Məhkəmə qərarları › İş №3(005)-2586/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2586/2022

09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2586/2022 09.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X1 Şəxs MMC-nin nümayəndəsi Sadıqov Mirsadiq oğlunun iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 389-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Statistika İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 389-cu maddəsi ilə MN seriyalı ******* nömrəli, 22 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən 2022-ci ilin (rüblük) 12-ci xidmət (xidmətlərin göatərilməsi, malların istehsal və təqdim edilməsi və işlərin yerinə yetirilməsi) hesabatı 2-ci rüb üzrə iyul ayının 20-dək təqdim edilməli olduğu halda təqdim edilməmiş və inzibati xəta hadisəsi 2022-ci ilin iyul ayının 21-i tarixində törətməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, həmin müəssisəyə dəfələrlə sorğu göndərilmiş və 2022-ci ilin (rüblük) 12-ci xidmət (xidmətlərin göatərilməsi, malların istehsal və təqdim edilməsi və işlərin yerinə yetirilməsi) hesabatı 2-ci rüb üzrə iyul ayının 20-dək təqdim edilməli olduğu halda təqdim edilməsi tələb edilməyinə baxmayaraq müəssisə heç bir hesabat təqdim etməmişdir. Bununa bağlı müvafiq sənədi məhkəməyə təqdim etmiş, iş materialları üzrə tərtib etdiyi protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Sadıqov Mirsadiq oğlu bildirmişdir ki, onlara ilik (rüblük) 12-ci xidmət (xidmətlərin göatərilməsi, malların istehsal və təqdim edilməsi və işlərin yerinə yetirilməsi) hesabatın 2-ci rüb üzrə iyul ayının 20-dək təqdim edilməsi barədə heç bir xəbərdarlıq və məlumat verilməmişdir. Tərtib olunmuş protokol üzrə inzibati işə dair icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər Statistika İdarəsi tərəfindən Şəxs MMC-yə hesabat məlumatlarının təqdim edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Statistika İdarəsinə dəvət edilmiş, gəlmədiyi təqdirdə barəsinə inzibati tənbeh tətbiq etmə ilə bağlı tədbirlər görüləcəyi qeyd edilmişdir. Məktubun göndərilməsi ilə bağlı poçt qəbzləri də məhkəməyə təqdim olunmuşdur. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC barəsində İXM-in 389-cu maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar