Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2580/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin Əməliyyat və X3 bölməsinin rəisi X1 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 00700-0177/22 nömrəli, 23 avqust 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ölkə ərazisinə Rusiya Federasiyasından 94414570 nömrəli vaqonla idxal etdiyi “yastı prokat” yükünü Sumqayıt Baş Gömrük İdarəsində **********1156 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduranda rəsmiləşdirilmişdir. Şəxs MMC xx.xx.2022-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə 94414570 nömrəli vaqonla qeydiyyat nişanlı avtomaşınla ünvanına daxil olmuş yüklərə dair əvvəlcədən tərtib edilərək gömrük orqanına elektron qaydada verildiyi **********7318 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsində invoys sənədinin nömrəsini 23994790 kimi bəyan etməli olduğu halda “1444275” rus rubulu kimi bəyan etməklə gömrük orqanına təhrif olunmuş məlumatlar verdiyi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli raporta əsasən, Şəxs MMC-nin adına **********03283 saylı barkodla Rusiya Federasiyasından 94414570 nömrəli vaqonda aşqarlanmamış poladdan isti yayılmış yastı prokat yükü ölkə ərazisinə idxal olmuş və **********1156 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Belə ki, qeyd olunan yükə aid **********7318 saylı qısa idxal bəyannaməsinin yoxlanması zamanı müəyyən edilmişdir ki, idxal olunan yükün invoyslarından biri 23994790 nömrəli invoys olduğu halda bəyannaməçi tərəfindən qısa idxal bəyannaməsində səhvən 23994863 nömrəli invoys əlavə etmişdir. İş materiallarında olan “MET-AK MMC-nin nümayəndəsi X2 izahatından görünür ki, “MET-AK MMC-nin ünvanına Rusiya Federasiyasından “94414570” nömrəli vaqonla idxal etdiyi “yastı prokat” yükü 17 avqust 2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçərək Azərbaycan Respublikasına daxil olmuş və **********1156 sorğu nömrəli gömrük bəyannaməsi ilə Sumqayıt Baş Gömrük İdarəsində bəyan edilmişdir. Həmin yüklərə dair əvvəlcədən **********7318 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edərək gömrük orqanına veriblər. Qısa idxal bəyannaməsində malların ümumi invoys dəyəri və invoys nömrəsi səhv qeyd edilmişdir. Buna səbəb kimi göstərib ki, malları göndərən şirkət əvvəlcə vaqonda olan mallara dair digər invoys göndərmişdir, qısa idxal bəyannaməsidə həmin invoysda göstərilən məlumatlar yazılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 485.1 maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə və ya görük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatların verilməsinə, yaxud malların və nəqliyyat vasiələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə -vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğində, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs MMC-nin adına **********03283 saylı barkodla Rusiya Federasiyasından 94414570 nömrəli vaqonda aşqarlanmamış poladdan isti yayılmış yastı prokat yükü ölkə ərazisinə idxal olmuş və **********1156 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Belə ki, qeyd olunan yükə aid **********7318 saylı qısa idxal bəyannaməsinin yoxlanması zamanı müəyyən edilmişdir ki, idxal olunan yükün invoyslarından biri 23994790 nömrəli invoys olduğu halda bəyannaməçi tərəfindən qısa idxal bəyannaməsində səhvən 23994863 nömrəli invoys əlavə etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 485.1 maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.1 maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2580/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2580/2022
06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver