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şirkətin ünvanına Çin Xalq Respublikasından sifariş edilmiş Qarışıq yüklər 42225185 nömrəli vaqonla ölkə ərazisinə göndərilmiş və Bakı Baş Gömrük İdarəsində **********4864 sorğu nömrəli GB ilə bəyan edilmiş, sifariş olaraq stepler üçün iynələr, drel, laqunda prefarator və digər mallar sifariş edilmiş, lakin invoys sənədində 5500 qutu stepler üçün iynələr yükü mıx (nail) kimi göstərilmiş və şirkət tərəfindən də bəyannamədə bu səbəbdən də bu səkildə qeyd edilmiş, əslində yüklərinin stepler üçün iynələr olduğunu bilmiş, lakin qoşma edilmiş şəkillərdə yüklərinin şəkili düzgün göstərilmiş, digər qiymətinə şübhə yaranmış malları isə invoys qiyməti əsasında bəyan etmişdir. Həmçinin əlavə ödəniş yaranacağı təqdirdə ödəmək niyyətində olduqlarını, düzgün bəyan edilməyən stepler üçün iynələrə yükünü iş yekunlaşdıqdan sonra rəsmiləşdirmək niyyətində olduqlarını bildirmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən, gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Odur ki, hazırda vurulmuş ziyanı tamamilə ödədiklərini və barələrində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə isə barələrində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X6 məhkəmə iclasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 505ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini, Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə isə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 15 avqust 2022-ci il tarixli, 00100-1334/22 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN **********) adına 42225185 nömrəli vaqonun üzərində olan SLVU ******* nömrəli konteynerdə daxil olmuş və Bakı Bas Gömrük idarəsində **********4864 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən qarışıq yüklərə xx.xx.2022-ci il tarixdə “Abşeron" gömrük postunda gömrük baxışı keçirilmişdir. Gömrük baxışı zamanı gömrük bəyannaməsinin birinci mal mövqeyində “Qara metaldan mıxlar”, 110 ver brutto çəkisi 1783 kiloqram, netto çəkisi 1673 kiloqram olaraq bəyan edilən yükün faktiki olaraq stepler üçün iynələrə (500 qutu üzərində “Balutu 200/6, 6mm 1/14”, 5000 steples” yazılmış, 3500 qutu üzərində “Balutu 200/8, 8mm 5/16”, 5000 Staples” yazılmış,1500 qutu üzərində “Balutu 200/10, 10mm 3/8”, 5000 Staples” yazılmış) bənzər predmet olduğu aşkar olunmuşdur. İs üzrə “əmtəəsünaslıq” ekspertizası keçirilməsi zərurəti yarandığından ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının ekspertlərinə həvalə edilmiş və 1400- 013/0xx-xx/004127 saylı, xx.xx.2022-ci il tarixli məktubla müraciət edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 9/4790 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən üzərində “Balutu 200/6, 6 mm 1/14, 5000 Staples” yazılmış stepler üçün iynələr yükünün 1 qutusunun qiyməti 1 manat olmaqla 500 qutunun qiyməti 500 manat, üzərində “Balutu 200/8, 8 mm, 5/16, 5000 Staples” yazılmış stepler üçün iynələr yükünün 1 qutusunun qiyməti 1.05 manat olmaqla 3500 qutunun qiyməti 3675 manat, üzərində “Balutu” 200/10, 10 mm 3/8, 5000 steples” yazılmış stepler üçün iynələr yükünün 1 qutusunun qiyməti 1.10 manat olmaqla 1500 qutusunun qiyməti 1650 manat. “İistall” markalı drel yükünün 1 ədədinin qiyməti 25 manat olmaqla 1600 ədədinin qiyməti 40000 manat, “İjstall” martkalı laqonda yükünün 1 ədədinin qiyməti 30 manat olmaqla 1500 ədədinin qiyməti 45000 manat, “İjstall” markalı perefarator yükünün 1 ədədinin qiyməti 65 manat olmaqla 501 ədədinin qiyməti 32565 manat və “Marquis" markalı su nasosu üçün dəyişdirici açar yükünün 1 ədədinin qiyməti 18 manat olmaqla 2400 ədədinin qiyməti 43200 manat olduğu qeyd edilmişdir. Beləliklə, araşdırma zamanı **********4864 sorğu nömrəli GB ilə 5500 ədəd (qutu) qara metaldan mıxlar kimi bəyan edilmiş yüklərin faktiki olaraq stepler üçün iynələr yükü olduğu aşkar edildiyi və 9/4790 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən üzərində “Balutu 200/6, 6 mm 1/14, 5000 Staples” yazılmış stepler üçün iynələr yükünün 1 qutusunun orta bazar qiyməti 1 manat olmaqla 500 qutunun qiyməti 500 manat, üzərində “Balutu 200/8, 8 mm, 5/16, 5000 Staples” yazılmış stepler üçün iynələr yükünün 1 qutusunun orta bazar qiyməti 1.05 manat olmaqla 3500 qutunun qiyməti 3675 manat, üzərində “Balutu” 200/10, 10 mm 3/8, 5000 steples” yazılmış stepler üçün iynələr yükünün 1 qutusunun orta bazar qiyməti 1.10 manat olmaqla 1500 qutusunun qiyməti 1650 manat olduğu halda əlavə ödəniş yaranıb-yaranmadığı və yarandığı təqdirdə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği (bu pozisiya üzrə ayrılıqda), həmçinin dəyərinə sübhə yaranmış **********4864 sorğu nömrəli GB-nin 6-cı və 11-ci mal mövqeyindən bəyan edilmiş “İistall’’ markalı drel yükünün 1 ədədinin orta bazar qiyməti 25 manat olmaqla 1600 ədədinin qiyməti 40000 manat, “İistall" markalı laqonda yükünün 1 ədədinin orta bazar qiyməti 30 manat olmaqla 1500 ədədinin qiyməti 45000 manat, “İjstall” markalı perefarator yükünün 1 ədədinin orta bazar qiyməti 65 manat olmaqla 501 ədədinin qiyməti 32565 manat və “Marquis” markalı su nasosu üçün dəyişdirici açar yükünün 1 ədədinin orta bazar qiyməti 18 manat olmaqla 2400 ədədinin qiyməti 43200 manat qiymətləndirildiyi təqdirdə əlavə ödənişin yaranıb-yaranmadığı, yarandığı təqdirdə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Təhqiqat şöbəsinə məlumat verilməsi barədə raportla müraciət edilmiş və həmin raporta cavab olaraq Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/017628 nömrəli, xx.xx.2022-ci il tarixli raporta əsasən “X3 and Enqineerinq Group” MMC tərəfindən təqdim olunan **********4864 sorğu nömrəli GB ilə 5500 ədəd (qutu) qara metaldan mıxlar kimi bəyan edilmiş yüklərin faktiki olaraq stepler üçün iynələr yükü olduğu aşkar edildiyi və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 9/4790 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən üzərində “Balutu 200/6, 6 mm 1/14, 5000 Staples” yazılmış stepler üçün iynələr yükünün 1 qutusunun orta bazar qiyməti 1 manat olmaqla 500 qutunun qiyməti 500 manat, üzərində “Balutu 200/8, 8 mm, 5/16, 5000 Staples" yazılmış stepler üçün iynələr yükünün 1 qutusunun orta bazar qiyməti 1.05 manat olmaqla 3500 qutunun qiyməti 3675 manat, üzərində “Balutu” 200/10, 10 mm 3/8, 5000 steples" yazılmış stepler üçün iynələr yükünün 1 qutusunun orta bazar qiyməti 1.10 manat olmaqla 1500 qutusunun qiyməti 1650 manat olduğu halda gömrük bəyannaməsində bəyan olunan “Balutu 200/6, 6 mm 1/14, 5000 Staples” yazılmış stepler üçün iynələr yükünün 1 qutusunun orta bazar qiyməti 1 manat olmaqla 500 qutunun qiyməti 500 manat, üzərində “Balutu 200/8, 8 mm, 5/16, 5000 Staples” yazılmış stepler üçün iynələr yükünün 1 qutusunun orta bazar qiyməti 1.05 manat olmaqla 3500 qutunun qiyməti 3675 manat, üzərində “Balutu” 200/10, 10 mm 3/8, 5000 steples” yazılmış stepler üçün iynələr yükünün 1 qutusunun orta bazar qiyməti 1.10 manat olmaqla 1500 qutusunun qiyməti 1650 manat olduğu halda 166.82 AZN idxal gömrük rüsumu, 230.21 AZN əlavə dəyər vergisi, ümumilikdə 397.03 AZN əlavə ödəniləcək gömrük ödənişləri yaranmışdır. Həmçinin qiymətinə sübhə yaranmış **********4864 sorğu nömrəli GB-nin 6-cı və 11-ci mal mövqeyindən bəyan edilmiş “İjstall” markalı drel yükünün 1 ədədinin orta bazar qiyməti 25 manat olmaqla 1600 ədədinin qiyməti 40000 manat, “İjstall” markalı laqonda yükünün 1 ədədinin qiyməti orta bazar 30 manat olmaqla 1500 ədədinin qiyməti 45000 manat, “İjstall” markalı perefarator yükünün 1 ədədinin orta bazar qiyməti 65 manat olmaqla 501 ədədinin qiyməti 32565 manat olduğu təqdirdə 841.77 AZN idxal gömrük rüsumu, 3181.90 AZN əlavə dəyər vergisi, ümumilikdə 4023.67 AZN, həmçinin “Marquis” markalı su nasosu açarları yükünün 1 ədədinin orta bazar qiyməti 18 manat olmaqla 2400 ədədinin qiyməti 43200 manat qiymətləndirildiyi təqdirdə əlavə ödəniləcək gömrük ödənişləri 2041.36 AZN idxal gömrük rüsumu. 2817.08 AZN əlavə dəyər vergisi, ümumilikdə 4858.44 AZN əlavə ödəniləcək gömrük ödənişləri yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2022-ci il tarixli, 9/4790 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 7 adda malların ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 166590,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 24 iyun 2022-ci il tarixli, 34/020/013515 nömrəli raportdan görünür ki, Çin Xalq Respublikasından Şəxs MMC - nin ünvanına 42225185 nömrəli vaqonun üzərində olan SLVU ******* nömrəli konteynerdə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********4864 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən qarışıq yüklərə xx.xx.2022-ci il tarixdə “Abşeron” gömrük postunda gömrük baxışı keçirilmişdir. Gömrük baxışı zamanı gömrük bəyannaməsinin birinci mal mövqeyində “Qara metaldan mıxlar”, 110 yer brutto çəkisi 1783 kiloqram, netto çəkisi 1673 kiloqram olaraq bəyan edilən yükün faktiki olaraq stepler üçün iynələrə (500 qutu üzərində “Balutu 200/6, 6mm 1/14”, 5000 steples” yazılmış, 3500 qutu üzərində “Balutu 200/8, 8mm 5/16”, 5000 Staples” yazılmış,1500 qutu üzərində “Balutu 200/10, 10mm 3/8”, 5000 Staples” yazılmış) bənzər predmet olduğu aşkar olunmuşdur. Eyni zamanda sözügedən bəyannamənin altıncı mal (drel 130 yer 1600 ədəd İJSTALL markalı, Laqonda 225 yer 1500 ədəd İJSTALL markalı, Perefarator 167 yer 501 ədəd İJSTALL markalı)və on birinci mal (su nasosu üçün dəyişdirici açarlar200 yer 2400 ədəd MARQUİS markalı) mövqelərində bəyan edilmiş malların gömrük dəyərinin düzgünlüyü ilə bağlı Bakı Baş Gömrük idarəsinin Gömrük dəyərləndirilməsi və Risklərin idarə olunması şöbəsi tərəfindən təkrar yoxlanılma zamanı şübhələr yarandığından “Gömrük Tarifi” haqqında 13 iyun 2013-cü il tarixli 687 - İVQ nömrəli Azərbaycan Respublikası Qanuna əsasən göstərilən malların gömrük dəyərinin yenidən araşdırılmasına ehtiyac yaranmışdır. “Yoxlama haqqında” 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, gömrük baxışı zamanı **********4864 sorğu nömrəli gömrük bəyannaməsinin birinci mal mövqeyində “Qara metaldan mıxlar”, 110 yer brutto çəkisi 1783 kiloqram, netto çəkisi 1673 kiloqram olaraq bəyan edilən yükün faktiki olaraq stepler üçün iynələrə (500 qutu üzərində “Balutu 200/6, 6mm 1/14”, 5000 steples” yazılmış, 3500 qutu üzərində "Balutu 200/8, 8mm 5/16”, 5000 Staples” yazılmış, 1500 qutu üzərində "Balutu 200/10, 10mm 3/8”, 5000 Staples” yazılmış) bənzər predmet olduğu aşkar olunmuşdur. Eyni zamanda sözü gedən bəyannamənin altıncı mal (drel 130 yer 1600 ədəd İJSTALL markalı, Laqonda 225 yer 1500 ədəd İJSTALL markalı, Perefarator 167 yer 501 ədəd İJSTALL markalı)və on birinci mal (su nasosu üçün dəyişdirici açarlar 200 yer 2400 ədəd MARQUİS markalı) mövqelərində bəyan edilmiş malların gömrük dəyərinin düzgünlüyü ilə bağlı Bakı Baş Gömrük idarəsinin Gömrük dəyərləndirilməsi və Risklərin idarə olunması şöbəsi tərəfindən təkrar yoxlanılma zamanı şübhələr yarandığından “Gömrük Tarifi” haqqında 13 iyun 2013-cü il tarixli 687 - İVQ nömrəli Azərbaycan Respublikası Qanuna əsasən göstərilən malların gömrük dəyərinin yenidən araşdırılmasına ehtiyac yaranmışdır. 916924261, 916924258, 916924265, 916924263, 916924272, 916924269, 916924267, 916924256, 944799769, 944799772, 944799744, 944799776, ********* nömrəli qəbzlərdən görünür ki, Şəxs MMC tərəfindən müvafiq olaraq 16,95 AZN, 3211,72 AZN, 600,00 AZN, 32,40 AZN, 3,05 AZN, 28605,54 AZN, 180 AZN, 6366,50 AZN, 841,75 AZN, 2209,95 AZN, 5,40 AZN, 30,00 AZN, 6231,55 AZN ödəniş həyata keçirilmişdir. Həmçinin iş materiallarından müəyyən edilir ki, inzibati araşdırma zamanı sorğu-sual edilmiş barəsində icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikası vətəndaşı X7 izahatında bildirmişdir ki, MMC-nin ünvanına Çin Xalq Respublikasından sifariş edilmiş qarışıq yüklər 42225185 nömrəli vaqonla ölkə ərazisinə göndərilmiş və Bakı Bas Gömrük İdarəsində **********4864 sorğu nömrəli GB ilə bəyan edilmiş, sifariş olaraq stepler üçün iynələr, drel, laqunda prefarator və digər mallar sifariş edilmiş, lakin invoys sənədində 5500 qutu stepler üçün iynələr yükü mıx (nail) kimi göstərilmiş və şirkət tərəfindən də bəyannamədə bu səbəbdən də bu səkildə qeyd edilmiş, əslində yüklərinin stepler üçün iynələr olduğunu bilmiş, lakin qoşma edilmiş səkillərdə yüklərinin şəkilinin düzgün göstərilmiş, digər qiymətinə şübhə yaranmış malları isə invoys qiyməti əsasında bəyan etmişdir. Həmçinin izahatında əlavə ödəniş yaranacağı təqdirdə ödəmək niyyətində olduqlarını, düzgün bəyan edilməyən stepler üçün iynələr yükünü iş yekunlaşdıqdan sonra rəsmiləşdirmək niyyətində olduqlarını bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC-nin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2 və 505-ci maddələri ilə tövsif olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməl üzrə ilk dəfə məsuliyyətə cəlb olunmasını və inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə dövlət büdcəsinə köçürtdüyündən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 505-ci maddəsinə əsasən, gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. 505-ci maddənin “Qeyd” hissəsinə əsasən, 1. bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (5825 manat) 30 (otuz) faizi məbləğində, yəni 1747,5 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, həmçinin ekspertiza tədqiqatının dəyəri Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 31, 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (5825,0 manat) 30 (otuz) faizi məbləğində, yəni 1747,5 manat məbləğində cərimə edilsin. Ekspertiza tədqiqatının dəyəri 100,0 manat Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2547/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2547/2022
08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver