Məhkəmə qərarları › İş №3(005)-2569/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2569/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2569/2023 23.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri Nizami rayonu A.Mirzəyev küçəsi ev 51A qeydiyyatda olan Nərimanov rayonu Ə.Əlizadə 29 mənzil 12-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş 23 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, F.X.Xoyski küçəsində ucadan nalayiq ifadələr işlədib söyüşlər söymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş 23 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Barəsində inzibati icraat aparılan Şəxs eyni vaxtlarda törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 22 avqust 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin sahə inspektoru X2 bildirmişdir ki, polis əməkdaşları tərəfindən xidmət aparılan zamanı xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, F.X.Xoyski küçəsində “Mercedes” markalı, **- AR-*** dövlət qeydiyyat nişanlı avtomobildə bir nəfər vətəndaşın təhlükəsizlik kəmərindən isitfadə etmədiyini və həmçinin dönmə işiqlarını yandırmadığını görmüş və ona saxla əmri verilmişdir. İlkin olaraq sürücü saxlamaq istəməmiş, daha sonra isə polis əməkdaşlarının dəfələrlə israrından sonra Sürücü Şəxs idarə etdiyi avtomobili saxladıqda polis əməkdaşları ona törətmiş olduğu qayda pozuntusunu bildirmiş, lakin Şəxs öz növbəsində pozuntularla razılaşmamış, daha sonra avtomobildən düşərək, xidməti avtomobildə əyləşmiş polis əməkdaşına yaxınlaşaraq uca səslə qeyri nalayiq ifadələr işlətmişdir. Daha sonra polis əməkdaşları Şəxs intizama dəvət etsələrdə o, polis əməkdaşları ilə mübahisə etməyə davam etmişdir. Göstərilənlər nəzərə alınaraq Şəxs barəsində tərtib olunan protokol üzrə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyək izahatında göstərmişdir ki, hadisə günü Gənclik ticarət mərkəzindən ailəsi ilə birlikdə idarə etdiyi “Mercedes” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə evlərinə getmək üçün yola düşmüş, Nərimanov rayonu, F.X.Xoyski küçəsində çıxdıqda sola dönmə işıqlarını yandıraraq arxadan gələn avtomobilləri buraxıb yola davam etmişdir. Bu zaman arxadan mənə yaxınlaşmaq istəyən polis əməkdaşının avtomobilini müşahidə etmiş, polis avtomobili F.X.Xoyski küçəsində yeraltı keçidindən keçərkən əvvəlcə sağ tərəfi ilə onun yanından hərəkət edərək sonra isə sola keçmiş və onunla avtomobili yan-yana sürmüşdür. Daha sonra isə arxası ilə 500-600 metr gəldikdən sonra Gloria gül mağazasının qarşısında saxlamış və avtomobildən enmişdir. Polis əməkdaşının avtomobilinə yaxınlaşmış daha sonra isə sənədlərini onlara təqdim etmişdir. Bundan sonra isə polis əməkdaşına onu saxlamaq səbəbini soruşduqda polis əməkdaşı ona təhlükəsizlik kəmərindən istifadə etmədiyini və həmçinin dönmə işıqlarını yandırmadığı səbəbi ilə saxlanıldığını bildirmişdir. O, isə bu halın mövcud olmadığını və bütün tələbləri yerinə yetirdiyini bildirmişdir. Danışıqları qısa zaman içərisində mühabisəyə çevrilmiş, əsəbləşdiyi üçün əsəblərini cilovlaya bilməmiş və avtomobilin içərisində əyləşmiş polis əməkdaşına yaxınlaşmış və öz ünvanına nalayiq ifadə işlətmişdir. Həmin an digər polis əməkdaşı ona əsəbi şəkildə yaxınlaşaraq kəmərindən tutmuş o, isə kənara çəkilməyə cəhd etmişdir. Mübahisə çox böyüdüyündən ətrafa digər polis əməkdaşları cəlb edilmişdir. Qeyd olunanların nəzərə alınmasını və ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhəkmə iclasında şahid qismində dindirilən X6 İdarəsinin əməkdaşı X3 bildirmişdir ki, xidməti zamanı xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, F.X.Xoyski küçəsində “Mercedes” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobildə bir nəfər vətəndaşın təhlükəsizlik kəmərindən istifadə etmədiyini və həmçinin dönmə işıqlarını yandırmadığını görmüş və ona saxla əmri verilmişdir. Şəxs avtomobili saxlamamış, daha sonra isə onların dəfələrlə israrından sonra Sürücü Şəxs idarə etdiyi avtomobili saxladıqda polis əməkdaşları ona törətmiş olduğu qayda pozuntusunu bildirmiş, lakin Şəxs qayda pozuntusu törətmədiyini, bununla razılaşmadığını bildirmiş, daha sonra avtomobilindən düşərək, digər polis əməkdaşına yaxınlaşmış uca səslə nalayiq ifadələr işlətmişdir. Daha sonra isə əraziyə digər polis əməkdaşları yaxınlaşmış və ona cəmiyyət içərinsə bu ifadələrdən istifadə edilməməsi bildirilmişdir. Bu zaman isə İlkin sakitləşməmiş və polis əməkdaşlarına əl qol atamağa başlayaraq bir polis əməkdaşını itələmişdir. Daha sonra isə şəxsi polis idarəsinı aparmışlar və orada barəsində inzibati protokol tərtib etmişdirlər. Məhəkmə iclasında şahid qismində dindirilən X6 İdarəsinin əməkdaşı Əziz-zadə Məmmədəli Böyükağa oğlu bildirmişdir ki, xidməti zamanı xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, F.X.Xoyski küçəsində “Mercedes” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobildə bir nəfər vətəndaşın təhlükəsizlik kəmərindən istifadə etmədiyini və həmçinin dönmə işıqlarını yandırmadığını görmüş və ona saxla əmri verilmişdir. İlkin olaraq sürücü saxlamaq istəməmiş, daha sonra isə onların dəfələrlə israrından sonra Sürücü Şəxs idarə etdiyi avtomobili saxladıqda polis əməkdaşları ona törətmiş olduğu qayda pozuntusunu bildirmiş, lakin İlkin pozuntu törətməsi ilə razılaşmamış, daha sonra avtomobildən enərək avtomobildə eyləşdiyi üçün avtomobilə yaxınlaşmışvə nalayiq ifadələr işlətmişdir. Dəfələrlə ictimai qaydaya riayət etməli olduğu bildirilsə də mübahisəni davam etdirmişdir. Daha sonra əraziyə yaxınlaşan polis əməkdaşları ilə birlikdə idarəyə aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 23 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:30-da inzibati qaydada tutulmuşdur. İş materallarına əlavə edilmiş DVD disklərdən də müşahidə olunur ki, Şəxs ilə polis əməkdaşları arasında mühabisə yaşanmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün qismən etirafedici izahatından başqa, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddələrinə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokolları nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, barəsində protokol tərtib edilən Şəxs özünün qismən etirafedici ifadəsi, işə əlavə edilmiş DVD disk görüntüləri və şahid ifadələrindən də aydın olur ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, ictimai yerdə nalayiq ifadələr işlətmiş, ictimai qaydaya riayət etməsi barədə xəbərdar edilməsinə baxmayaraq mübahisəyə davam etmişdir. Məhkəmə hesab edir ki, İXM-nin 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu vaxtdan xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 23 avqust 2023-cü il tarixdən saat 00:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar