Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-258/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Şəxs direktoru X4 nümayəndəsi və Vəkil, Zərərçəkmiş şəxs nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin rəhbəri X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 Bakı şəhəri ünvan 30-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs MMC-nin rəhbəri X7 barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli 20 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri ünvan 30-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 1 ünvanında Şəxs MMC tərəfindən tikinti işlərinin aparılması cavabdeh Şəxs MMC-yə qadağan edilmişdir. Lakin icra məmurunun qanuni tələbinə Şəxs MMC-nin rəhbəri X7 tərəfindən əməl edilməmişdir. Borclu MMC-nin rəhbəri X7 icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı şəhəri ünvan 30-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 1 ünvanında Şəxs MMC tərəfindən tikinti işlərinin aparılması cavabdeh Şəxs MMC-yə qadağan edilmişdir.İcra sənədi Nərimanov rayon icra və probasiya şöbəsinin icraatına 10.07.2020-ci il tarixdə daxil olmuş, həmin tarixdə icra olunması üçün borcluya, məlumat üçün tələbkar və müvafiq məhkəməyə göndərilmişdir. Sözügedən icra sənədinin icrasını təmin etmək üçün 13.07.2020-ci ildə tikinti işlərinin qadağan edildiyi Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 1 ünvanında Şəxs MMC tərəfindən tikinti işlərinin aparılmadığı, göstərilən tarixdə Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 1 ünvanında, borclu hüquqi şəxs Şəxs MMC tərəfindənZərərçəkmiş şəxs məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 1 ünvanında Şəxs MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın real vəziyyətinin 2 mərtəbə q/y+3 mərtəbə y/s (cəmi 5 mərtəbə) və dördüncü mərtəbənin dəmir beton sütunlarının və taxta konstruksiyalarının (beton tökmək üçün) qoyulduğu müəyyən edilərək çəkiliş aparılmış və bu barədə müvafiq akt tərtib edilmişdir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs müraciəti əsasında növbəti dəfə 20.07.2020-ci ildə tikinti işlərinin qadağan edildiyi Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 1 ünvanında olan zaman, 13.07.2020-ci il tarixlə müqayisədə Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 1 ünvanında borclu Şəxs MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın 2 mərtəbə q/y+3 mərtəbə y/s və üçüncü mərtəbənin üzərində inşa edilməkdə olan 4-cü mərtəbənin (cəmi 6 mərtəbə) taxta konsturksiyaları vasitəsi ilə tavanında beton tökülməsi üçün hazır vəziyyətə gətirildiyi və həmin an orada fəhlələrin işlədiyi, bununla da Nərimanov rayonu, Təbriz küçəsi 34 ünvanında Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 1 ünvanında Şəxs MMC tərəfindən tikinti işlərinin aparıldığı nüəyyən edilməklə çəkiliş aparılmaqla müvafiq akt tərtib edilmişdir. Tərtib edilmiş 20.07.2020-ci il tarixli aktla razılaşmayan Şəxs MMC-nin rəhbəri X7 həmin aktı imzalamaqdan imtina etmiş, hal hazırda aparılan tikinti işlərinin Nərimanov rayonu, Təbriz küçəsi 34 ünvanına aidiyyəti olmadığını və aparılan tikinti işlərinin ünvan 2 ünvanında getdiyini, bundan əlavə ünvan 30-ci il tarixli icra sənədindən şikayət verdiklərini bildirmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1339/2020 saylı 05 avqust 2020-ci il tarixli qərarı ilə Şəxs MMC-nin rəhbəri X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törtəməkdə təqsirli bilinmiş və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1438/2020 saylı 16.09.2020-ci il tarixli qərarı ilə Şəxs MMC-nin direktoru X4 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətlər qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1339/2020 saylı 05 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1339/2020 saylı 09 oktyabr 2020-ci il tarixli qərarı ilə Şəxs MMC-nin rəhbəri X5 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2042/2020 saylı 19.11.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1339/2020 saylı 09 oktyabr 2020ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-258/2021 saylı 29 yanvar 2021-ci il tarixli qərarı ilə Şəxs MMC-nin rəhbəri X4 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-581/2021 saylı 17 mart 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanar 2021-ci il tarixli qərarı da ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılıb araşdırılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərarda göstərilmişdir ki, Bakı Apelyasiya Məhkəməsi bu iş üzrə iki dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarını ləğv etmiş və birinci instansiya məhkəməsinin qarşısında işin hallarının yenidən araşdırılması ilə bağlı tələblər qoymuş, lakin həmin tələblər tam yerinə yetirilməmiş və iş materialları tam araşdırılmamışdır. 25 sentyabr 2020-ci il tarixdə icra məmurunun qərarına əsasən mütəxəssislər həmin yaşayış sahəsinə dəvət olunmuş və mütəxəssislərn iştirakı ilə tərtib edilmiş aktda hal-hazırda ünvan 4 ünvanında Zərərçəkmiş şəxs Mutuza oğluna məxsus ümumi sahəsi 118,4 kv.m olan yaşayış sahəsinə (B tikilisi) münasibətdə aparılmadığı göstərilmişdir. Bu səbəbdən ünvan 4 ünvanında Zərərçəkmiş şəxs Mutuza oğluna məxsus ümumi sahəsi 118,4 kv.m olan yaşayış sahəsində (B tikilisi) tikilinin aparılıb-aparılmamasını müəyyən etmək üçün həmin sahəyə tikinti işlərinə nəzarət edən və səlahiyyətli mütəxəssislərin dəvət edilməsi məqsədəmüvafiqdir. Odur ki, bu hallar araşdırılmadan obyektiv qərar qəbul edilməsi mümkün deyildir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 Şəxs direktoru X4 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Şəxs direktoru X4 nümayəndəsi və Vəkil izahatında göstərdi ki, icra məmuru tərəfindən şəxsin barəsində protokol əsassız olaraq tərtib edilmişdir. Protokolun tərtib edilməsinə əsas olmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2254/2020 saylı (hazırki yeni nömrə 2(005)-189/2021) 08 iyul 2020-ci il tarixli qərardadı əsasında olmuşdur. Sonradan həmin iş üzrə ekspertiza keçirilmiş və mütəxəssis rəyi məhkəməyə daxil olmuşdur. Həm ekspert rəyi, həm də mütəxəssis rəyindən görünür ki, ünvan 4 ünvanında Zərərçəkmiş şəxs Mutuza oğluna məxsus ümumi sahəsi 118,4 kv.m olan yaşayış sahəsində (B tikilisi) tikinti işləri aparılmır. Ümumiyyətlə Zərərçəkmiş şəxs Mutuza oğlunun əmlakına ziyan da dəyməmişdir. Məhkəmə tərəfindən mübahisəli sahəyə baxış da keçirilmişdir. Ekspert və mütəxəssis rəyləri inzibati xəta tərkibinin olmamasına tam əsas verir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X2 Şəxs MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhəri ünvan 30-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 1 ünvanında Şəxs MMC tərəfindən tikinti işlərinin aparılması cavabdeh Şəxs MMC-yə qadağan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi 13/256 hissədə Zərərçəkmiş şəxs xüsusi mülkiyyətindədir. Bu 26.09.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 12116 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 11 iyun 2021-ci il tarixli məhkəmənin yerli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs da iştirakı ilə Şəxs MMC tərəfindən tikinitinin aparıldığı ünvanda yerli baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, giriş hissədən təxminən 1,5-2 metr məsafədə Zərərçəkmiş şəxsan məxsus sahədə Şəxs MMC tərəfindən tikinti işləri aparılmışdır. Eyni zamanda Şəxs MMC tərəfindən həmin ünvanda aparılan tikinti işlərinin Bakı şhəəri, Nərimanov rayonu, Təbriz küçəsi 34 ünvanında Zərərçəkmiş şəxs məxsus olan “A” və “B” tikililərinə aid sahədə olmasının dəqiqləşdirilməsi üçün mütəxəssis rəyinə zərurət olması müəyyən edilmişdir. Bu səbəbdən mütəxəssis rəyinin verilməsi məqsədilə işin baxılması 08 iyul 2021-ci il tarixə təxirə salınmış və yerli baxış zamanı tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********45 nömrəli 06 iyul 2021-i il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 23,25,27, Əliağa Vahid küçəsi 14,16, Təbriz küçəsi 38,36 ünvanlarında Təbriz küçəsi 34 ünvanının 1 hissəsində (digər hissəsində baxış zamanı təqdim edilən iddiaçı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi yerləşir) yerləşən daşınmaz əmlak obyektləri sökülmüş və qeyd edilən həmin ünvanlarda Şəxs MMC tərəfindən çoxmərtəbəli yaşayış binaları inşa edilmişdir. İş materiallarında olan Nərimanov Rayon icra və probasiya şöbəsinin 24.09.2020-ci il tarixli qərarından görünür ki, ünvan 30-ci il tarixli icra sənədinin icrası məqsədi ilə mütəxəssislər dəvət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli 10/3941 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ünvanında iddiaçı Zərərçəkmiş şəxs məxsus yaşayış evinin üzərində çatların olduğu müəyyən edilmişdir. Lakin evin köhnə tikili (uzun müddət istismarda) olduğunu və baxış zamanı konstruktiv elemnetlərə bilavasitə təsir göstərə bilən faktorlar (mexaniki zərbə, vibrasiya və s.) olmadığına görə həmin çatların Şəxs MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində aparılan tikinti işləri nəticəsində yaranıb-yaranmamısını müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində cavabdeh Şəxs MMC tərəfindən inşa edilmiş hündür mərtəbəli yaşayış kompleksi ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ünvanında iddiaçı Zərərçəkmiş şəxs məxsus yaşayış evi arasında aras məsafəsinin 1,25 m təşkil etdiyini nəzərə aldıqda Şəxs MMC tərəfindən hündür mərtəbəli yaşayış evinin inşasının Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci, 69.4-ü maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır: Məhkəmə inzibati xəta haqqında protokolu, işdə iştirak edən şəxslərin izahatlarını və mütəxəssisin rəyini və inzibati protokolun tərtib olunmasına əsas olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2254/2020 saylı (hazırki yeni nömrə 2(005)- 189/2021) mülki iş üzrə 03 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli 10/3941 saylı ekspert rəyini iş materiallarında olan digər sübutlarla yanaşı qiymətləndirib hesab edir ki, Şəxs MMC-nin direktoru X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, yuxarıda qeyd edilən apellyasiya instansiya məhkəməsinin qərarında qeyd etdiyi halları məhkəmə nəzərə alaraq 03 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında hazırki inzibati protokolun tərtib olunmasına əsas olmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2254/2020 saylı (hazırki yeni nömrə 2(005)-189/2021) 08 iyul 2020-ci il tarixli qərardadının icrası ilə əlaqədar mübahisəli əraziyə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin və işdə iştirak edən şəxslərin iştirakı ilə yerli baxışın keçirilməsi 11 iyun 2021-ci il tarixə saat 14:30-a təyin edilmiş, məhkəmə tərəfindən mütəxəssislər də dəvət olunmaqla yerli baxış keçirilmiş və mütəxəssis rəyinin verilməsi üçün işin baxılması 08 iyul 2021-ci il tarixə təyin edilmiş, tərəflər növbəti məhkəmə iclasının vaxtı və yeri barədə bildirişə imzalamaqla məlumatlandırılmışdır. Həmin yerli baxışın nəticəsində və hazırki inzibati protokolun tərtib olunmasına əsas olmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2254/2020 saylı (hazırki yeni nömrə 2(005)-189/2021) mülki iş üzrə 06 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********45 nömrəli 06 iyul 2021-i il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, borclu Şəxs MMC-nin inşaat işləri Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 23,25,27, Əliağa Vahid küçəsi 14,16, Təbriz küçəsi 38,36 ünvanlarında Təbriz küçəsi 34 ünvanının 1 hissəsində (iddiaçı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi yerləşdiyi hissə istisna olmaqla) aparılır. Bundan başqa hazırki inzibati protokolun tərtib olunmasına əsas olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2254/2020 saylı (hazırki yeni nömrə 2(005)- 189/2021) mülki iş üzrə 03 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli 10/3941 saylı ekspert rəyinin hazırki iş materiallarına əlavə edilmiş surətindən aydın olur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ünvanında iddiaçı Zərərçəkmiş şəxs məxsus yaşayış evinin üzərində çatların olduğu müəyyən edilmişdir. Lakin evin köhnə tikili (uzun müddət istismarda) olduğunu və baxış zamanı konstruktiv elemnetlərə bilavasitə təsir göstərə bilən faktorlar (mexaniki zərbə, vibrasiya və s.) olmadığına görə həmin çatların Şəxs MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində aparılan tikinti işləri nəticəsində yaranıb-yaranmamısını müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində cavabdeh Şəxs MMC tərəfindən inşa edilmiş hündür mərtəbəli yaşayış kompleksi ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ünvanında iddiaçı Zərərçəkmiş şəxs məxsus yaşayış evi arasında aras məsafəsinin 1,25 m təşkil etdiyini nəzərə aldıqda Şəxs MMC tərəfindən hündür mərtəbəli yaşayış evinin inşasının Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci, 69.4-ü maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz icra etməməlidir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan Nərimanov rayon Məhkəməsinin 2(005)-2254/2020 (cari nömrə 2(005)-189/2021) saylı 08.07.2020-ci il tarixli icra sənədi üzrə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 1 ünvanında Şəxs MMC tərəfindən tikinti işləri aparılmadığından MMC-nin rəhbəri X4 icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi faktı mövcud deyildir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin direktoru X4 əməlində onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8,53,109, 114,115, 129-131-ci maddələrini rəhbər tutaraq , məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2254/2020 (cari nömrə 2(005)189/2021) saylı 08.07.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şəxs MMC-nin direktoru X4 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №3(005)-258/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-258/2021
08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver