Məhkəmə qərarları › İş №3(005)-2557/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2557/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2557/2022 23.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Femida Vəkil Bürosunun vəkili X3 Zərərçəkmiş şəxs X5 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 23 avqust 2022-ci il tarixdə Bakı şəhər Nərimanov RPİ 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 232-1-ci maddələri ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 23 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda X5 mobil telefonunu qəsdən sındırmış, həmçinin X1 təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nin polis sahə inspektoru X4 çıxış edərək bildirmişdir ki, Nərimanov rayonu, Daş Karxanası 700 ünvanda yaşayan vətəndaşƏsədova Hüsniyyə Məhəmməd qızı xx.xx.2022-ci il tarixdə ərizə ilə Nərimanov RPİ-nin 17-ci PŞ-nə müraciət edərək bildirmişdir ki, həmin tarixdə saat təxminən 12:00 radələrində qızı Arzunun keçmiş əri Şəxs azyaşlı oğlu Toğrulu məcbur götürüb aparmış, Abbasova Arzunun mobil telefonunu qırmış və ünvanına təhqiredici ifadələr işlətmişdir. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclası zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək X5 telefonunu sındırmadığını, heç kimi təhqir etmədiyini bildirmiş və azyaşlı oğlu Toğrulun məhkəmə qərarı ilə özünün himayəsində olmasını qeyd edərək məcburi aparma halının olmadığını bildirdi. Qeyd edilənlərin yalan məlumat olduğunu bildirərək barəsində tərtib olunan inzibati protokol üzrə icraata xitam xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclas zalında izahat verərək, Şəxs tərəfindən telefonunun qırıldığını, özünün aparıb təmir etdirdiyini və 150 manat ziyan vurulduğunu qeyd etmiş, ziyanın vurulmasını təsdiq edən heç bir sənəd təqdim edə bilməmişdir. Eyni zamanda xalasının və digər qonşuların yanında onu təhqir etdiyini bildirərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlər düzgün şəkildə tərtib olunmamışdır. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdə, vurulmuş ziyan barədə protokolda qeyd edilməməsi və ziyanın məbləğini təsdiq edən sənədin göstərilməməsi, barəsində inzibati protokol tərtib olunan şəxs və zərərçəkmiş şəxs tərəfindən həmin vaxt şahidlərin olması bildirilsə də, protokolda heç bir şahidin qeyd edilməməsi, ictimai qaydanı pozan xırda xuliqanlıq etməsi ilə bağlı heç bir şahidin ifadəsinin olmaması səbəbindən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli Şəxs barəsində İXM-in 510 və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində İXM-in 510 və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə geri qaytarılsın. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar