Məhkəmə qərarları › İş №3(005)-26/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-26/2022

18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-26/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X8, tələbkar – X9 iştirakları ilə, 18.08.1991-ci ildə Xızı rayonu, Şuraabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X13 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2020 saylı, 15.09.2020-ci il tarixli icra sənədinin icrası ilə X12 barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 16 dekabr 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı Şəhəri Nərimanov Məhkəməsinin 2(005)-463/2020 saylı, 15.09.020-ci il tarixli, icra sənədinə əsasən borclu Şəxs MMC 16842 manat pul vəsaitini ödəməkdən qəraarəzli olaraq yayınır. MN seriyalı ******* nömrəli protokola əlavədən görünür ki, Nərimanov Rayon İcra şöbəsinin icra məmuru X13 bu protokolu tərtib edirəm ondan ötrü ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2020 nömrəli, 15.09.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs MMC-dən və X5 16812 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X9 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə 10.08.2021-ci il tarixdə icraata başlanılmış, tələbin könüllü icrası haqqında borcluya bildiriş, məhkəməyə və tələbkara məlumat göndərilmişdir. Bildiririk ki, icra sənədinin icrası ilə bağlı cavabdeh Şəxs MMC-nin keçmiş rəhbəri X2 Rayon İcra şöbəsinə dəvət olunaraq, 14.09.2021-ci il tarixdə ona könüllü icra üçün rəsmi bildiriş verilsə də borc məbləği ödənilməmişdir. İcra sənədi icraatda olduğu müddətdə ona dair icra hərəkətləri həyata keçirilmiş, borclu Şəxs MMC-nin əmlak vəziyyətini müəyyən edilməsi üçün müvafiq idarə və bank təşkilatlarına sorğular göndərilmiş, lakin borclunun adına hər hansı daşınardaşınmaz əmlak aşkar olunmamışdır. Daha sonra “Elektron İcra” X3 Şəxs MMC-nin "xxxx" ASC-də bank hesabları olduğu müəyyən olunmuş və qərar qəbul edilərək hesaba inkasso sərəncamı qoyulmuşdur. Lakin müəyyən olunmuş müddətdə hesabda pul olmadığından inkasso sərəncamı icra olunmadan geri qaytarılmışdır. Bundan' sonra icra sənədi icra olunması məqsədilə sözügedən MMC-nin rəhbəri X14 ilə dəfələrlə borcun ödənilməsi ilə bağlı danışıqlar aparılmış, borcu ödəmək üçün müəyyən qədər vaxt istəsə də, yalan vədlərlə icra məmurunu aldatmışdır. Daha sonra isə şirkət rəhbəri məsuliyyətdən yayınmaq məqsədilə direktor vəzifəsindən öz razılığı ilə çıxmış və şirkətə planlı şəkildə yeni rəhbər X12 təyin olunmuşdur. Şəxs MMC-nin yeni direktoru X1 Rayon İcra şöbəsinə dəvət olunmuş, borcun ödənilməsi məqsədilə onunla söhbətlər aparılmış və qanuni tələbləri izah olunmuşdur. X4 borcu ödəmək üçün şirkətin kifayət qədər pulu olmadığını bildirərək, icra sənədinin icrasını təmin etməmiş və heç bir sənədə imza atmayacağını, izahat verməyəcəyini bildirmişdir. Bununla bağlı 09.12.2021 -ci, 15.12.2021 -ci və 16.12.2021 -ci il tarixli aktlar tərtib edilmişdir. Bundan sonra Şəxs MMC-nin direktoruna “Elektron İcra” İnformasiya Sistemi vasitəsilə inzibati protokolun tərtib oluması ilə bağlı sms bildiriş göndərilmiş və borclu 02.12.2021-ci il tarixdə sms bildirişə imza ataraq məlumatlı olduğunu bildirmişdir. Bununla da borclu Şəxs MMC Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün hüquqi, fiziki və vəzifəli şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədi üzrə tələbləri müəyyən edilmiş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X13 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri vaxtı barədə lazımi qaydada məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri X12 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Şəxs MMC-nin rəhbəri X6 iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tələbkar X15 izahat verərək protokolun təmin edilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X6 yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da X12 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2020 saylı, 15.09.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, X7 və Şəxs MMC-dən müştərək qaydada 16812 manat və 30 (otuz) manat dövlət rüsumunn X9 xeyrinə tutulması müəyyən edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 10.08.2021-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borcluya icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2020 saylı, 15.09.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan inkasso sərəncamlarından görünür ki, inkasso sərəncamları "xxxx" MMC-nin bank hesabı üzrə icra olunmaq üçün aidiyyəti üzrə banka göndərilmişdir. İş materiallarında olan 09.12.2021-ci il tarixli Aktdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2020 saylı, 15.09.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə X6 Nərimanov rayon İcra Şöbəsinə dəvət edilmiş, cavabdeh icra şöbəsinə gəlsə də, məsuliyyətdən yayınmaq üçün sənədləri imzalamaqdan və izahat verməkdən imtina etmişdir. İş materiallarında olan 15.12.2021-ci il tarixli Aktdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2020 saylı, 15.09.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə X12 ilə ***-***-**-** mobil nömrəsi vasitəsilə əlaqə saxlanılmış və inzibati xəta haqqında protokol tərtib olunacağı barədə məlumat verilmişdir. İş materiallarında olan 16.12.2021-ci il tarixli Aktdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2020 saylı, 15.09.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə X12 ilə ***-***-**-** mobil nömrəsi vasitəsilə əlaqə saxlanılmış cavabdeh iştirak etməkdən imtina etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X12 icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş məktub və aktlarla cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də, məhkəmə Şəxs MMC-nin rəhbəri X6 hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin rəhbəri X12 vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 55, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin rəhbəri X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar