Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2583/2024 05.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, X1 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Reklam Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X1 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, X1 şikayət ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Reklam Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəməyə təqdim edilmiş şikayət ərizəsi şikayət vermiş şəxs, yəni X1 tərəfindən imzalanmamışdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixə məhkəmə iclası təyin edilmiş, daha sonra şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən xx.xx.2024-cü il tarixə təxir edilmişdir. Lakin buna baxmayaraq şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən işə baxarkən həmin natamamlığı aradan qaldırmaq mümkün olmamışdır. Qeyd olunanlardan əlavə məhkəmə həmçinin qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayət vermiş şəxsə geri qaytarılsın. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2583/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2583/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver