Məhkəmə qərarları › İş №3(005)-2596/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2596/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2596/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Abdurahmnalı Pınar Zakir qızının katibliyi, Əmək və X7 Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Anar Məmmədovun, Şikayət vermiş şəxs X5 vəkili “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, X10 Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 Azərbaycan Respublikasınən Əmək və X7 Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib olunmuş ******* nömrəli inzibati xəta haqqında qərarına əsasən X10 vətəndaşlar X8, X6 və X2 xx.xx.2024-cü il tarixdən bu günkü tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, AR İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 3000 manat məbləğində cərimə olunmuşdur. İnzibati icraat qanun pozuntularına yol verilməsilə aparılmışdır. Həmin şəxslərlə X10 arasında əmək münasibətlərinin yaranması öz təsdiqini tapmır. Belə ki, X10 “X13” MMC-in direktoru vəzifəsində işləyir. Onun rəhbərlik etdiyi “X13” MMC digər şirkətlərlə submüqavilələr bağlayır və fəaliyyətini bu şəkildə həyata keçirir. Həmin şirkətlərin işçiləri üçün portaldan icazəni isə X13” MMC alır. X8 “X13” MMC-in işçisi deyildir. X8 üçün xx.xx.2024-cü il tarixdə icazə alındıqdan və müayinə keçdikdən sonra o, imtina etmişdir. Daha sonra “X13” MMC xx.xx.2024-cü il tarixdə ANAMA-ya məktub yazaraq X3 icazəsinin ləğv edilməsini xahiş etmişdir. “X13” MMC ANAMA vasitəsi ilə müraciət edilir. “X13" MMC-in ANAMA-ya müraciət ediyi halda X3 icazəsinin ləğv edilməməsi onun məsuliyyətinə səbəb ola bilməz. Bundan başqa qeyd etmək lazımdır ki, X6 və X1 işəgötürənləri "xxxx" MMC-dir. “X13” MMC "xxxx" MMC ilə 01 fevral 2022-ci il tarixdə xidmət müqaviləsi bağlamışdır. "xxxx" MMC üçün “Qaya Safety” Solutions işçiləri portaldan keçirmişdir. X6 və X4 "xxxx" MMC-nin işçiləri olmuşdur. Həmin işçilərin əmək müqavilərinə xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. "xxxx" MMC bu barədə “X13” MMC-ni məlumatlandırmamışdır. Yəni həmin şəxslərin portaldan icazələrinin ləğv olunma səbəbi "xxxx" MMC ilə bağlıdır. X4 və X6 “X13” MMCdə işləmirlər. Həmin şəxslərin işlədikləri müəssisə və işəgötürənləri "xxxx" MMC-dir. Bu, iş matireallarına əlavə olunan əmək müqaviləsininbağlanması haqqında və əmək müqaviləsinə xitam verilməsi haqqında həmin şəxslərin əmək müqaviləsi bildirişlərində də öz təsdiqini tapır. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin üzərinə düşür. Göründüyü kimi ******* nömrəli inzibati xəta haqqında qərar üç şəxsin- X8, X6 və X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə əsaslandırılır. Lakin həmin şəxslərin “X13” Məhdud Məsuliyyətli Cəmiyyətində işləmədiklərini, onlardan X6 və X1 işəgötürənlərinin "xxxx" MMC olduğunu, X3 isə əmək fəaliyyətindən imtina etdiyini, həmin şəxslərlə “X13” MMC, o cümlədən X10 arasında əmək münasibətlərinin mövcud olması sübuta yetmədiyini nəzərə alsaq, ******* nömrəli inzibati xəta haqqında qərar əsassızdır. Buna görə də X10 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər X8, X6 və X1 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetmədiyindən, X10 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında ******* nömrəli qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X5 vəkili Vəkil şikayətin məzmununa uyğun çıxış edərək Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarın qanunsuz və əsassız olduğunu bildirmiş, ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Anar Məmmədov çıxış edərək, qərarın Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında qəbul edildiyini, Qərarda adları göstərilən şəxslərin Qarabağ ərazisində işlərə cəlb edilməsi üçün iş icazəsinin “X13” MMC tərəfindən alındığını söyləmişdir. Buna görə də qərarın qanuni olduğunu bildirərək şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 (üç min) manat miqdarında şərti cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli X5 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X10 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Bundan başqa X9 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdin edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyə kəsb edən bütün faktiki hallar, yəni X10 tərəfindən qərarda adları qeyd edinən şəxslərin həqiqətən qeyd edilən işğaldan azad edilmiş rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəl olunub-olunmamalarını araşdırmamışdır. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X10 barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı nzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X10 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X10 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X5 İXM-nin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X10 barəsində işə yenidən baxılması Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında X9 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X5 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar