Məhkəmə qərarları › İş №3(005)-2584/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2584/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2584/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 528.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5013/2021 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2124/2022 saylı, xx.xx.2022-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-5006/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri icra edilməmişdir. Nəticədə Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5013/2021 nömrəli, 21,02.2022-ci il tarixli icra sənədi üzrə "xxxx" MMC-nin 22 nömrəli, xx.xx.2021-ci il tarixli əmri ləğv edilməli və Zərərçəkmiş şəxs3 əvvəlki vəzifəsinə bərpa olunmalıdır. "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs3 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək ödənilməmiş əmək haqqı və məcburi iş buraxma müddəti üçün əmək haqqı və istifadə olunmamış məzuniyyətə görə pul ödənilməlidir. "xxxx" MMC-dən vəkilin göstərdiyi yardıma görə 110 manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat dövlət rüsumu Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməli və "xxxx" MMC-dən əlavə olaraq 50 manat həcmində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5006/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aylar üçün ödənilməmiş əmək haqqının və işdən çıxmağı ilə əlaqədar son haqq-hesabların ( məzuniyyət və.s) hesablanaraq X1 ödənilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2124/2022-013 nömrəli, 14.11,2022-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs1 "xxxx" MMC-dən Əmək Məcəlləsinin 68.2ci maddəsinin “A” bəndi ilə azad olunmasına dair xx.xx.2021-ci il tarixli əmr ləğv edilməli, Zərərçəkmiş şəxs1 "xxxx" MMC-də əvvəlki işinə bərpa edilməli, "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs1 məcburi iş buraxma müddəti üçün əmək haqqısı və məzuniyyət haqqısı hesablanaq ödənilməli, mülki iş üzrə mediasiya görə ödənilmiş olan 50 (əlli) manat rüsumun əvəzi "xxxx" MMC-dən Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalı, Zərərçəkmiş şəxs1 "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2021-ci il tarixədək əmək haqqı və məzuniyyət haqqı hesablanaraq ödənilməlidir. İcra sənədləri xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Zamiq Kazımovun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun ünvanına, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən “Shamsaddin" MMC-nin rəhbəri X5 Azərbaycan Respublikası inzibatı Xətalar Məcəllısnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-238/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" MMC-nin rəhbəri X6 Azərbaycan Respublikası inzibatı Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutlan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat inzibati cərimə edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-1526/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" MMC-nin rəhbəri X2 hərəkətlərində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının cavabına əsasən hər gecikdirilmiş iş gününə görə X1 41.389,50 manat məbləğində ödəniş, Zərərçəkmiş şəxs3 161829,00 manat məbləğində ödəniş və Zərərçəkmiş şəxs1 63476,60 manat məbləğində ödənişin verilməsi hesablanmışdır. Aparılmış hesablanma ilə bağlı audit xidmətinin ödəniş tapşırığına əsasən 9.130 manat məbləğində pul Azərbaycan Respublikası Auditorlar Palatasına ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin 3(005)-3414/24 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" MMC-nin rəhbəri X2 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Borclu “Shamsaddin" MMC-nin rəhbəri X3 icra sənədlərinin icra edilməsi barədə xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə xəbərdarlıq göndərilmişdir. EMİS-dən əldə olunan çıxarışa əsasən Şəxs Azərbaycan Respublikası DGK-nin “Azərterminalkompleks” Birliyində sürücü vəzifəsində işləyir, onun "xxxx" MMC-nin direktoru olması barədə məlumat yoxdur. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nəticənin əsasları: Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 106-cı maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilməlidir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “Shamsaddin" MMC-nin rəhbəri Şəxs tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5013/2021 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2124/2022 saylı, xx.xx.2022-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-5006/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri icra edilməmişdir. EMİS-dən əldə olunan çıxarışa əsasən Şəxs Azərbaycan Respublikası DGK-nin “Azərterminalkompleks” Birliyində sürücü vəzifəsində işləyir, onun "xxxx" MMC-nin direktoru olması barədə məlumatın olmadığı müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs “Shamsaddin" MMC-nin rəhbəri olmasına dair heç bir sənəd inzibati xəta haqqında iş materiallarında mövcud deyildir. Habelə inzibati xəta haqqında iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas inzibati xəta haqqında iş materiallarında öz əksini tapmamışdır. Hazırkı halda iş materiallarındakı qeyd olunan natamamlıq Şəxs inzibati xətanın subyekti olub-olmamasının məhkəmə tərəfindən müəyyən edilməsində çətinlik yaradır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdim edilmiş materialların natamam olması işə baxılarkən tamamlanmasının mümkün olmaması səbəbindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsinə geri qaytarılsın. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar